Icma.az
close
up
RU
Efiopiyadakı yol qəzasından nəticə çıxarmaq lazımdırmı? FOTO

Efiopiyadakı yol qəzasından nəticə çıxarmaq lazımdırmı? FOTO

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Efiopiyanın cənubundakı Sidama ştatında bazar günü baş verən yol qəzası 66 nəfərin həyatına son qoydu. Qəzanın təfərrüatları barədə məlumat  hələ ki, yoxdur. 

Bu xəbəri Azərbaycan saytları da qısa şəkildə, adi hadisə kimi yaydı. Lakin, avtosfer.az saytı olaraq biz məsələyə fərqli prizmadan yanaşmağa məcburuq. Nə üçün avtomobil qəzasında ölənlərin sayı təyyarə qəzasındakı qədər olmalıdır?

Avtomobil qəzalarında kütləvi ölüm hallarının baş verməsi ilk növbədə infrastrukturla bağlıdır. Efiopiya inkişaf etməkdə olan Afrika ölkəsidir. Ölkə “qara qitədə” ən böyük mülki hava donanmasına malikdir. Şəxsən mənim Əddis-Əbəbə hava limanında ilk təəssüratım bu oldu ki, buradakı təyyarələri saymaqla qurtarmaq mümkün deyil. Bu aeroport intensivliyinə görə İstanbul və ya Parisdən geri qalmır. Xidmət səviyyəsi də kifayət qədər yüksəkdir.

Ölkədə baş verən inkişafın nəticəsi olaraq avtomobilləşmə prosesi sürətlənir. Lakin mövcud yol infrastrukturu bu artımla tərs mütənasibdir. Yolların vəziyyəti ürəkaçan deyil, yol nişanları azdır.
2024-cü ilin yanvarında Efiopiya hökuməti dünyada bənzəri olmayan qərar qəbul edib. Ölkəyə daxiliyanma mühərrikli avtomobillərin gətirilməsi qadağan edilib. Hökumət burada məqsədin ekologiyanı qorumaq olduğunu bildirsə də, əsas səbəb ölkədən valyuta axınının qarşısını almaqdır. Ölkə hər il idxal yanacağa yüz milyonlarla dollar xərcləyir. 

Qərarın müsbət tərəfi bu oldu ki, Avropa, Koreya və ABŞ-da istismardan çıxarılmış avtomobillərin ekspansiyası dayandı. Lakin problem həll olunmadı. Bazarda tələb çox olduğu üçün əhali köhnə avtomobillərdən uzaqlaşa bilmir. Bu gün paytaxt Əddis-Əbəbənin istənilən ticarət mərkəzinin qarşısında 80-ci illərdə istehsal olunmuş “Lada”lara (əsasən VAZ-21011) rast gələ bilərsiniz. Ölkədə ümumilikdə avtomobillərin istismar müddəti artır, park sürətlə köhnəlir.
Məsələ burasındadır ki, elektromobillərin gətirilməsi ilə problem həll olunmayıb. Ölkədə doldurma infrastrukturu yoxdur, hamı elektromobili ev şəbəkəsinə qoşur. Lakin şəbəkə parametrləri düz deyil: gərginlik, tezlik və güc aşağıdır, doldurulma çox böyük vaxt aparır. Saatlarla davam edən cərəyan kəsilməsi də öz yerində. 

Bu qəza bir daha avtomobillərin yeni, yolların isə yaxşı vəziyyətdə olmasının həyati vacib əhəmiyyət daşıdığını göstərir. Obyektivlik naminə deyək ki, Azərbaycanda son 20 ildə yol infrastrukturu ilə bağlı çox ciddi işlər görülüb. Eyni sözü çəkinmədən hava və dəmir yolu nəqliyyatı barədə də demək mümkündür. Lakin, avtomobil parkının yenilənməsi ciddi şəkildə ləngiyir. Bunu rayonlarda xüsusilə daha əyani görmək mümkündür. 
Efiopiya və Azərbaycanda bir ortaq məsələ də yol hərəkəti iştirakçılarının qaydalara etinasızlığıdır. Ən ciddi qayda pozuntuları yüksək sürət, sərxoş vəziyyətdə idarəetmə və elementar normalara əməl edilməməsidir. Hər il Efiopiya yollarında 5 minədək insan həyatını itirir.

Əksər illərdə bu ölkə yol qəzalarında ölüm və xəsarət sayına görə Afrika və dünyada antirekordu yeniləyir. 
Azərbaycanda da təəssüf ki, yol hərəkəti iştirakçılarının etinasızlığına, sürücülərin ciddi riskə getməsinə, piyadaların isə özlərini təhlükəyə atmasına təəssüf ki, hələ də rast gəlinir.

Vüqar Yaşaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 31 Dekabr 2024 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri