Icma.az
close
up
RU
Efirdəki həmin sürprizə görə cəzalandırıldılar

Efirdəki həmin sürprizə görə cəzalandırıldılar

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ötən ay Əməkdar artist İlkin Əhmədova "7 Tamam" proqramında sürpriz edilərək, üçüncü övladının dünyaya gələcəyi haqda məlumat verilmişdi. Xəbəri efirdə öyrənən muğam ifaçısının bu görüntüləri sosial şəbəkədə tənqid edilmişdi. Axşam.az-a açıqlama verən xanəndə verilişdə ona qarşı edilən bu sürprizə çox əsəbiləşdiyini və qarşı tərəf ondan üzr istəməsə, polisə müraciət edəcəyini bildirmişdi.

"Həmin Zaur" verilişində qonaq olan sənətçi bunu edənlərin artıq cəzalandırıldıqlarını açıqlayıb:

"Bu məsələ artıq bitdi. Bunu edənlər cəzalarını aldılar. Sürprizi xoşlayıram, amma evdə və ya dostlarımın əhatəsində. Lakin xəbərim olmadan efir qarşısında və yersiz sürprizləri tək mən yox, mənəviyyatı və ləyaqəti olan heç kim xoşlamaz".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://pravda.az
archiveBu xəbər 13 Noyabr 2024 22:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri