Icma.az
close
up
RU
Əfqan Muxtarlının təxribatçı çağırışının Rusiyanın nüfuzlu media orqanlarında tirajlanma səbəbləri KONKRET

Əfqan Muxtarlının təxribatçı çağırışının Rusiyanın nüfuzlu media orqanlarında tirajlanma səbəbləri KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya hüquq mühafizə orqanlarının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı amansız və hüquqazidd davranışından sonra prosesin ikinci mərhələsinə ‒ soydaşlarımıza qarşı yeni hücumlara rəvac verəcək agentura və trollar tərəfindən məqsədli təşkil olunan təxribatçı çağırışların səsləndirilməsi mərhələsinə başlanılıb.

KONKRET.az faktyoxla.az-a istinadən xəbər verir ki, belə çağırışlardan birini Almaniyada yaşayan Əfqan Muxtarlı yayıb. Onun 29 iyun 2025-ci il tarixində yazdığı “5 soydaşımız qətlə yetirilib amma Rusiya səfirliyi yandırılmayıb. Özünə hörmət qoyan xalqlar o səfirlikdə daşı daş üstə qoymazdılar” məzmunlu təxribatçı statusu Rusiya mediasında və sosial media platformalarında tirajlanır.

Maraqlıdır ki, Almaniyada yaşayan tanınmamış bir “jurnalistin” birdən-birə belə bir təxribatçı çağırışla çıxış etməsi və “Осташко! Важное” adlı “Telegram” kanalında bunun yayılması, dərhal sonra isə ora istinad edilərək Rusiyanın tanınmış saytlarının bunu xəbər başlığına çevirməsi ortada danışılmış bir məsələnin olduğuna dəlalət edir.

 

Azərbaycan dövlətinə düşmən kəsilmiş və jurnalistika ilə heç bir əlaqəsi olmayan bir şəxsin Rusiya ictimaiyyətinə “azərbaycanlı jurnalist” kimi təqdim edilməsi müəmmanı daha da artırır.

    

Təhlükəsizlik məsələləri üzrə mütəxəssislərin qənaətinə görə, Əfqan Muxtarlı kimi şəxslər xüsusi xidmət və təhlükəsizlik orqanlarında “yatmış hüceyrə” (“sleeper cell”, “cпящий агент”) adlandırılır.

“Yatmış hüceyrə” dedikdə bir ölkənin və ya təşkilatın içinə gizli şəkildə yerləşdirilmiş, lakin uzun müddət fəaliyyətə keçməyən agent və ya qrup nəzərdə tutulur. Bu cür şəxslər uzun müddət normal vətəndaş kimi yaşayır, ancaq müvafiq tapşırıq gəldikdə və ya məqam yetişdikdə aktivləşdirilirlər.

İnformasiya əməliyyatlarında bu cür şəxslərin ağzı ilə təxribatçı məlumat səsləndirilir, sonra isə onun dediyi məlumat formasında tanınmamış bir resursda yayılır. Nəticədə isə, nüfuzlu xəbər agentlikləri bu məlumata istinad edərək heçdən bir xəbər düzəldirlər.

Əfqan Muxtarlının həm Vətən müharibəsi dövründə və sonrakı mərhələdəki anti-Azərbaycan fəaliyyəti, həm də Rusiya ilə baş verən bu proseslərdəki “aktiv rolu” onu deməyə əsas verir ki, bu adam rus-erməni kəşfiyyatının zaman-zaman aktivləşdirilən “hüceyrə”sidir. Onun həmin statusa yazılan bir şərhə verdiyi cavab və bir başqa paylaşımı da dediklərimizi təsdiq edir.

Belə ki, Ə.Muxtarlı ona ünvanlanan “Siz Almaniyada yaşayırsınız. Gedin Rusiya səfirliyini yandırın, örnək olun. Nəsə yazmadan öncə insan fikirləşməlidir” şərhinə israrla “Mən nə yazdığımı bilirəm. Siz yazılanları anlamaqda çətinlik çəkirsiniz”- deyərək reaksiya verib.

“Bir dəstə Rusiya vətəndaşı tutublar. Narkotik, kibercinayətkarlıq, dələduzluq ittihamları ilə. Alçaldırlar, ləyaqətlərini tapdayıb lentə alıb yayırlar. Mən o ittihamların heç birinə inanmıram. Adamları şərləyib həbs ediblər”. Bu fikirlərin sahibi qatı ermənipərəst və anti-Azərbaycan şəbəkənin aktiv üzvü olan Vladimir Solovyov deyil, məhz “azərbaycanlı” “jurnalist” Əfqan Muxtarlıdır.

Maraqlıdır ki, Əfqan Muxtarlının Ermənistan və Rusiya xüsusi xidmət orqanları ilə əlaqələri barədə bir ay öncə “YouTube” platformasında “Bir xəyanətin izi ilə…” adlı video da paylaşılmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 İyul 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see151

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see146

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri