Icma.az
close
up
RU
Əfqanıstanda yüksək vəzifəyə təyin olunan azərbaycanlı kimdir? Namiq Heydərovun DOSYESİ

Əfqanıstanda yüksək vəzifəyə təyin olunan azərbaycanlı kimdir? Namiq Heydərovun DOSYESİ

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Həmvətənimiz Namiq Heydərov Əfqanıstanın Yardım və İnkişaf Koordinasiyası Agentliyinə (ACBAR) rəhbərlik edəcək.

ACBAR, 1988-ci ildən Pakistanın Pişəvar şəhərində, Pakistan-Əfqanıstan sərhədində əfqan qaçqınları ilə çalışan QHT-lərin təşəbbüsü ilə humanitar yardım və xidmətlərin koordinasiyasını təmin etmək məqsədilə yaradılıb və 203 beynəlxalq və yerli QHT-ni bir araya gətirən agentlikdir. Özünün 35 illik təcrübəsinə əsaslanaraq əfqan xalqının rifahı və inkişafı naminə müxtəlif beynəlxalq və yerli QHT-lər, eləcə də dövlət orqanları arasında əməkdaşlığı effektiv şəkildə koordinasiya edir. 2002-ci ildən ACBAR-ın baş bürosu Əfqanıstanın paytaxtı Kabildədir və hazırda təşkilat ölkənin yeddi vilayətində fəaliyyət göstərir, yaxın gələcəkdə isə daha da genişlənməyi planlaşdırır.

ACBAR-ın ali orqanı Ümumi Assambleyadır ki, bu da bütün üzvlərin iştirakını təmin edir, təşkilatın inklüzivlik və əməkdaşlıq prinsiplərinə sadiq olduğunu nümayiş etdirir, demokratik idarəetmə strukturunda fəaliyyət göstərir.

Namiq Heydərov BMT-nin beynəlxalq tədbirində

Bir qədər də Agentliyin yeni təyin edilmiş rəhbəri, həmvətənlimiz Namiq Heydərov haqda.

Namiq Heydərov beynəlxalq inkişaf, humanitar yardım, diplomatiya və terrorizmə qarşı mübarizə sahəsində yüksək ixtisaslı mütəxəssisdir. O, Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında beynəlxalq münasibətlər üzrə PhD dərəcəsi alıb və Harvard Universitetində əlavə akademik hazırlıq keçib. Karyerası ərzində BMT və aparıcı beynəlxalq qeyri-hökumət təşkilatlarında rəhbər vəzifələrdə çalışıb, İranda, Əfqanıstanda, Pakistanda, Mərkəzi Asiya və Yaxın Şərqdə əsas humanitar və inkişaf proqramlarını idarə edib. O, bölgədə yüksək səviyyəli siyasi danışıqlarda fəal iştirak edib, strateji təşəbbüslər və diplomatik proseslərə töhfələr verib. Terrorizmə qarşı mübarizə üzrə mütəxəssis olan N.Heydərov BMT-nin “Əl-Qaida” və İŞİD fəaliyyəti üzrə ən məlumatlı mütəxəssislərindən biri hesab olunur.

O, terrorizmə qarşı mübarizə, radikalizmin qarşısının alınması və təhlükəsizlik strategiyalarının hazırlanması sahəsində dövlət orqanları, beynəlxalq təşkilatlar və təhlükəsizlik strukturları ilə sıx əməkdaşlıq edib. Böhran idarəetməsi, diplomatik danışıqlar və tərəfdaşlıq əlaqələrinin yaradılması sahəsində əhəmiyyətli təcrübəyə malik olan Namiq Heydərov, mürəkkəb beynəlxalq şəraitdə effektiv fəaliyyət göstərir. Azərbaycan, rus, ingilis, fars və türk dillərini bilməsi, ona müxtəlif geosiyasi kontekstlərdə uğurla çalışmaq imkanı yaradır.

Həmyerlimizə yeni fəaliyyətində uğurlar diləyirik!

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Mart 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri