Icma.az
close
up
RU
“Əfqanıstanla Pakistan arasında birbaşa savaş səbəbi yoxdur”

“Əfqanıstanla Pakistan arasında birbaşa savaş səbəbi yoxdur”

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Pakistanla Əfqanıstan arasında son vaxtlar baş verən çatışmalar daha çox siyasi motivlidir. Burada söhbət ondan gedir ki, Əfqanıstanda Pakistan Talibanı deyilən bir təşkilat var. Onlar davamlı olaraq Pakistana qarşı müxtəlif təşəbbüslərdə bulunurlar. Konkret olaraq bu təşkilatın məqsədi Pakistanı bir dini yöntəmlə idarə etməyə məcbur etməkdir. Yəni bunlar əslində Əfqanıstandakı mövcud sistemin oxşarını Pakistanda da qurmaq istəyirlər. Pakistan hökuməti isə onlara qarşıdır. Bu son qarşıdurma da daha çox bu qruplaşma ilə Pakistan arasında baş verib”.

Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Əli Mustafa söyləyib.

Politoloqun sözlərinə görə, Pakistan Talibanı deyilən təşkilat Əfqanıstanda yerləşir və əfqan talibləri də əslində onları müdafiə edir: “Onların isə Pakistandakı fəaliyyətini Pakistan dövləti qəbul etmir və fürsət düşdükcə onların təsirlərini zərərsizləşdirməyə çalışır. Bu son hadisələrdə də atışmalar baş verib, sonra Əfqanıstan da bu prosesə qoşulub. Hətta onlar Pakistanın 50-dən çox əsgərini öldürdüklərini deyirlər. Pakistan tərəfi isə həlak olanların 23 nəfər olduğunu bildirib. Onlar da Əfqanıstandan 200-ə qədər hərbçinin həlak olduğunu deyiblər. Əfqan tərəfi isə həlak olanların 9 nəfərdən ibarət olduğunu deyir”.

Ə.Mustafa qeyd edib ki, Əfqanıstanla Pakistan arasında birbaşa savaş səbəbi yoxdur: “Sadəcə olaraq Pakistanda rejimi dəyişməyə cəhd edən Pakistan Talibanı təşkilatının Əfqanıstanda yerləşməsi və fürsət düşdükcə Pakistana etdiyi hücumlar səbəbindən bu qarşıdurma yaranıb. İndi isə ehtimal var ki, atəşkəs qorunsun, burada Səudiyyənin və Qətərin vasitəçiliyi ilə qarşıdurmanın bitdiyi deyilir. Hər halda ümid edək ki, iki müsəlman dövləti arasında savaş dayanacaq”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 13 Oktyabr 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri