Icma.az
close
up
RU
Əfran İsmayılovun ideal “11 liy”i: “Çoxları hələ də məni futbolçu kimi tanıyır”

Əfran İsmayılovun ideal “11 liy”i: “Çoxları hələ də məni futbolçu kimi tanıyır”

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Hazırda Azərbaycanda çalışan məşqçilərin 90 faizi Qurban müəllimin əlinin altından keçib".

Bunu Azərbaycan millisinin sabiq futbolçusu, hazırda “Araz-Naxçıvan”da baş məşqçinin köməkçisi işləyən Əfran İsmayılov futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Yeni yaşınızda özünüzə nə arzuladınız?

– Əslində o qədər də ciddiyə almıram. Sadəcə düşünürəm ki, yaşımın üstünə yaş gəlir. İndiyə qədər heç vaxt təmtəraqlı şəkildə ad günü qeyd etməmişəm, bundan sonra da etmək fikrim yoxdur. Öz işimi düşünür, daha yaxşı nəticələr qazanmaq istəyirəm.

– Məşqçilik karyarInizin başlanğıcındasınız, amma futbolçu kimi daha çox tanınmısınız, nəinki məşqçi kimi. Hansı daha çətindir: futbolçu, yoxsa məşqçi olmaq?

– İnanın, çoxları hələ də məni futbolçu kimi tanıyır. Məşqçi işlədiyimi bilənlər çox deyil. Amma məşqçilik oynamaqdan daha məsuliyyətlidir. Futbolçu kimi yalnız özünə cavabdeh olursan, məşqçi kimi isə 30-40 nəfərin məsuliyyətini daşıyırsan. Ona görə məşqçi işləmək həm çətin, həm də daha məsuliyyətlidir.

– Karyeranızda çoxlu oyunlara çıxmısınız. Hansını unudulmaz hesab edirsiniz?

– Unudulmaz oyunlarım çox olub. Amma düşünürəm ki, ən yadda qalanı 2010-cu ildə Avropa Liqasının III təsnifat mərhələsində Polşanın “Visla” klubu ilə ilk oyunumuz idi. Həmin qarşılaşma möhtəşəm keçmişdi. Həm futbolçu, həm də məşqçi kimi deyə bilərəm ki, o ab-havanı heç vaxt unutmamışam. İlk dəfə idi, Tofiq Bəhramov adına Respublika stadionunu belə dolu görürdüm. Bu da oyunumuza böyük təsir göstərmişdi.

– Məşqçilik karyeranızda kimdən mənimsədikləriniz sizə kömək olur?

– Qurban Qurbanovun həm şəxsiyyət, həm də futbolçu kimi formalaşmağımda rolu çox böyükdür. Hazırda Azərbaycanda çalışan məşqçilərin 90 faizi Qurban müəllimin əlinin altından keçib. Onun əməyi danılmazdır. O, Azərbaycan futbolunun fəxridir. Böyük işlər görüb və elə davam edir. Hamı ona təşəkkür etməlidir ki, Azərbaycan futboluna bu qədər dəyərli məşqçilər və futbolçular qazandırıb.

– Maraqlıdır ki, hücumçu olmasanız da baxımlı qollarınızın sayı az deyil. Hazırkı məqamda özünüzə bənzətdiyiniz futbolçu varmı?

– Açığı, buna çox önəm verməmişəm. Belə oyunlara, futbolçulara baxıram, amma xüsusi bir seçim etməmişəm.

– Maraqlıdır ki, ən yaxşı vaxtlarda belə, legioner həyatı yaşamadınız. Bu, seçim idi, yoxsa təsadüf?

– Legioner həyatı heç vaxt yaşamamışam, düzü, elə bir marağım da olmayıb. Burada qazanmışam və Bakıdan kənarda, anamsız qala bilmirəm. Ona görə ölkə xaricinə çıxmaq mənə maraqlı olmayıb. Amma məşqçi kimi hamıya məsləhət görərdim ki, gedə bilirsinizsə, gedin. Çünki futbolçunun karyerası üçün xarici təcrübə çox vacibdir. Baxmayaraq ki, özüm gedə bilməmişəm. Məşqçi kimi də bunu düşünməmişəm.

– Əgər Azərbaycan millisində öz “ideal heyətinizi” qurmalı olsaydınız, “11-liy”ə kimləri seçərdiniz?

– Rəşad Sadıqov, Ruslan Abışov, Maksim Medvedev, Mahir Şükürov, Rahid Əmirquliyev, Cavid Hüseynov, Elvin Məmmədov, Vaqif Cavadov, Zaur Tağızadə və Rauf Əliyev, qapıda isə Kamran Ağayev oynayardı. Bu, mənim baxışımda güclü kollektiv olardı.

– Maraqlıdır ki, nə “Qarabağ”, nə də digər klublar sizə vida matçı keçirmədi. Baxmayaraq ki, Avropada tez-tez belə oyunlar keçirilir, hətta bəzi azərbaycanlı oyunçulara da vita matçı keçirilib. Belə bir gözləntiniz olmuşdu?

– Vida matçı bizdə, ümumiyyətlə, olmur. Özüm də bu barədə heç maraqlanmamışam. Bizdə belə şeylər çox da şişirdilmir.

– Ümumiyyətlə, sizin yaş kateqoriyasından olan bəzi futbolçular hələ də aşağı liqalarda çıxış edir. Futbolu bir az daha gec bitirə bilərdinizmi?

– Dizim imkan vermədi, ona görə baxdım ki, artıq davam etmək çətin idi. Böyük bir ehtiyac da qalmadı. Sonradan birinci liqadan təkliflər olsa da, bitirməyi seçdim. Daha sonra məşqçiliyə başladım. Gec bitirməyi düşünməmişdim. Həmişə sağlamlığı ön planda tutmuşam və buna görə də peşman deyiləm.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Oktyabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see303

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see213

Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

23 Noyabr 2025 13:07see209

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see202

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see196

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see159

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see157

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see149

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see138

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see138

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see136

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see136

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see135

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see134

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see133

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see132

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see126

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see125

ÜST nin Çərçivə Konvensiyasının növbəti konfransı İrəvanda keçiriləcək

23 Noyabr 2025 17:16see125

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri