Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Əfsanəli illər...

Əfsanəli illər...

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Lirik-sentimental üslubda yazdığı romanlarla ötən əsrin 70-80-ci illərində Azərbaycan gənclərinin qəlbini fəth edən Əlibala Hacızadənin əsərlərindən biri belə adlanırdı: “Əfsanəsiz illər”. O romanda Əfsanə konkret bədii obrazdı, Elməddinin qovuşmağa can atdığı xanımdı, biz isə bu gün ənənəvi təəssürat yazısında futbol dünyasının əfsanələrindən danışacağıq.

Bu gün FİFA-nın və konkret qurumun prezidenti Canni İnfantinonun davam edən dünya çempionatını nəinki futbol, ümumilikdə tarixin ən böyük hadisəsi kimi tərifləməyə tam haqqı çatır. Doğrudan da, turnir ətrafında möhtəşəm atmosfer hökm sürür, ABŞ, Kanada və Meksikanın şəhərləri, stadionlar doludu, təsəvvür edin ki, ilk 44 oyunda orta hesabla yerlərin 99,6 faizi dolub. FİFA ilə yanaşı, yerli təşkilatçılar da turnirin möhtəşəm alınması üçün əlindən gələni edib, hər cür şərait yaradıb. Əvvəlki yazılarda İran yığmasının ayrı-seçkiliyə məruz qalmasına toxunmuşduq. Qrupdakı sonuncu oyunu Sietldə keçirən qonşularımız Los-Ancelesi tərk edərkən paltardəyişmə otağında qoyduğu məktubla sanki futbol dünyasına bir insanlıq dərsi verdi. Doğrudan da, İran yığmasının həm halına yanmaq, həm də bu komandaya qibtə etmək lazımdı: ABŞ stadionlarına toplaşan iranlıların müəyyən qismi rəqiblərə azarkeşlik edirdi. Ancaq komanda sınmadı, ruhdan düşmədi və Los-Ancelesdə uduzmadı. Məncə, prinsipial məqam bu idi. Bu DÇ ilə bağlı prinsipial olmayan su fasiləsi də var ki, bilərəkdən bu mövzunun üzərindən keçirəm.
...Hə, təşkilatçılıq nə qədər yüksək səviyyədə olur-olsun, stadionlar nə qədər dolur-dolsun, futbol bayramını ulduzlarsız, yəni əfsanələrsiz təsəvvür etmək çətindi. Onlar isə bu turnirdə sanki özünəməxsus yarışa girib. Lionel Messi, Kriştiano Ronaldo, Kilian Mbappe, Erlinq Holann, Harri Keyn... Bu futbolçulardan hər biri özü və turnir ilə bağlı yeni standartlartlar müəyyənləşdirir. Sanki ulduzlar-əfsanələr arasında özünəməxsus yarış gedir; kim daha çox qol vuracaq, kim daha yaxşı oyun göstərəcək, kim azarkeşlərin qəlbini daha artıq dərəcədə fəth edəcək. Bu prosesin gedişində isə qazanan dünya çempionatıdı, azarkeşdi, futboldu!
Çoxlarının “tükənib” damğası vurduğu, 39 yaşını tamamlayan Liones Messi Avstriya ilə oyunda dubl etməklə onlarla rekord yenilədi, ertəsi 41 yaşını fevralda tamamlayan Kriştiano Ronaldo da iki qol vurdu, bütün dünyaya “mən də varam” mesajını verdi, tarixə 6 dünya çempionatında fərqlənən ilk futbolçu kimi düşdü. Uzun müddət dünya futbolunda ab-havanı müəyyənləşdirən iki ulduz hələ də yarışır, varlığını göstərməyə çalışır. Sanki illər onlara təsir edə bilmir, ustalığı əlindən almır. Bəlkə də illər DÇ adlı möhtəşəm turnirə uduzur. Biz hər nə qədər uzaq düşsək də, etiraf etməliyik ki, DÇ qeyri-adi olaydı, adamları, yəni futbolçuları bəzi hallarda potensialından daha artığını göstərməyə məcbur edən gücdü.
Tarixdə şəxsiyyətlərin rolu danılmazdı – futbolda da belədi, siyasətdə də, iqtisadiyyatda da, tibbdə də. Bu gün futbolun böyük şəxsiyyətləri DÇ tarixinə yeni səhifələr yazır. Və adam bu bayramın bitməsini qətiyyən istəmir. Axı DÇ-nin bitməsi Messi, Ronaldo kimi ulduzları bir daha böyük futbol səhnəsində görə bilməyəcəyimiz anlamına gəlir. İlk növbədə buna görə turnirin bitməsini istəmirik. İkincisi, Avropanın hegemonluğu hər nə qədər duyulsa da, fərqli oyun üslubları, koloritli futbolçular görürük. Üçüncüsü, FİFA-nın oyun qaydalarında etdiyi inqilabi dəyişikliklər meydanda əsl rəqabətin getməsinə, nəfəskəsən mübarizənin yaşanmasına səbəb olub. Hakim səhvləri, qanqaraldan məqamlar minimuma enib. Odu ki, bu yay futboldan ləzzət almağın, onun incəliklərini, gözəlliklərini yenidən kəşf etməyin, sehrinə düşməyin, kəsəsi, onu bir daha sevməyin əsl zamanıdı. Kaş həmişə belə ola!
HUŞƏNG

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 İyun 2026 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri