Icma.az
close
up
RU
Əfsanəvi casusun meşədə ölümü: KQB onu belə aradan götürdü

Əfsanəvi casusun meşədə ölümü: KQB onu belə aradan götürdü

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Məşhur Sovet kəşfiyyatçısı Konon Molodıy Qərbdə Qordon Arnold Lonsdeyl kimi tanınıb.

“Soyuq müharibə” dövründə özünü kanadalı iş adamı kimi təqdim edərək, KQB-nin qeyri-leqal agenti kimi fəaliyyət göstərib. O, 1953–1961-ci illərdə Böyük Britaniyada fəaliyyət göstərmiş "Portlend" casus şəbəkəsinin önəmli fiqurlarından olub. O, 1922-ci ildə Moskvada alim ailəsində dünyaya gəlib. Atası fizik Trofim Kononoviç Molodıy 1929-cu ildə 40 yaşında vəfat edib. Anası Evdokiya Konstantinovna Molodaya, Protezləşdirmə Elmi-Tədqiqat İnstitutunun professoru olub və gənc yaşda iki övladını təkbaşına böyüdüb.

"Cebheinfo.az" xəbər verir ki, Konanın oğlu Trofim Molodıyın yazdığı xatirə kitabına görə, Sovet kəşfiyyatı Konona çox erkən yaşlarından maraq göstərməyə başlayıb. 1934-cü ildə NKVD rəhbəri Genrix Yaqoda Kononun anasına xarici pasport almaqda kömək edir ki, oğlunu - 12 yaşlı Kononu ABŞ-yə göndərə bilsin. Konon 1914-cü ildən Kaliforniyada, San-Fransiskoda yaşayan xalası Tatyana Pyankovanın yanında qalaraq təhsil alır. 1936–1938-ci illərdə Kanon Berkli şəhərində "A-dan Z-yə" adlanan orta məktəbdə oxuyur.

Rəsmi SVR (Rusiya Xarici Kəşfiyyat Xidməti) bioqrafiyasına görə isə o, SSRİ-ni 1932-ci ildə 10 yaşında tərk edib. 1938-ci ildə Kanon Sovet İttifaqına geri dönüb. O, artıq ingilis dilini mükəmməl öyrənmiş və Amerika mədəniyyəti ilə yaxından tanış olmuşdu. 

"QRU"-dan başlayan casusluq məcarası 

1940-cı ilin oktyabrında Konon Molodıy Qızıl Orduya çağırılır. Əvvəlcə sıravi əsgər kimi xidmətə başlasa da, onun yeni tapşırıqları tez mənimsəmək qabiliyyəti və xüsusilə dil öyrənmək bacarığı tezliklə diqqət çəkir. Cəmi bir neçə ay içində sıravi əsgərdən hərbi kəşfiyyatçıya çevrilir. Amma Konan o vaxta qədər artıq Sovet ordusunun Baş Kəşfiyyat İdarəsində – "QRU"-da xidmət edirdi. Molodıy öz bioqrafiyasında belə yazır ki, guya Lvovdan olan polyak ailəsində doğulub və 1924-cü il təvəlüddlüdur. Onun bu "əfsanəsinə" görə, Lonsdeyl 1939-cu ilin yayında ilk dəfə Varşavaya gəlib və burada polyak müqavimət hərəkatı ilə əməkdaşlıq edərək almanların “folksdoyçer”, yəni alman mənşəli əhali üçün verdiyi sənədləri əldə edib.

Lonsdeyl bu dövrdə, yəni 16 yaşında həm polyak, həm də alman dillərini intensiv şəkildə öyrənməyə başlayır. 1939-cu ilin payızında Almaniya Polşanı işğal edir. Molodıy (Lonsdeyl) bu arada gizli kəşfiyyat biliklərini mənimsəyir: parollardan necə istifadə etmək, gizli yerləri təşkil etmək, əlaqə evlərində işləmək, düşmən izləməsindən necə yayınmaq kimi bacarıqları öyrənir. 1940-cı ilin sonunda və ya 1941-ci ilin əvvəlində Molodıy yeni kimliyi ilə Almaniyanın “Todt” təşkilatına daxil olur.

Bu təşkilat Lvovda yollar, körpülər və dəmir yolları kimi mülki infrastrukturun tikintisinə nəzarət edirdi. Beləcə, o, rəsmən inşaat işçisi kimi görünür, əslində isə "QRU"-nun cəbhə arxasında fəaliyyət göstərən agenti olur. 

Casus casusu tanıyır: Molodıy və "polkovnik Abel" 

Molodıyın İkinci Dünya müharibəsi dövründə "QRU"-dakı fəaliyyəti daha da maraqlı bir mərhələyə qədəm qoyur. O, məşhur "KQB" casusu kimi tanınan Vilyam Fişerlə (Amerikada polkovnik Abel adı ilə məşhurdur) birgə işləməyə başlayır. 1939-cu ilin sonunda Molodıy Moskvada hərbi hospitala yerləşdirilir. Səbəb isə gizli idi, burada qısamüddətli kəşfiyyat təliminə başlayır.

Ona radiomüxbirlik, yəni şifrlənmiş məlumatların göndərilməsi və qəbulu üzrə xüsusi kurs keçilir. Artıq 1940-cı ilin yanvarında Molodıy gizli əməliyyatla Belarusiyaya, Minsk yaxınlığına paraşütlə göndərilir. 1943-cü ildə isə gözlənilməz hadisə baş verir. O, sənədlərindəki bəzi uyğunsuzluqlar səbəbindən alman hərbi kəşfiyyatı "Abver" tərəfindən saxlanılır.

Lakin onu dindirən şəxs düşmən deyil məhz elə Vilyam Fişerin özü olur. Sən demə, Fişer "Abver"-ə sızmış sovet kəşfiyyatçısı olaraq “Alek” kod adı ilə fəaliyyət göstərir. “Alek” Molodıyı sovet arxa cəbhəsində “Abver agenti” xüsusi əməliyyata cəlb edir. Tibbi müayinədən keçən zaman Molodıyın sağlamlığında problemlər aşkarlanır, Fişer bunu sənədlərə yazaraq onu sərbəst buraxır. Bundan sonra Molodıy artıq Fişerin tabeçiliyində radist kimi işləyərək məlumat ötürür.

Fişer isə "Abver" daxilində qalaraq Molodıy vasitəsilə SSRİ-yə "Abver" agentləri haqqında dəqiq koordinatlar göndərir. Molodıy xatirələrində qeyd edir ki, koordinatlar o qədər dəqiq olurdu ki, Sovet qüvvələri alman casuslarını həmən yaxalayırdı. O, Fişer haqqında yazır:

“Bu, həyatımda tanıdığım ən qeyri-adi adamlardan biri idi. Ən iti zəkalı kəşfiyyatçılardan biri olduğunu indi daha yaxşı anlayıram”. 

1944-cü ilin əvvəllərində onların birlikdə çalışdıqları Minsk tapşırığı başa çatır. Müharibədən sonra, 1946-cı ildə Molodıy veteran statusu ilə Moskvada Xarici Ticarət İnstitutuna qəbul olur. Ticarət hüququ sahəsində təhsil alır və eyni zamanda Çin dilini öyrənir. Bu isə gələcək casusluq fəaliyyətində onun qarşısına yeni yollar açır.. 

“Qorxma, mən musiqi avtomatları satıram” 

1951-ci ildə Konon Molodıy artıq SSRİ-nin təhlükəsizlik orqanlarının, konkret desək, Xarici Kəşfiyyat İdarəsinin (MGB-nin) Siyasi Kəşfiyyat Şöbəsinin diqqətini çəkir. Burada o, “nəzarətdənkənar agent”, yəni xarici ölkədə heç bir diplomatik statusu olmayan, əsl ad-soyadından istifadə etməyən xüsusi casus kimi hazırlanmağa başlayır. Bu hazırlıq dövründə Konan Molodıy evlənir və iki uşağı olur. Ailə həyatını qoruyub saxlamaq çətin olsa da, Molodıy bu həyatı gizlilik içində yaşamağa məcbur olur.

1953-cü ildə Molodıy SSRİ-nin ticarət gəmisində "Gordon Lonsdeyl" adı ilə Kanadaya göndərilir. Maraqlısı odur ki, Qordon Lonsdeyl adı həqiqətən movcud idi.Əsl Qordon Lonsdeyl müharibə dövründə Finlandiyada vəfat etmişdi.O dövrdə SSRİ fin arxivlərini ələ keçirərək, belə ölü şəxslərin sənədlərindən yeni casus kimlikləri yaratmaq üçün istifadə edirdi. Kanadada saxta sənədlə yerləşdikdən sonra Molodıy gizli şəkildə ABŞ-yə keçir.

Burada məşhur atom casusu Rudolf Abelə (əslində, elə həmin Vilyam Fişer idi) kömək etməyə başlayır. Bu dövrdə Molodıy ABŞ-dəki kommunist cütlük – Morris və Lona Koen ilə (İngiltərədəki saxta adları Piter və Helen Kroger idi) tanış olur. 1954-cü ildə Molodıy artıq “kanadalı vətəndaş” olaraq Londona köçür və burada London Universitetində Şərq və Afrika Araşdırmaları fakültəsində Çin dilini öyrənməyə davam edir. Londonda və Avropada onun kifayət qədər qadın tanışları olur, amma bu əlaqələr daha çox onun peşəsinə peşəsinə xidmət edir. 

Lonsdeylin “Böyük Oyunu”


“Ben” kod adlı Lonsdeyl (əslində Konon Molodıy) İngiltərənin hərbi dairələrinə sızmalı, Böyük Britaniya və ABŞ-nin hava və dəniz qüvvələrinə aid hərbi bazalarla bağlı məlumatlar toplamalı idi. Eyni zamanda, onun əsas hədəflərindən biri ingilislərin sualtı qayıqlarda nüvə reaktorlarının istismarı və bakterioloji silahların yaradılması üzrə apardıqları tədqiqatlar haqqında gizli bilgilər əldə etmək idi. Kononun təbii ünsiyyət bacarığı və fitri istedadı ona qısa müddətdə uğurlu iş adamı imici qazandırır.

Onun adına açılmış bank hesabları hər gün artmaqda idi və çox keçmir ki, Lonsdeyl Londonda milyonçu kimi tanınmağa başlayır. Hətta onun şirkətlərinin birində hazırlanmış elektron qıfıl 1960-cı ildə Brüsseldə keçirilən beynəlxalq sərgidə qızıl medal qazanır. Londonda Lonsdeyl parlaq ictimai həyat sürür, ən nüfuzlu klublarda görünür, ölkə daxilində çox səyahət edir və strateji tanışlıqlar qurur.

Onun Mərkəzlə, yəni "KQB" ilə əlaqəsi isə “Dacniklər” kod adlı radistlər Moris və Leontina Koen vasitəsilə həyata keçirilirdi. Onlar İngiltərədə Yeni Zelandiya vətəndaşları Piter və Helen Kroger adları altında yaşayırdılar və Molodıya texniki dəstək göstərirdilər .

O, Moskva ilə əlaqəni onların evində yerləşdirilmiş gizli radioötürücü vasitəsilə saxlayırdı. Eyni zamanda, Melita Norvud kimi digər casusların fəaliyyətinə də nəzarət edir. İldə bir dəfə Konon ya Praqada, ya da Varşavada həyat yoldaşı Qalina ilə görüşür. "KQB"-də isə Qalinaya izah etmişdilər ki, Konon guya Pekində Sovet ticarət nümayəndəliyində işləyir. Lonsdeylin casusluq fəaliyyətindəki ən uğurlu əlaqə isə Portlend şəhərində baş tutur.

O, burada Britaniya hərbi-dəniz bazasında çalışan Harri Houtonla tanış olur. Houton məxfi sənədlərə çıxışı olan şəxs idi. O, bir neçə il ərzində gizli sənədləri Lonsdeylə ötürür. Bəzi məlumatlara görə, Houtonun verdiyi sənədlər SSRİ-nin silah sistemlərinin hazırlanmasında milyardlarla dollar qənaət etməsinə səbəb olur. Lakin pullar Houtonun axırına çıxır. Lonsdeylin verdiyi nağd pullarla bahalı maşın alır, dəbdəbəli restoranlarda əylənir və nəticədə Britaniya əks-kəşfiyyatının diqqətini cəlb edir. Onu izləyirlər və az sonra məlumat sızmasında rolu sübuta yetirilir.

Polşa Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyində və ABŞ Kəşfiyyat İdarəsində çalışan Mixail Qolenevski Molodıya xəyanət edir. O, Houtonun polyak kəşfiyyatı tərəfindən ələ alındığını ingilis xüsusi xidmət orqanlarına xəbər verir. MI5-in xahişi ilə Maliyyə Nazirliyi "Midland Bank"-ın "Great Portland" küçəsində yerləşən filialındakı şəxsi seyfin yoxlanmasına icazə verir.

Axtarış zamanı içərisində Londonun xəritəsi olan bir alışqan tapılır. Bu xəritədə məlumat ötürmək və ya gizlətmək üçün əvvəlcədən təyin olunmuş məntəqələr işarələnmişdi. 1961-ci il yanvarın 7-də London polisinin xüsusi bölməsi – detektiv-superintendent Corc Qordon Smitin rəhbərliyi ilə keçirilən əməliyyatda "Portlend" casus şəbəkəsinin 5 üzvü saxlanılır.

Konon Molodıy həmin gün "Waterloo" körpüsündə Harri Houtondan gizli materialları aldığı anda həbs olunur. Londonda yaşadığı müddətdə Lonsdeylin bir neçə avtomobili, şəhərdən kənarda villası və paytaxtın ən bahalı otellərində dəbdəbəli nömrələri olur. Bütün bu var-dövləti “işgüzar fəaliyyəti” nəticəsində əldə etmişdi. Böyük Britaniya kraliçası ona “Birləşmiş Krallığın iqtisadi inkişafı naminə sahibkarlıq sahəsində göstərdiyi böyük uğurlara görə” xüsusi təşəkkür məktubu da təqdim etmişdi.

Ancaq bu təltif rəsmi olaraq zadəgan və ya “ser” titulu sayılmır. 1960-cı ilin kral mükafatları siyahısı da bunu təsdiqləyir. "Scotland Yard"-a gətiriləndə Molodıy öz kimliyini açıqlamaqdan imtina edir: nə adını deyir, nə də harada yaşadığını.

Bu səbəbdən MI5, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Kanada Atlı Polisi (RCMP) onu tanımaq üçün genişmiqyaslı araşdırmalara başlayırlar. Araşdırmalar nəticəsində Molodıyın rus olduğu, dəniz donanmasında xidmət keçdiyi və saxta Kanada sənədləri ilə hərəkət etdiyi ortaya çıxır. 1961-ci il martın 13-də Londondakı Old-Beyli məhkəməsində Molodıya və onunla birlikdə şübhəli bilinən şəxslərə – Harri Houton, Etel Ci və Morrislə Lona Koenə (yəni Piter və Helen Krogerlərə) qarşı casusluq ittihamı irəli sürülür.

Məhkəmə başlayanda belə, Britaniya hökuməti onun əsl kimliyi barədə tam əmin deyildi. Mart ayının sonunda məhkəmə onları günahkar sayır. Konon Molodıy 25 il həbs cəzası alır və cəzasını "Birmingemdəki Winson Green" həbsxanasında çəkməyə başlayır.

Təkadamlıq kamerada qalsa da, sonradan məşhur “Qatar soyğunçuları” ilə dostluq qurduğu deyilir. Zamanla Britaniya və ABŞ xüsusi xidmət orqanları onun əsl şəxsiyyətini müəyyənləşdirir. O, Rusiya vətəndaşı Konon Molodıy idi. 1964-cü il aprelin 22-də isə onun taleyində yeni dönəm başlayır. Molodıy SSRİ-də həbs olunmuş britaniyalı iş adamı Qrevill Vinnlə dəyişdirilir. Vinn o vaxt Moskvada Sovet polkovniki Oleq Penkovski ilə əlaqəyə görə həbs edilmişdi. Casus mübadiləsi Berlinin "Heershtrasse" nəzarət-keçid məntəqəsində baş tutur. 

Geri dönüş və "Lonsdeyl" adının son akkordu 

Sovet İttifaqına qayıtdıqdan bir il sonra Konon Molodıy öz casus həyatını qələmə alır. Kitabın adı “Casus: Qordon Lonsdeylın xatirələri” idi. Kitabda Konon yenə də Kanada doğumlu olduğunu iddia edir və Britaniya həbsxanasında keçirdiyi illərdən heç nə yazmır. Sovet rəhbərliyi bu nəşrə yaşıl işıq yandırmışdı. Molodıy "Portlend" işi üzrə onunla birlikdə həbs olunmuş Piter və Helen Krogerin (əslində Morris və Lona Koen) günahsız olduqlarını da yazır.

Amma bu “sakit” həyat uzun sürmür... 1970-ci ilin sentyabrında Moskvaətrafı meşələrin birində göbələk yığmağa çıxan Molodıy gözlənilmədən insult keçirir və elə oradaca 48 yaşında vəfat edir. Onun gənclik dostu, keçmiş "KQB" zabiti Leonid Kolosov sonralar “Ölü Mövsüm: Bir Əfsanənin Sonu” adlı kitabda yazırdı ki, Molodıy İngiltərədən qayıdanda tam sağlam idi. Amma bir müddət sonra "KQB"-nin təyin etdiyi həkimlər ona yüksək qan təzyiqinə qarşı iynələr vurmağa başlayırlar. Konon baş ağrılarından şikayətlənir, halbuki belə ağrılar daha əvvəl olmamışdı. Həkimlər isə onu sakitləşdirirdilər:

“İlk öncə vəziyyətin pisləşməsi normaldır sonra sağalma olacaq”.

Amma sağalmır... Konon Molodıy Moskvada, Donskoy qəbiristanlığında dəfn edilir. Qəbri başqa bir məşhur Sovet casusu, polkovnik Rudolf Abel - Vilyam Fişer ilə yan-yanadır. Hər ikisi SSRİ-nin dərin kölgələrdə yaşayan, amma bir o qədər də mərkəzdə duran susqun əfsanələri idi. 1968-ci ildə “Ölü Mövsüm” adlı film ekranlara çıxır. Film Molodıyın Böyük Britaniyada keçirdiyi əməliyyatlardan bəhs edir. Baş rolu litvalı aktyor Donatas Banyonis canlandırır. Molodıy filmin çəkilişlərinə məsləhətçi kimi qatılır və aktyorla birbaşa çalışır. Hətta deyirdi ki, Banyonislə onun arasındakı bənzərlik təəccüblü də olsa çoxdur. “Baharın on yeddi anı” teleserialının çəkilişlərindən xeyli əvvəl aktyor Vyaçeslav Tixonov sovet kəşfiyyatçısı Konon Molodıy ilə tanış olur.

Onların görüşlərindən birində Molodıyın aktyora danışdığı bir hekayə Tixonovu dərindən sarsıdır. Molodıy ona uzun illər ayrılıqdan sonra həyat yoldaşı ilə necə görüş təşkil edildiyini danışır. Bu hekayə aktyorun yaddaşında iz qoyur. Sonradan serialın çəkilişləri zamanı Tixonov bu hekayəni xatırlayır və onu rejissor Tatyana Lioznovaya danışır. Lioznova hekayəni diqqətlə dinlədikdən sonra bir anlıq susur və sonra heyranlıqla deyir:

“Möhtəşəmdir, bunu mütləq çəkəcəyik!”"

Beləcə, məşhur həyat yoldaşı ilə görüş səhnəsi ekranlara gəlir... 

Səbinə Uğur 
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 İyul 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu məhsul marketlərdən yığışdırılır Təhlükəli bakteriya aşkarlanıb

05 İyul 2025 04:04see131

60 yaşdan sonra gündə 4 fincan kofe içsəniz...

05 İyul 2025 04:47see129

Trampın gözlənilməz tarifləri və...

05 İyul 2025 00:26see125

Səhnədə badə qaldırdı, yerə yıxıldı Video

04 İyul 2025 23:48see119

Portuqaliyalı ulduz İstanbula gəldi

05 İyul 2025 01:26see119

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb FOTO

05 İyul 2025 01:16see119

Şəkidə yük və minik avtomobilləri TOQQUŞDU: İkisi körpə olmaqla dörd nəfər xəsarət aldı

05 İyul 2025 15:18see118

Məhkumlar arasında badminton yarışı keçirilib FOTOLAR

05 İyul 2025 10:02see117

UEFA “Barsa”nı 60 milyon cərimələdi

05 İyul 2025 06:10see117

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

04 İyul 2025 23:35see116

Avro qalxır, bu, Azərbaycan bazarına necə təsir edir? Açıqlama + VİDEO

05 İyul 2025 10:04see114

Pezeşkian Azərbaycanla bağlı görün nələr DANIŞDI: “Mənə dedilər ki…” KONKRET

05 İyul 2025 10:34see114

Qonşu ölkəyə qovurucu istilərlə bağlı XƏBƏRDARLIQ edildi Temperatur 44 dərəcəyə çatacaq

05 İyul 2025 15:18see113

Rusiya MN: PUA istehsalı sexləri Geran 2 ilə vurulub

05 İyul 2025 13:30see113

Boksçumuz Dünya Kubokunu bürünc medalla başa vurdu

05 İyul 2025 15:16see113

Yaprak Dökümü nün çəkildiyi malikanə ofis oldu

05 İyul 2025 14:03see113

Şəmkirdə göldə boğulan 3 azyaşlı dəfn edildi KONKRET

05 İyul 2025 13:39see113

Niderland millisinin üzvü Braziliya klubundan ayrıla bilər

06 İyul 2025 17:50see112

Dövlət dili Azərbaycan dilidirsə, o zaman büdcədən maliyyələşən ümumi təhsil də yalnız dövlət dilində olmalıdır

05 İyul 2025 14:59see112

Samir Bağırova görə öldürülən rəqqasənin bacısı illər sonra danışdı

05 İyul 2025 14:44see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri