Icma.az
close
up
RU
Əfsanəvi ifaçı Freddi Merkyurinin yarım əsr sonra dostunun həyat yoldaşından qızı dünyaya gəldi

Əfsanəvi ifaçı Freddi Merkyurinin yarım əsr sonra dostunun həyat yoldaşından qızı dünyaya gəldi

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Böyük Britaniyanın məşhur "Queen" qrupunun solisti Freddi Merkyurinin 1976-cı ildə dostunun arvadı ilə münasibətindən qızı dünyaya gəlib və ifaçı bunu ictimaiyyətdən gizlədib. Müğənninin qızının hazırda 48 yaşı var.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Britaniyanın "Daily Mail" nəşri Lesli-Enn Cons tərəfindən Merkyurinin bioqrafiyasına dair yazılan yeni "Love, Freddie" ("Sevgi ilə, Freddi") adlı kitaba istinadən bildirib.

İndiyə qədər rəsmi olaraq hesab edilirdi ki, "Queen"in vokalçısının bioloji övladı yoxdur.

Nəşr yazır ki, "Love, Freddie" kitabında "Bohem rapsodiyası" filminin uğurlu nümayişindən bir il sonra - 1976-cı ildə Merkyurinin yaxın dostunun arvadı ilə münasibətindən təsadüfən dünyaya gələn uşağın hekayəsindən bəhs edilir.

"Uşağın varlığından yalnız Merkyurinin ən yaxın ətrafı, o cümlədən valideynləri və bacısı, qrupun qalan üzvləri və həyatının sevgisi Meri Ostin xəbərdar idilər", - deyə nəşr qeyd edir.

Məlumata görə, müğənninin qızı həkimdir, Avropada yaşayır və uşaqları var. Onun adı açıqlanmır və birinci fəsildəki məktubunun altında isə qadın, sadəcə olaraq, latınca "V" hərfi ilə imza atıb, kimliyini açıqlamaqdan imtina edib. O, Merkyuri ilə yaşamayıb, lakin ifaçı tez-tez ona baş çəkib, ölümündən əvvəl isə ona 17 cildlik müfəssəl şəxsi gündəliklərini verib və bu gündəliklər də yeni bioqrafiyanın əsasını təşkil edib. Qadının iddiasına görə, müğənni onu həddindən artıq çox sevib. Nəşrin qeyd etdiyi kimi, "V"nin anası illər əvvəl vəfat edib.

Kitabın müəllifinin fikrincə, özünü Merkyurinin qızı adlandıran qadın, həqiqətən də, onun övladıdır.

Qeyd edək ki, Böyük Britaniyanın "Queen" rok qrupu 1970-ci illərin ortalarında böyük şöhrət qazanıb və rok musiqisi tarixinin ən uğurlu qruplarından birinə çevrilib, həmçinin çoxsaylı mükafatların qalibi olub. Onun lideri Freddi Merkyuri 1991-ci il noyabrın 24-də İİV infeksiyası fonunda inkişaf edən pnevmoniyadan Londonda vəfat edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 May 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri