Əfv olunan Gürcüstan vətəndaşı: Ailəmə qovuşduğum üçün çox sevinirəm
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 26 may, AZƏRTAC
Əfv edildiyim üçün Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. Əfv olunacağıma inanırdım. Özüm müraciət etmişdim.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Əfv Sərəncamına əsasən Penitensiar xidmətin 10 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan Gürcüstan vətəndaşı Rüfət Bayramov bildirib.
"Ailəmə, uşaqlarıma qovuşduğum üçün çox səvinirəm. Nə xoş ki, bu gün mənə qismət oldu. Məhkum yoldaşlarımın da azadlığa çıxmasını arzu edirəm",- deyə o bildirib.
Qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyev mayın 26-da “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb.

Anam niyə ailəmə müdaxilə etməsin?
20 İyun 2025 15:33
Avstraliyalı gimnast: Azərbaycanlı ailəmə çox minnətdaram İdman və Biz
04 Dekabr 2024 21:15
Sənətimi ailəmə qurban verdim Səbinə Babayeva
25 Mart 2025 11:58
Ailəmə görə buna nail ola bilmədim
25 Avqust 2025 15:37
Kamilə Nəbiyeva: “Sənətimi ailəmə qurban verməzdim”
21 Aprel 2025 13:13

