Icma.az
close
up
RU
Əfv siyahısında Rəşad Dağlı iddiası “Onun adı yoxdur, ola da bilməz!”

Əfv siyahısında Rəşad Dağlı iddiası “Onun adı yoxdur, ola da bilməz!”

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə əfv məsələsi ilə bağlı Prezidentə müraciət edilməsi və həmin siyahıda meyxanaçı Rəşad Dağlının adının yer alması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Gununsesi.info-ya xəbər verir ki, Musavat.com-a danışan Çingiz Qənizadə qeyd edib:

“Novella Cəfəroğlu başda olmaqla Səidə Qocamanlı, Səadət Bənənyarlı və mən birlikdə hüquq müdafiə təşkilatlarının monitorinq qrupunu yaratmışıq və uzun illərdir ki, biz dördlükdə müəyyən məsələlərə birgə münasibət bildiririk. Son günlər Novella xanımın adından gedən açıqlamada guya bizim Prezident Aparatına göndərdiyimiz siyahıda və yaxud da ki, əfv fərmanının verilməsi ilə bağlı təşəbbüsümüzdə müəyyən adamların adları var, o cümlədən meyxanaçı və hazırda həbsdə olan Rəşad Dağlının adı siyahıda var. Bununla bağlı son günlər Novella xanıma qarşı sosial şəbəkə üzərindən müəyyən, lazımsız ifadələrlə Novella xanıma qarşı münasibətlər bildirilir ki, o niyə bu siyahıya salınıb. Və təbii ki, bizə də müraciətlər olunur ki, belə bir siyahı varmı və əfvin verilməsi ilə bağlı Prezidentə müraciət olunubmu və s. Mən buna, bu məsələlərə qısaca aydınlıq gətirmək istəyirəm. Əvvəla qeyd eləyim ki, əfv məsələləri və əfvin verilməsi Azərbaycan Respublikası Prezidentinin müstəsna hüququdur və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsi ilə bu hüquq yalnız Prezidentə verilib. Və Prezident əfv verə bilər. Və əfvin verilməsi üçün təkliflər yox, müəyyən müraciətlər ola bilər. Yəni biz cənab Prezidentə təklif verə bilmərik ki, siz əfv fərmanı imzalayın. Sadəcə biz məktub göndərə bilərik ki, növbəti əfv sərəncamı olacaqsa, bu adamların da siyahıya salınması məsələsinin müzakirə edilməsinə şərait yaradılsın və yaxud da baxılsın və s”.

Çingiz Qənizadə qeyd edib ki, bu cür müraciətlərdə heç vaxt siyahıda olan adamların adları ictimaiyyətə açıqlanmır:

“Çünki dərhal müzakirələr başlayır: “Niyə filankəs verilmədi?”, “Niyə filankəsin adı orada olmadı?”. Və onu da qeyd edim ki, bizim müraciətlərimizə həmişə cənab Prezident tərəfindən böyük hörmət və ehtiramla yanaşılıb — həm Komissiya üzvləri tərəfindən, həm cənab Prezident tərəfindən.
Və elə məhz bu münasibətimizin, yəni əməkdaşlığımızın nəticəsidir ki, uzun illər bizim siyahılar əfv məsələləri müzakirə olunarkən o müzakirə predmetinə çevrilir. Bu o demək deyil ki, bizim məktubda yazdığımız insanların hamısı əfv olunur. Yəni oradan 5 nəfər, 10 nəfər, bəzən 30 nəfər o siyahıya salınırsa (əfv siyahısına), bu bizim artıq fəaliyyətimizdir”.

Novella Cəfəroğlunun son açıqlamasına da toxunan hüquq müdafiəçisi yayılan informasiyanın yanlış təqdim edildiyini deyib:

“Novella xanım əvvəla “məktub göndərmişik” deyib, “əfv fərmanının verilməsi ilə bağlı müraciət etmişik” ifadəsini işlətməyib, çünki Novella xanım çox yaxşı bilir ki, biz əfvin verilməsi ilə bağlı müraciət eləyə bilmərik, biz sadəcə məktub göndərə bilərik.
Və ikincisi də ki, bizim hazırladığımız və göndərdiyimiz siyahıda Rəşad Dağlının adı yoxdur”.

Çingiz Qənizadə Rəşad Dağlının konkret cinayət əməlinə görə məhkum olunduğunu bildirib. O, hüquq müdafiəçilərinin siyahı hazırlayarkən şəxslərin ölkədə ictimai-siyasi fəaliyyətini, səhhətini, ailə vəziyyətini və digər halları nəzərə aldığını qeyd edib:

“Rəşad Dağlı konkret cinayət əməlinə görə məhkum olunub. Adam öldürmə maddəsi ilə ittiham olunaraq məhkəmə onun barəsində qərar qəbul edib və hazırda cəzasını çəkir. Allah onun da qapısını açsın, amma biz siyahılarımızı tərtib eləyərkən həmin şəxslərin ölkədə ictimai-siyasi fəaliyyətini, ondan sonra səhhətini, ondan sonra ailə vəziyyətini və s. kimi halları nəzərə alırıq.
Və o baxımdan da qeyd eləyirəm ki, yəni biz siyahıları tərtib eləyərkən bunlara daha çox üstünlük verdiyimiz halda, Rəşad Dağlının — hazırda sağlam bir şəxsin, cəza çəkən bir şəxsin bizim siyahımızda olması qeyri-mümkündür.

Üstəlik, bizim siyahımızda qəsdən adam öldürən şəxslər heç vaxt olmayıb və ola da bilməz. Söhbət Rəşad Dağlıdan getmir, istər kim olursa olsun, yəni qəsdən adam öldürən şəxslər bizim siyahımızda heç vaxt olmayıb, ola da bilməz”.

Hüquq müdafiəçisi bir daha vurğulayıb ki, Novella Cəfəroğlunun fikirləri müəyyən qədər təhrif olunub, kontekstdən çıxarılıb:

“Novella xanım təcrübəli hüquq müdafiəçisidir, həyatının böyük bir hissəsini insanların hüquq və azadlıqlarının qorunmasına xidmət eləyib. Biz ondan çox şeyləri öyrənirik. Amma müsahibəsində ola bilsin ki, hansısa bir fikri jurnalist kontekstdən çıxardıb və yaxud da ki, o hansısa bir formada fikir ifadə etməyib, amma onu başqa cür təqdim ediblər. Belə hallar olan şeydir və Novella xanım həmişə obyektiv və ədalətli hüquq müdafiəçisi olub”.

Xatırladaq ki, 2023-cü ildə meyxanaçı Rəşad Dağlı qəsdən adam öldürməkdə və soyuq silah saxlamaqda təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Avqust 2026 04:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see392

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see370

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see357

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see323

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see297

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see278

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see270

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see266

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see263

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see258

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see241

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see240

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see240

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see234

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see230

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see228

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see210

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see208

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see206

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri