Icma.az
close
up
RU
Əgər Almaniya istəyirsə, bunu etməlidir Açıqlama

Əgər Almaniya istəyirsə, bunu etməlidir Açıqlama

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri təkcə ikitrəfli münasibətlər baxımından deyil, eyni zamanda Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq baxımdan mühüm əhəmiyyət kəsb edir. Çünki Almaniya bu gün Aİ-nin lokomotiv ölkəsi hesab olunur. Bu baxımdan həm ikitərfəli, həm də regional baxımdan əməkdaşlıq üçün geniş imkanları var. Digər məqam isə ondan ibarətdir ki, Azərbaycan uzun illərdir, xüsusən də Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra  Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayan ölkələrdən biridir. Azərbaycanın bu istiqamətdə getdikcə rolu daha da artmaqdadır”.

Bunu Ölkə.Az-a açıqlamasında deputat İlham Məmmədov deyib.

Deputat əlavə edib ki, Azərbaycan təkcə neft-qaz sahəsində deyil, alternativ enerji, xüsusən də “yaşıl enerji” məsələsində də Avropanın əsas tərəfdaş ölkələrindən biri hesab etmək olar: “Artıq Azərbaycanla bir sıra Avropa ölkələri arasında “yaşıl enerji” sahəsində əməkdaşlıq istiqamətində ciddi layihələrin icrası istiqamətində işlər uğurla davam etməkdədir. “Yaşıl enerji” sahəsində Azərbaycan  Avropa ilə Mərkəzi Asiya arasında da bir körpü rolunu oynamağı planlaşdırır və bu istiqamətdə də ilkin addımlaırnı atıb. Azərbaycanın hədəfi Orta Dəhlizi “yaşıl dəhliz”ə çevirməkdir. Bunun üçün çox böyük imkanlar mövcuddur. Orta Dəhlizin imkanlaırnın genişləndirilməsində, alternativ enerji sahəsində əməkdaşlıq baxımdan Almaniyanın xüsusi rol oynaya bilər. Çünki Almaniyanın bu sahədə böyük təcrübəyə malik çoxsaylı şirkətləri var.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev də almaniyalı həmkarı ilə görüşdə alman şirkətləri ilə əməkdşalıqda maraqlı olduğunu açıq dilə gətirib. “Bərpaolunan enerji sahəsində, harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır. Bunun bir hissəsi Avropaya ixrac ediləcək”, - Prezident İlham Əliyev qeyd edib. Bu onu deməyə əsas verir ki, Azərbaycan “yaşıl enerji” sahəsində də sıx əməkdaşlıq etməklə Avropanın enerji təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunmasına öz töhfəsini vermək istəyir. Bunu bir çox Avropa ölkələri çox yaxşı bildiyi üçün Azərbaycanla sıx əməkdaşlıq edirlər. Hesab edirəm ki, Almaniya prezidentinin səfəri bu sahədə regional əməkdaşlığa öz töhfəsini verəcək. Bunun üçün  Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına xüsusi ehtiyac var. Almaniya öz imkanlarından istifadə edərək bölgədə dayanıqlı sülhün əldə olunması üçün həm Avropadakı sülhə əngəl yaradan Fransa kimi ölkələrə, həm də Ermənistana təsir edə bilər. Cənab Prezident  İlham Əliyev dayanıqlı sülhlə bağlı şərtlərini isə görüdə bəyan edib. Bildirib ki, İrəvan ATƏT MQ-dən imtina etməli və bir də Azərbaycana ərazi iddiasını nəzərdə tutulan konstitusiyasına dəyişiklik etməldidir. Bundan sonra sülh sazişinin imzalnması üçün bütün maneələr aradan qalxmış olacaq. Əgər Almaniya Cənubi Qafqazda dayanıqlı sülhdə və bölgədəki ölkələrlə sıx əməkdaşlıqda maraqlıdırsa,  o zaman Aİ-nin flaqman ölkəsi kimi bu istiqamətdə öz töhfəsini verməlidir”.

Mürtəza
Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 Aprel 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see657

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see358

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see224

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see215

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see192

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see185

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see182

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see179

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see175

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see171

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see164

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see163

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see163

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see160

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see159

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see158

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see158

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see157

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see157

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri