“Əgər Avropa bizimlə döyüşmək istəsə...” Putin mümkün planı açıqladı
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqı ilə müharibə etmək planlarının olmadığını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə VTB-nin “Rusiya çağırır!” forumundan sonra keçirilən brifinqdə danışıb.
Putin bildirib ki, Moskva dəfələrlə münaqişə istəmədiyini bəyan edib:
“Biz Avropa ilə müharibə etmək istəmirik, bunu yüz dəfə demişəm. Amma, əgər Avropa bizimlə döyüşmək istəsə və başlasa, biz buna dərhal hazırıq. Burada heç bir şübhə ola bilməz. Avropa ölkələri hərbi əməliyyatlara başlasa, Moskvanın danışıqlar aparacağı tərəf qalmaya bilər. Rusiya Avropanı özündən uzaqlaşdırmayıb və qapıları bağlamayıb”.
Qeyd edək ki, yaxın dəqiqələrdə Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında növbəti görüş keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 02 Dekabr 2025 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















