Icma.az
close
up
RU
Əgər biz çətinlikləri birlikdə aşırıqsa, deməli, sabahı da birlikdə qurmağa qadirik

Əgər biz çətinlikləri birlikdə aşırıqsa, deməli, sabahı da birlikdə qurmağa qadirik

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

19 iyun 2025-ci il tarixində Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi bu tədbir həm siyasi, həm də mənəvi baxımdan son dərəcə önəmli bir hadisə oldu. Kahramanmaraşda salınan “Azərbaycan” məhəlləsi ortaq irsimizdə növbəti bir qardaşlıq abidəsi kimi ucaldı.

2023-cü ilin 6 fevralında Türkiyəni sarsıdan dəhşətli zəlzələnin səsi təkcə Anadolu torpağında deyil, Bakıdan Naxçıvana, Gəncədən Lənkərana qədər hər bir Azərbaycanlının evində eşidildi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqı Türkiyədə baş vermiş zəlzələni öz faciəsi kimi qəbul etdi. 

Fəlakətin ilk günlərindən Azərbaycan dövləti dərhal yardım üçün hərəkətə keçdi. Prezident İlham Əliyevin tapşırığı ilə qardaş ölkəyə yardım məqsədilə bütün mövcud imkanlar səfərbər edildi.

Yəni, bu hisslər təkcə sözlə deyil, Azərbaycan dövləti tərəfindən əməllə sübuta yetirildi və yetirilir. 

Düşünürəm ki, Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşası, Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərinin geosiyasi çərçivələrdən kənara çıxaraq, mənəvi həmrəylik və qarşılıqlı etimad üzərində qurulduğunun simvolik təzahürüdür.

“Azərbaycan” məhəlləsi təkcə evlərdən ibarət deyil. Burada yaşayış və əmək fəaliyyəti üçün tam infrastrukturlu bir məkan yaradılıb və inşa prosesi davam etdirilir.

Artıq 1000-dən çox ailə yeni həyata başlayacaq. Ümummilli Lider Heydər Əliyevin adını daşıyan təhsil ocağı Ulu Öndərin unudulmaz “Bir millət, iki dövlət” fəlsəfəsinin yeni nəslin şüuruna kök salmasına töhfə verəcək. Orada fəaliyyət göstərən Mədəniyyət mərkəzi bizim ortaq folklorumuzun, musiqimizin, sazımızın, sözümüzün yaşadılmasına şərait yaradacaq. 

Yəni, bu, təkcə bərpa-yenidənqurma və ya sosial dəstək layihəsi deyil, həm də mədəniyyətlərin inteqrasiyası, ortaq yaddaşın yaşadılması üçün əhəmiyyətli bir addımdır. 

Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşası, eyni zamanda beynəlxalq müstəvidə təşəbbüs göstərdiyi hər bir işi peşəkarlıqla, məsuliyyətlə və yüksək keyfiyyətlə həyata keçirən Azərbaycan obrazıdır və bir daha deyirəm – qardaşlıq niyyətinin məhsuludur.

Bilirsiniz, bəzən çətinliklər xalqların iradəsini sınağa çəkir, lakin qardaş xalqlar bu sınaqlardan həmrəylik və dostluq ruhunu daha da gücləndirərək çıxmağı çox yaxşı bilirlər.

Əgər biz çətinlikləri birlikdə aşırıqsa, deməli, sabahı da birlikdə qurmağa qadirik. 

Günay Əfəndiyeva

Millət vəkili


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 İyun 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri