Əgər bu toy baş tutsaydı, həbslər olacaqdı Elşad Hacıyev
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
""Bəli" deməyə yaşı çatmayanların toyuna icazə yoxdur. Əziz valideynlər, yaşı çatmayan övladlarınızı evləndirməkdən çəkinin".
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.
"Zərdab rayonunda toy mərasiminin qarşısı niyə alınıb? Bilirsiniz ki, olmaz, qadağandır. Əgər bu toy baş tutsaydı, həbslər olacaqdı. Göz yummadıq, toyun dayandırılmasını təmin etdik, təşkilatçıları isə cinayət məsuliyyətinə cəlb etmədik. Bu, belə fikirdə olan insanlara siqnal olmalıdır. Unutmayın ki, təkcə hüquq və qanun deyil, cəmiyyət də erkən nikahları qəbul etmir. Qanuni tələblərə hər kəs hörmətlə yanaşmalı, rəhbər prinsiplərə əməl etməlidir", - deyə DİN rəsmisi qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 03 Sentyabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















