Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əgər kiminsə əlində sübutu, dəlili varsa, bildiyini danışsın” Tural Abbaslı

Əgər kiminsə əlində sübutu, dəlili varsa, bildiyini danışsın” Tural Abbaslı

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

“Ramiz Mehdiyev məsələsi bitmədən Azərbaycanın yeni siyasi mərhələyə keçməsi çətin olacaq" 

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin xəyanətinin başında Rusiya faktorunun olması barədə dəfələrlə mediada yazılıb. Hətta bir müddət əvvəl Ramiz Mehdiyevin dövlət çevrilişi planı ilə bağlı Rusiyanın müəyyən dairələrinə göndərdiyi məktub da üzə çıxıb. Məktubun mətninə görə, Mehdiyev ölkədə hakimiyyətin üç qolunun - qanunverici, icra və məhkəmə orqanlarının fəaliyyətinə nəzarəti xüsusi "Dövlət Şurası" adlı quruma həvalə etməyi təklif edib. "Boz kardinal"ın "Dövlət Şurası"nın 50 nəfərdən ibarət olacağı qeyd olunub. 50 nəfərlik "Dövlət Şurası"nda yer alacaq şəxslərin kimliyi haqqında da yazılar gedib. Onların arasında müxalifət nümayəndələri də var. Həmin müxalifətçilərdən birinin AXCP sədri Əli Kərimli olduğu xüsusi vurğulanır. Son proseslər və "Ramiz Mehdiyev İşi" siyasi sferada təmizləmə zərurətini ortaya çıxardı. İddia edilir ki, "Milli Şura" da Ramiz Mehdiyevin layihəsi olub. Xüsusən, Əli Kərimli, Gültəkin Hacıbəylinin R.Mehdiyevlə pərdəarxası təmaslarından bəhs edilir. "Milli Şura" məsələsi müxalifət düşərgəsində qarşılıqlı ittihamları da gündəmə gətirib. Bəzi partiya sədrləri, məsələn, ADP sədri Sərdar Cəlaloğlu digər siyasi təşkilat rəhbərlərini, deputatları, 1990-cı, 2000-ci illərdə siyasi səhnədə aktiv rol oynamış şəxsləri də "Milli Şura" üzvləri olmaqda ittiham edərək, onların da istintaqa çağırılmasını təklif edib. Adları çəkilənlər isə S.Cəlaloğlunun iddialarının əsassız olduğunu deyərək partiya sədrini tənqid ediblər. 

Baş verənləri Sherg.az-a dəyərləndirən AĞ Partiyanın sədri Tural Abbaslı deyib ki, Ramiz Mehdiyev ətrafında baş verən siyasi hadisələr, istintaq və cinayət prosesi bəzi şəxslər tərəfindən qəsdən, yaxud bilmədən fərqli istiqamətə çəkilir. Partiya rəhbəri qeyd edib ki, sanki yaşananlar fonunda Ramiz Mehdiyev fiquru, onun qanunsuz fəaliyyəti yaddan çıxır və prosesin yan qollarına əsas diqqət yönəldilir: "AXCP sədri Əli Kərimlinin həbsi, "Milli Şura"nın araşdırılması, sonradan müxalifət partiyalarında təmsil olunanların rəqabət mühiti çərçivəsində bir-birini bu və ya digər məsələlərdə ittiham etməsi və s. məsələlər, əslində, Ramiz Mehdiyevi dolayısı ilə prosesdən kənarda saxlayır. Hətta bəzi bir qrup siyasilər, partiya üzvləri iddia edirlər ki, guya əsas hədəf Əli Kərimli, yəni onun həbsi imiş. Halbuki, hamımız yaxşı bilirik ki, R.Mehdiyev o qədər böyük fiqur, siyasi-iqtisadi rıçaqları o qədər gücü olub ki, siyasi düşərgədə ancaq o kimlərisə prosesə cəlb edə bilərdi. Müxalifətdən kimsə R.Mehdiyevi nəyəsə cəlb edə bilməzdi. Onu da istisna etmirəm ki, istintaq genişləndikcə, müxtəlif siyasi fiqurların, müxalifətçilərin, məmurların, şərhçilərin, media təmsilçilərinin adları da istintaqda peyda olsun. Amma unutmayaq ki, çibanın başı Ramiz Mehdiyevdir və sifarişi aldığı da Rusiyadır. Təbii ki, bu işi görmək üçün onun dəstəsi, şəbəkəsi də olub. Bu faktı unutmadan hər kəs sözünü, rəyini deyə bilər". 

T.Abbaslı əlavə edib ki, o, əlində tutarlı faktları olan siyasilərin bir-birini ittiham etməsinin əleyhinə deyil: "Əgər kiminsə əlində sübutu, dəlili varsa, bildiyini danışsın. Heç nə gizli qalmasın. Bu problem, bu düyün nə qədər tez zamanda çözülsə, həqiqətlər ortaya çıxsa, o qədər yaxşıdır. Belə olarsa, növbəti mərhələyə daha tez qədəm qoyarıq. Prosesin daha sürətli getməsinin, aidiyyəti insanların layiqli cəza almasının tərəfdarıyam. Ramiz Mehdiyev məsələsi bitmədən Azərbaycanın yeni siyasi mərhələyə keçməsi çətin olacaq". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Dekabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri