Icma.az
close
up
RU
Övladınızın varlı olmasını istəyirsinizsə... Valideynlərə TÖVSİYƏ

Övladınızın varlı olmasını istəyirsinizsə... Valideynlərə TÖVSİYƏ

Icma.az, News24 saytına istinadən bildirir.

Pul tədavül, yığım, alqı-satqı və nəhayət, dəyər vasitəsidir. Ona görə də pul hər birimizin həyatında xüsusi yer tutur. Amma pulla davranmağın yolları var. Onunla düzgün davranmayanlara bədxərc, doğru davranana isə varlı deyirik

Bədxərc yox, varlı olmaq üçün pulla necə rəftar etməyi uşaqlıqdan öyrənməliyik.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova deyir ki, pulun nə olduğunu və onunla necə rəftar etməyi uşaqlara lap kiçik yaşlarından öyrətmək lazımdır:

“Heç kimə sirr deyil ki, 3-4 yaşlı uşaq marketə girərkən gözü gördüyü hər şeyi yığıb götürmək istəyir. O zaman uşağa izah edirik ki, gördüklərin heç də havayı deyil, pulladır. Bax, uşaq ilk dəfə pulun dəyərini o zaman dərk edir. Bundan sonra atasından, nənə-babasında oyuncaq yox, pul istəyir.

Təbii ki, uşaq təfəkkürü balaca olduğu üçün əlindəki pulu anındaca xərcləyib qurtarır. Bax, o zaman uşağa pulla necə rəftar etməyi öyrətmək lazımdır. Məlumdur ki, orta məktəbə gedən hər bir uşağa valideyin gündəlik “cibxərcliyi” verir. Bu da normaldır. Amma hər bir valideyn yaxşı olar ki, uşaqlarına gündəlik yox, həftəlik pul versin. Bax, o zaman uşaq pulu necə idarə etməyi öyrənəcək. Əlindəki 10-15 manatı bir günə və lazımsız yerə xərcləməyəcək və ona qənaət etməyə çalışacaq.

Amma gündəlik verilən pula heç də bütün uşaqlar qənaətcilliklə yanaşmır. Düşünür ki, sabahın pulu ayrıdır. Lakin uzun müddət üçün verilən pula uşaq həssaslıqla yanaşır. Bilir ki, bədxərclik edəndə həftəsonuna pulu olmayacaq”.

Müsahibimiz hesab edir ki, yuxarı siniflərdə oxuyan uşaqlara “cibxərcliyi”ni aylıq vermək daha uyğundur:

“Çünki yetkinlik yaşına çatan uşağın təkcə yemək yox, digər qayğıları da var. Ona görə də uşağa aylıq büdcə ayırmaq lazımdır ki, ondan daha səmərəli istifadə eləsin. Ancaq yeməyə yox, digər zəruri şeylərə də pulunu çatdırsın. Belə olacağı təqdirdə uşaqlar pulla rəftarı yaxşı öyrənir. Pulu necə gəldi xərcləmir, ondan qənaətlə istifadə edir.

Yaxşı olar ki, uşaqların geyim və digər pullarını aylıq cibxərcliyinə daxil edəsiniz.

Çünki uşaq biləndə ki, ayaqqabı və yaxud corabı cırılanda onu özü alacaq, o zaman daha diqqətli olur. Amma bu öhdəlik valideynin üzərində qalanda uşaq heç nəyə fikir vermir və israfçı olur. Ona görə də uşağınızın varlı olmasını istəyirsinizsə, ilk növbədə ona pulla necə rəftar etmək lazım olduğunu öyrədin. Bir sözlə, uşaqlarımıza pulun nə olduğunu 3-4 yaşlarında, puldan necə istifadəni isə 7-8 yaşlarında öyrətsək, daha yaxşı olar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://news24.az
archiveBu xəbər 29 Mart 2025 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri