Icma.az
close
up
RU
Əgər Rusiya bu müdafiə imkanlarını məhdudlaşdırırsa və ya konsulluq yardımına mane olursa... AÇIQLAMA

Əgər Rusiya bu müdafiə imkanlarını məhdudlaşdırırsa və ya konsulluq yardımına mane olursa... AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Rusiyada yaşayan azərbaycanlılara qarşı son dövrlərdə müşahidə olunan təzyiqlər, ayrı-seçkilik halları və bəzən də zorakılıq elementləri, həm sosial narahatlıq, həm də beynəlxalq hüquq baxımından ciddi suallar doğurur. Bu hadisələr yalnız fərdi münaqişələr çərçivəsində qiymətləndirilə bilməz. Burada həmçinin etnik mənsubiyyətə görə ümumiləşdirici münasibətlərin formalaşması və Azərbaycan vətəndaşlarının hüquqlarının sistemli şəkildə pozulması ehtimalı ön plana çıxır. Belə şəraitdə Azərbaycan dövləti həm hüquqi, həm də diplomatik müstəvidə konkret və ardıcıl müdafiə mexanizmlərini işə salmalı olur". 
Bu sözləri Demokrat.az-a açıqlamasında Bakı Dövlət Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev deyib.
O bildirib ki, Rusiyada azərbaycanlılara qarşı təzyiqlər və onların hüquqlarının pozulması fonunda Azərbaycan-Rusiya münasibətlərinin hüquqi baxımdan dəyərləndirilməsi, beynəlxalq hüququn bir neçə əsas norma və prinsipləri üzərindən həyata keçirilə bilər:
"Burada dövlətlərarası münasibətlərdə hüquqi məsuliyyət, konsulluq hüququ, insan hüquqları sahəsində beynəlxalq öhdəliklər və qarşılıqlı müqavilə münasibətləri əsas hüquqi çərçivəni təşkil edir.Birinci hüquqi əsas dövlətin öz ərazisində yaşayan əcnəbilərə qarşı münasibətdə beynəlxalq öhdəliklərinə riayət etməsi ilə bağlıdır. Rusiya Federasiyası, BMT-nin İnsan Hüquqları üzrə Beynəlxalq Paktları (1966), İrqçiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiya (1965) və Avropa İnsan Hüquqları Konvensiyası (1950) kimi mühüm sənədləri ratifikasiya etmişdir. Bu sənədlər Rusiya dövlətinə öz yurisdiksiyası altında olan şəxslərə qarşı ayrı-seçkiliyə, zorakılığa və ədalətsiz rəftara yol verməmək öhdəliyi qoyur. Əgər azərbaycanlılar etnik mənsubiyyətə görə sistematik təqibə və ya diskriminasiyaya məruz qalırsa, bu, Rusiya dövlətinin beynəlxalq hüquq qarşısında məsuliyyətinə səbəb ola bilər.İkinci hüquqi aspekt konsulluq hüququ və diplomatik müdafiə hüququ ilə bağlıdır. Vyana Konvensiyasına (1963) əsasən, hər bir dövlətin diplomatik və konsulluq nümayəndəlikləri onun vətəndaşlarının hüquqlarını müdafiə etmək səlahiyyətinə malikdir".
Hüquqşünas bildirib ki, Azərbaycan səfirliyi və konsulluqları Rusiyada yaşayan vətəndaşların saxlanması, hüquqi yardıma ehtiyacları, deportasiya halları və qeyri-insani rəftarla bağlı məlumatları araşdırmaq və Rusiya tərəfi qarşısında məsələ qaldırmaq hüququna malikdir:
"Əgər Rusiya bu müdafiə imkanlarını məhdudlaşdırırsa və ya konsulluq yardımına mane olursa, bu, beynəlxalq hüququn pozuntusudur.Üçüncü hüquqi müstəvi dövlətlərarası münasibətlərdə bərabərlik və daxili işlərə qarışmamaq prinsipləridir. BMT Nizamnaməsinin 2-ci maddəsinə əsasən, hər bir dövlət digər dövlətin daxili işlərinə qarışmamaq öhdəliyinə malikdir. Əgər Rusiya tərəfi Azərbaycan vətəndaşlarına qarşı təzyiqləri bilavasitə etnik və ya siyasi səbəblərlə, xüsusilə bunu təzyiq aləti kimi həyata keçirirsə, bu, dövlətlərarası münasibətlərin pozulması kimi qiymətləndirilə bilər. Dördüncü aspekt mülki şəxslərin hüquqlarının müdafiəsi üzrə beynəlxalq hüquqi müdafiə mexanizmləridir. Azərbaycan vətəndaşları fərdi qaydada, xüsusilə də Rusiyada yaşamaq və işləmək hüququ pozulan, zorakılığa və ya hüquqi müdafiəsizliyə məruz qalan şəxslər, Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət verə bilərlər. AİHM təcrübəsində etnik ayrı-seçkilik, deportasiya zamanı qeyri-insani rəftar və vətəndaşların hüquqlarının effektiv müdafiə olunmaması halları üzrə çoxsaylı presedentlər mövcuddur.Nəhayət, bu məsələ iki dövlət arasında bağlanmış qarşılıqlı müqavilə öhdəlikləri kontekstində də qiymətləndirilə bilər. Azərbaycanla Rusiya arasında əmək miqrasiyası, hüquqi yardım, hüquqi münasibətlərin qarşılıqlı tənzimi və hüquqların qorunması ilə bağlı müxtəlif sazişlər mövcuddur. Bu sənədlərin pozulması və ya birtərəfli tətbiqi beynəlxalq müqavilə hüququ baxımından hüquqi məsuliyyət doğura bilər (Vyana Konvensiyası, 1969, Müqavilə hüququ haqqında).Beləliklə, hüquqi baxımdan qiymətləndirildikdə, Azərbaycan vətəndaşlarına qarşı ayrı-seçkilik, təzyiq və ya hüquq pozuntuları yalnız etik və siyasi deyil, beynəlxalq hüququn maddi və prosedur normalarının pozulması kimi də dəyərləndirilə bilər. Azərbaycan dövləti bu hallara qarşı həm diplomatik, həm də hüquqi müstəvidə reaksiya vermək hüququna və vəzifəsinə malikdir".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 İyul 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri