Icma.az
close
up
RU
“Əgər Rusiya bu NATO ölkəsinə zərbə endirsə...” Estoniya nədən narahatdır? AzPolitika onlayn siyasiictimai qəzet

“Əgər Rusiya bu NATO ölkəsinə zərbə endirsə...” Estoniya nədən narahatdır? AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tallin Rusiyanın Estoniyaya mümkün hücumundan narahatdır. Rusiya ilə sərhəddə yerləşən Estoniyanın Narva şəhəri naviqasiyanın məhdudlaşdırılması və dronların istifadəsi də daxil olmaqla, Moskvanın daimi təxribatlarına qarşı müqavimət mərkəzinə çevrilib.

“AzPolitika” xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Estoniya Polisi və Sərhəd Mühafizəsi Departamentinin baş direktoru Egert Beliçev deyib: “Biz üçüncü dünya müharibəsini başlamağa çalışmırıq, lakin bizi daha ciddi nəticələrə səbəb olacaq bir şeyə təhrik etmək üçün davamlı cəhdlər görürük”.

Yazıda qeyd olunur ki, Estoniya əhalisinin təxminən dörddə biri etnik ruslardır. Onların əksəriyyəti Estoniya vətəndaşlığına malikdir və özlərini ölkənin bir hissəsi kimi hiss edirlər. Bununla belə, Kreml keçmişdə Gürcüstanda, Moldovada olduğu kimi etnik məsələdən başqa dövlətlərin işlərinə qarışmaq və Ukraynanı işğal etmək üçün istifadə edib.

Ekspertlər Rusiyanın analoji ssenarini etnik rusların yaşadığı Estoniyanın şərqində, xüsusən də Narva şəhərində həyata keçirməyə cəhd edə biləcəyindən narahatdırlar: "Narahatlıq ondan ibarətdir ki, Kreml eyni plandan istifadə edib, etnik rusların olduğu Estoniyanın şərqini ələ keçirməyə cəhd edə, sonra isə cavab olaraq NATO-nu dünya müharibəsinə vadar edə bilər. Cavab verməmək NATO-nun 5-ci Maddəsinin işləmədiyini nümayiş etdirəcək".

Qeyd olunur ki, Estoniyanın üçüncü böyük şəhəri olan Narva Sankt-Peterburqa Tallinndən daha yaxındır. Sakinlərinin 96%-nin rus dilində danışdığı şəhər bir çox vətəndaşın Rusiya pasportuna sahib olduğu yerdir. Yazıda qeyd olunur ki, Estoniyanın NATO üzrə müttəfiqləri bu strateji əhəmiyyətli regionda baş verə biləcək hadisələrə hazır deyillər.

“Politico”-nun məlumatına görə, hazırda Estoniyanın Tapa aviabazasında Fransa qüvvələri ilə yanaşı 900-ə yaxın Britaniya hərbçisi yerləşdirilib: “NATO əksər şərq üzv ölkələrində döyüş qrupları yaradıb və onları Latviya və Litvada genişləndirməyi planlaşdırır. Estoniyada isə cəmi iki zirehli briqadası olan Britaniya ordusunun məhdud resursları səbəbindən NATO oxşar öhdəliklər götürməyib. Rusiya zərbə endirərsə, çətin ki, buradakı azsaylı NATO qüvvələri və Tapadakı 7700 Estoniya hərbçisinin (müharibə olacağı təqdirdə bu say 43 minə qədər arta bilər) hücumu dəf etmək üçün kifayət qədər atəş gücünə malik olsun”.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Dekabr 2024 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri