Tramp: Avqustun 8 dək Ukraynada atəşkəs əldə olunmasa, ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər avqustun 8-dək Ukraynada atəşkəs əldə olunmasa, Vaşinqton Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Bu tarix Trampın daha əvvəl irəli sürdüyü 10 günlük ultimatumun sona çatdığı gündür.
“Sanksiyalar olacaq, lakin görünür, onlar (Rusiya) bu cür tədbirlərdən yayınmaqda kifayət qədər bacarıqlıdırlar. Bilirsiniz, onlar hiyləgər insanlardır və bu prosesdən yayınmaqda da uğurludurlar. Ona görə də nəticənin nə olacağını birlikdə görəcəyik”, – deyə Tramp jurnalistlərə açıqlamasında bildirib.
İyulun ortalarında prezident Tramp demişdi ki, əgər 50 gün ərzində Ukraynadakı münaqişənin həllində irəliləyiş əldə olunmazsa, ABŞ Rusiyadan karbohidrogen idxal edən ölkələrə ikinci dərəcəli rüsumlar tətbiq edəcək. Daha sonra o, bu müddəti 10 günə endirərək son tarix kimi avqustun 8-ni göstərmişdi.
Donald Trampın “məyusluğu” ilə bağlı Rusiya prezidenti Vladimir Putin isə bildirib: “Bütün məyusluqlar, adətən, həddindən artıq gözləntilərin nəticəsidir.”
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 04 Avqust 2025 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















