Icma.az
close
up
RU
Əgər vəkilin sorğusuna cavab verilmirsə, bu, vətəndaşın ədalətə çıxış imkanını daraltmaqdır Vəkil

Əgər vəkilin sorğusuna cavab verilmirsə, bu, vətəndaşın ədalətə çıxış imkanını daraltmaqdır Vəkil

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Sədr seçimi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması ilə dəyişiklik əslində çoxdan atılmalı idi. Vəkillərin seçimi demokratik iradənin nəticəsidirsə, hər hansı məhdudiyyət bu iradəyə müdaxilədir. Çünki demokratik seçkilərdə yeganə meyar vəkilin iradəsi olmalıdır".

Bu barədə Redaktor.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Vüsal Cəfərov bildirib.

Onun sözlərinə görə, əgər vəkillər öz iradəsini sərbəst ifadə edə bilirsə, hər hansı məhdudiyyət həmin iradəyə müdaxilə kimi qiymətləndirilməlidir:

"Bu məsələyə belə baxmaq lazımdır ki, əgər bir sədr kollegiyanın inkişafına, peşənin nüfuzunun yüksəlməsinə, vəkillərin problemlərinin həllinə real töhfə verirsə, niyə ikinci, üçüncü, hətta beşinci dəfə seçilməsin? Əgər o, etimadı doğrultmursa, o zaman birinci seçkidə də dəstək qazanmayacaq. Yəni qərar verən mexanizm artıq qanunda deyil, vəkillərin azad seçimindədir. Bu, demokratik prinsiplərin ən saf formasıdır. Vəkillərin müstəqilliyi yalnız hüquqi aktlarda yazılan bəndlərlə məhdudlaşmamalıdır. Bu müstəqillik özünün ən aydın ifadəsini məhz təşkilati həyatımızda tapmalıdır. Əgər biz məhkəmədə vəkil kimi azad danışmaq, azad müdafiə aparmaq hüququmuzu tələb ediriksə, niyə öz rəhbərimizi seçməkdə azad olmayaq? Bu məhdudiyyətin götürülməsi, əslində, vəkillərin özlərinə etimadın göstəricisidir. Üstəlik, dünyada mövcud təcrübəyə baxsaq, görərik ki, bir çox ölkələrin vəkillər kollegiyalarında sədrin seçilməsinə dair heç bir məhdudiyyət yoxdur. Bu dəyişiklik həm demokratiyanın güclənməsinə, həm də vəkillərin bir ailə kimi daha sıx birləşməsinə səbəb olacaq. Çünki artıq biz öz taleyimizi özümüz müəyyənləşdiririk. Mən buna peşəmizin öz ayaqları üzərində daha möhkəm dayanması kimi baxıram".

Vəkil qeyd etd ki, o, staj tələbinin 3 ildən 1 ilə endirilməsi ilə bağlı dəyişikliyi gəncliyə açılmış bir qapı, ədalət sisteminə gələn yeni nəfəs kimi görür:

"Çünki hüquq fakültəsini bitirən gənc hüquqşünas artıq nəzəri biliklərlə silahlanmış olur. Bu gənclərin üstünlüyü ondadır ki, onlar hələ öyrənməyə açıqdır, enerjiləri tükənməyib, motivasiya zirvədədir. Bir illik təcrübə dövrü isə onların bu bilikləri praktik müstəviyə gətirməsi üçün kifayət qədər yetərlidir. Əvvəlki 3 illik gözləmə müddəti əslində bir çox hallarda gənclərin həvəsini sındırırdı. Mənim təcrübəmdə də olub ki, bir illik staj dövründə tələbə həm məhkəmə zalında, həm də hüquqi araşdırmalarda özünü parlaq şəkildə göstərə bilib. Amma o gəncin peşəyə tamhüquqlu qoşulması üçün daha iki il də gözləməsi lazım gəlirdi. Bu, motivasiyanın soyumasına, bəzən də gəncin peşədən uzaqlaşmasına səbəb olurdu. Mən əminəm ki, bu dəyişiklik həm ədalətli, həm də vaxtında atılmış addımdır. Çünki ədalət mühakiməsi yalnız təcrübəli, uzun illərin vəkillərinə deyil, eyni zamanda gənc, çevik və dinamik müdafiəçilərə də ehtiyac duyur. Bu gənclər bəzən məhz enerjiləri, yenilikçi yanaşmaları və fərqli düşüncə tərzləri ilə işlərin gedişinə müsbət təsir göstərirlər. Onların vaxtında peşəyə cəlb olunması həm vəkillik institutunun, həm də ümumən ədalət sisteminin xeyrinədir. Bu qərar həm də bir mesajdır: “Azərbaycan dövləti gəncliyə inanır, onların bilik və bacarığına güvənir.” Bu etimad isə gənclərin məsuliyyət hissini artırır. Çünki vəkillik yalnız iş yeri deyil, insan taleyi ilə bağlı bir missiyadır".

Vüsal Cəfərov hesab edir ki, vəkil sorğularının 7 iş günündən gec olmayaraq cavablandırılması ilə bağlı dəyişiklik yerində bir dəyişiklikdir:

"Çünki vəkilin sorğusu sadə bir sənəd deyil, çox vaxt işin taleyini həll edən açar olur. Əgər vəkilin sorğusuna cavab verilmirsə, bu, sadəcə bir vəkilin işinə mane olmaq deyil, əslində, vətəndaşın ədalətə çıxış imkanını daraltmaqdır. Odur ki, 7 gün müddəti yalnız praktiki rahatlıq deyil, həm də ədalət prinsipi baxımından fundamental əhəmiyyət daşıyır. Mən hətta düşünürəm ki, gələcəkdə cavab verməyənlər üçün inzibati məsuliyyət tətbiqi qaçılmaz olacaq.

Bəzən vəkil olmayan hüquqşünas şəxslər özlərini vəkil kimi təqdim edirlər, guya məsləhət verir, hətta məhkəmə proseslərinə müdaxilə etməyə çalışırlar. Bu, cəmiyyət üçün ikiqat təhlükədir: həm vətəndaş yanlış yönləndirilir, həm də vəkilliyə olan ictimai etimad zədələnir. Düşünürəm ki, inzibati cərimələr kifayət etmir, bu sahədə cinayət məsuliyyəti də gündəmə gətirilməlidir. Çünki vəkil adına edilən saxta müdaxilə, əslində, ədalət mühakiməsinə qarşı edilən hücumdur".

Vəkillər Kollegiyasının üzvü onu da vurğuladı ki, Azərbaycan vəkilliyi bu gün intibah dövrünü yaşayır.

"İllər öncə təsəvvür olunmazdı ki, vəkil bu qədər müstəqil, bu qədər nüfuzlu, bu qədər sistemli fəaliyyət göstərə bilər. Bu gün isə artıq vəkil cəmiyyətin hüquqi dayağına çevrilib. Mənim üçün vəkillik sadəcə iş deyil, həm də həyat fəlsəfəsidir. Hər bir işdə, hər bir müdafiədə, hər bir müraciətdə mən insan taleyini, onun ümidini, onun ədalət arzusunu görürəm. Bu sahəyə göstərilən dəstək bizim üzərimizə həm də böyük məsuliyyət qoyur. Mən hesab edirəm ki, bu dəyişikliklər yalnız vəkilin deyil, bütövlükdə hüquqi dövlətin güclənməsinə xidmət edir. Vəkilliyin nüfuzunu artırmaq əslində dövlətin ədalətini gücləndirmək deməkdir. Burada həm dövlətin siyasi iradəsi, həm də Vəkillər Kollegiyasının rəhbərliyinin yorulmaz fəaliyyəti mühüm rol oynayır. Xüsusilə də cənab Anar Bağırovun bu peşəyə verdiyi dəyər və göstərdiyi həssaslıq bütün vəkillərin motivasiyasını artırır. Mən hesab edirəm ki, bu gün biz sadəcə qanun dəyişikliyi yox, həm də ədalətin yeni mərhələsini yaşayırıq", - deyə o yekunlaşdırdı.

Turan İSMAYIL

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Sentyabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see628

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see258

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see234

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see213

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see212

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see212

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see192

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see187

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see177

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see170

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see169

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see168

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see156

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see154

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see152

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see150

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri