“Əgər yeni tarix yazmaq istəyiriksə, bu görüşdə mütləq qələbə qazanmalıyıq”
Idmanxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Vacib və çətin bir oyuna çıxırıq. Bilirsiniz ki, Çempionlar Liqası çox güclü turnirdir və burada zəif rəqib yoxdur. Turnir başlamazdan əvvəl hər kəs bu oyuna “3 xal qazanılacaq” gözü ilə baxırdı. Amma “Benfika” ilə qarşılaşma bizim istəyimizi və hədəflərimizi daha da artırdı”.
Bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin sabiq üzvü Əfran İsmayılov “Qarabağ” – “Kopenhagen” oyunu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Azarkeşlərimizin qarşısında oynayırıq. Əgər yeni tarix yazmaq istəyiriksə, bu görüşdə mütləq qələbə qazanmalıyıq. İnanıram ki, “Qarabağ” ən yaxşı oyunlarından birini göstərəcək. Baş məşqçimiz Qurban Qurbanovun komandanı necə hazırladığını hamımız bilirik. Ona görə də ümid edirəm ki, layiqli qələbə qazanacağıq.
Unutmayaq ki, bu gün Azərbaycan futbolunun yükü “Qarabağ”ın çiyinlərindədir”
Fərid Nəsibov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 01 Oktyabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















