Icma.az
close
up
RU
Əgər yorğun hiss edirsinizsə…

Əgər yorğun hiss edirsinizsə…

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Əgər zəiflik, tez yorulmaq, üşümək hissi, baş ağrısı kimi şikayətləriniz varsa, anemiyanız ola bilər.

Gununsesi.info xəbər verir ki, anemiyanın qırmızı qan hüceyrələrinin sayının və ya hemoqlobin miqdarının azalması olduğunu ifadə edən mütəxəssislər bunun 3 səbəbinin olduğunu bildirib:

Qan itkisi, qırmızı qan hüceyrəsi (eritrosit) istehsalının pozulması, qırmızı qan hüceyrələrinin məhvinin artması.

Mütəxəssislər deyir ki, qan azlığı hesab edilən xəstədə əvvəlcə sözügedən xəstəliyin həqiqətən olub-olmadığını müəyyən etmək lazımdır. Bunun üçün qan analizləri etmək mütləqdir. Anemiyanın hansı növü olduğunu öyrənmək çox vacibdir. Çünki səbəbi tapmaq üçün qırmızı qan hüceyrələrinin böyük və ya kiçik olduğunu bilmək lazımdır.

Hamiləlik dövründə meydana gələn anemiyaların yüzdə 90-ı dəmir çatışmazlığından qaynaqlanır. Bunun xaricində fol turşusu və B12 çatışmazlığı, nadir hallarda isə talassemiya (Aralıq dənizi anemiyası) kimi hallar da görülə bilər.

Mütəxəssis deyir ki, böyüklərdə dəmir çatışmazlığı daha çox xroniki qan itkisindən qaynaqlanır. Xroniki qanaxmanın əsas səbəbləri mədə xorası, hiatal yırtıq, varikoz damarları, yoğun bağırsaq polipləri, kolit, hemoroid, qanayan bağırsaq parazitləri, sidik yollarında qanaxma, davamlı aspirin istifadəsindən qaynaqlanan qanaxma və ağciyər qanaxmalarıdır.

Əgər vegetariansınızsa, anemiyadan qorunmaq üçün bu vəziyyət barədə həkiminizə məlumat vermək və müvafiq pəhriz proqramına riayət etmək lazımdır. Əgər həkiminiz sizə dəmir preparatlarından istifadə etməyi tövsiyə edibsə, səhər yüngül səhər yeməyindən 1 saat sonra qəbul edilməlidir. Xüsusilə süd kimi qidalarla qəbul edildikdə dəmirin udulması azalır.

Aç qarına dəmir preparatlarının qəbulu bəzi mədə-bağırsaq şikayətlərinə səbəb ola bilər. Qəbizlik və nəcisin rənginin qaralması baş verə bilər. Dərmanı dayandırmazdan əvvəl bu şikayətləri həkiminizə çatdırmaq vacibdir.

Mütəxəssis bildirib ki, anemiya müalicəsi aparılmadıqda və ya gecikdikdə səhhətinizdə ciddi problemlər yaranır. Qavrama, öyrənmə və şərh funksiyaları azalır, diqqətin yayınması, yorğunluq və apatiya artır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Noyabr 2025 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri