Icma.az
close
up
RU
Əhali ən çox pulu hansı aylarda xərcləyir? MÜQAYİSƏ

Əhali ən çox pulu hansı aylarda xərcləyir? MÜQAYİSƏ

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2024-cü ildə Azərbaycanda yaşayan əhali ərzaq, qeyri-ərzaq və pullu xidmətlərə ümumilikdə 77,5 milyard manat pul xərcləyib.

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin xərcləri aylar üzrə fərqlənib. Elə aylar olub ki, çəkilən xərclər iki dəfəyə yaxın artıb. Əhali ən çox pulu dekabrda xərcləyib.

İlin sonuncu ayında əhalinin cəmi xərcləri 10,11 milyard manat olub ki, bu da illik xərclərin 13 faizini təşkil edib. Əhalinin xərcləri ərzaq, qeyri-ərzaq və xidmətlərin alınması xərclərindən ibarətdir. Əhalinin xərclərinin çox hissəsini ərzaq və qeyri-ərzaq xərcləri təşkil edir. Ərzaq və qeyri-ərzaq xərcləri dekabrda əvvəlki aylardan kəskin fərqlənib. İlin sonuncu ayında əhalinin bu növ xərcləri 8,33 milyard manatı ötüb.

Dekabrdan sonra ən böyük ərzaq və qeyri-ərzaq xərci iyunda (5,78 milyard manat), oktyabrda (5,64 milyard manat), noyabrda (5,52 milyard manat) və sentyabrda (5,5 milyard manat) olub. İlin son ayında ərzaq və qeyri-ərzaq xərclərinin yüksək olmasının səbəbini dəqiq izah etmək mümkün deyil.

Əgər xərclərin bu qədər artması bayram amili ilə bağlıdırsa, o halda mart ayında da xərclər böyük olmalıdır. Amma martda xərclər 4,92 milyard manat olmaqla dekabr ayı ilə müqayisədə 3,4 milyard manat azdır. Martda 2 bayramın olmasına baxmayaraq, xərclər dekabrla müqayisədə yüksək deyil.

Əhlainin pullu xidmətlərlə bağlı xərcləri də dekabrda maksimum həddə çatıb. Bu ayda pullu xidmətlər xərci 1,77 milyard manat olub ki, bu da əvvəlki aylarla müqayisədə yüksəkdir.

Xidmətlərə çəkilən xərc noyabrda 1,42 milyard manat, sentyabrda 1,311 milyard olub. Aylar üzrə xidmətlərə ən az pul fevralda xərclənib. Fevraldakı xərc məbləği 1,07 milyard manatdır.

Aylar üzrə açıqlanan məlumatlardan görünür ki, əhali daha çox pulu dekabrda, ən az pulu isə fevralda xərcləyib. Dekabrdakı ümumi xərclər fevraldakı xərclərdən (5,13 milyard manat) təxminən 2 dəfə yüksəkdir.

Vasif

Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://sfera.az
archiveBu xəbər 20 Yanvar 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri