Icma.az
close
up
RU
Əhalini bölgələrə necə qaytaraq?

Əhalini bölgələrə necə qaytaraq?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illər ölkədə mövcud problemlərdən biri də bölgələrdə yaşayan əhalinin sayının getdikcə azalması, vətəndaşların paytaxta üz tutmasıdır. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 2 935 nəfər və ya 0,03 faiz artaraq 2025-ci il fevral ayının 1-i vəziyyətinə 10 milyon 227 min 824 nəfərə çatıb. 

Qeyd olunub ki, əhalinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Bakının Baş planında da demoqrafik vəziyyət də nəzərə alınaraq vurğulanıb ki, Bakı şəhərinin 2040-cı ilə olan əhalisinin sayı 2,88 - 3,17 milyon nəfər arasında dəyişəcək. Onu da vurğulayaq ki, şəhər və kənd əhalisinin sayı ilə bağlı açıqlanan məlumatlar rəsmi rəqəmlərdir. 

Faktdır ki, ölkə əhalisinin əksəriyyəti Bakıda yaşayır. Bunun isə müxtəlif səbəbləri var. Hətta elə kəndlər var ki, artıq orada heç kim yaşamır. Beləliklə, urbanizasiya prosesi davam edir. 

Vətəndaşlar öz evlərindən, kəndlərindən, rayonlarından uzaq düşərək yaşamaq üçün paytaxtı seçirlər. Bu problemin yaşandığı bəzi ölkələrdə kənd əhalisinin yenidən bölgələrə cəlbi üçün müxtəlif tədbirlər həyata keçirilir. 

Məsələn, İtaliyanın Toskana bölgəsində yerləşən kiçik tarixi Radikondoli şəhəri ora köçüb məskunlaşmağa razı olan şəxslərə maliyyə dəstəyi təklif edir. Ümumi maliyyə stimulu təxminən 30 min ABŞ dollarına çata bilər. Yerli hakimiyyət bu addımla əhalinin sayının azalmasını dayandırmaq və boş qalan evləri yenidən istifadəyə qaytarmaq niyyətindədir. 

Proqram hələ 2023-cü ildə işə salınıb. Həmin vaxt tərk edilmiş evlərdən birini alıb orada yaşamaq istəyənlərə 20 min avroya qədər (təxminən 23,4 min dollar) yardım, eləcə də isitmə və nəqliyyat xərcləri üçün əlavə 6 min avro (təxminən 7 min dollar) təklif olunurdu. İndi isə şəhər bu təşəbbüsü genişləndirərək yalnız alıcılara deyil, həm də kirayəçilərə dəstək verməyə başlayıb. 2026-cı ilin əvvəlinə qədər şəhərə köçən yeni sakinlər üçün ilk iki il ərzində kirayə haqqının yarısı kompensasiya ediləcək. 

Şəhərin meri Françesko Quarqualini bildirib ki, bu il mənzil alışı və kirayəsi üçün dəstək, eləcə də tələbələrə, ictimai nəqliyyat sərnişinlərinə və “yaşıl” enerji istehlakçılarına maliyyə yardımı kimi digər təşəbbüslər üçün 400 min avrodan çox vəsait ayrılıb. 

Bir vaxtlar Radikondolidə təxminən 3 min nəfər yaşayırdı. Hazırda isə əhalinin sayı cəmi 966 nəfərdir. 450 evdən təxminən 100-ü boş vəziyyətdədir. Bununla belə, vacib bir şərt mövcuddur: mənzil alanlar şəhərdə ən azı 10 il yaşamağı, kirayəçilər isə ən azı 4 il qalmağı öhdələrinə götürməlidirlər. 

Təklif olunan yaşayış yerlərinə tarixi mərkəzdə bir və ya iki yataq otaqlı kiçik mənzillər, eləcə də üzüm bağları və zeytunluqlar arasında yerləşən geniş Toskana fermer evləri daxildir. 

Kiçik obyektlərin qiyməti 50 min avrodan başlayır və 100 min avroya qədər yüksəlir. Evlərin əksəriyyəti qənaətbəxş vəziyyətdədir, lakin bəziləri təmir tələb edir. Subsidiyalar sayəsində isə adətən aylıq 400 avroya başa gələn kirayə mənzili 200 avroya tutmaq mümkündür. 

Proqramın başlanmasından sonra əhalinin sayı 900 nəfərdən 960 nəfərə yüksəlib. Hazırda ölkəmizdə də bu istiqamətdə mövcud vəziyyəti nəzərə aldıqda əhalinin bölgələrə cəlbi ilə bağlı hansı tədbirlər həyata keçirilməlidir? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a bildirib ki, aqrar sektorun inkişaf etdirilməsi üçün bir sıra motivasiyaedici, təşviqedici dövlət proqramları olur: 

“İlk növbədə aqrar sahəyə aşağı faizlərlə kreditlər ayrılmalı, faizlər simvolik xarakter daşımalı, bankların xidmət komissiya haqları azaldılmalıdır. İkinci növbədə real olaraq faktiki təsir gücü olan subsidiyalar nəzərdə tutulmalı, subsidiyaların həcmi artırılmalıdır. Kənd təsərrüfatı texnikalarınnın həm satın alınması, həm icarəyə verilməsi prosedurları, dövlətin ciddi dotasiyasına ehtiyac var. Bundan başqa, maldarlıq təsərrüfatlarının inkişaf etdirilməsi üçün torpaqlarla bağlı xüsusilə də örüş sahələrinin təmin edilməsi istiqamətində çox ciddi addımlar atılmalıdır. 

Torpaqların dincə qoyulması üçün müvafiq dövlət qanunvericiliyi qəbul edilməlidir. Yəni bütün bunlar baş verərsə və eyni zamanda kənd təsərrüfatını inkişaf etdirmək üçün enerji daşıyıcıları ilə bağlı regionlara tətbiq edilən tariflər dəyişməlidir. Məsələn, həm elektrik enerjisi, həm mavi qaz təminatı, eləcədə də dizel yanacağının əldə edilməsi ilə bağlı Bakıda tətbiq edilən tariflər regionlarda tətbiq edilməməlidir. 

Ciddi şəkildə ucuz, əlçatan olmalıdır. Bütün bunları dövlət öz üzərinə götürməlidir. Dünyanın bütün aqrar sahədə inkişaf etmiş, uğurlar qazanmış ölkələrində kənd təsərrüfatı dövlət dotasiyası üzərində formalaşır. Bunu həm İsrail, həm Hollandiya, son illər İtaliya, Böyük Britaniya təcrübəsində görürük. 

İnkişaf etmiş ölkələrdə kəndə qayıdış, əhalinin şəhərlərdəki demoqrafik problemlərinin qarşısını almaq üçün dövlət ciddi addımlar atır. 

Ciddi maliyyə güzəştləri edir. Bütün bunların nəticəsi olaraq artıq Avropa İttifaqının 2024-cü il üzrə aqrar sektordakı göstəricilərinə diqqət etdikdə, artıq pandemiyadan sonra postpandemiya dövründə Aİ-də aqrar sektor üzrə iqtisadi göstəricilər 2.2, bəzi ölkələrdə isə 2,7 faiz böyüyüb. Yəni artıq uğurlar əldə etməyə başlayıblar”. 

Ekspertin sözlərinə görə, burada yalnız demoqrafik problemin qarşısını almaq, şəhərdən kəndə köçürülməsi deyil, eyni zamanda ərzaq təhlükəsizliyi proqramı önəmlidir: 

“Dövlətin öz vətəndaşlarını orqanik, təbii qidalanması üçün strateji ərzaq təhlükəsizliyi proqramının bir tərkib hissəsidir. Azərbaycanda hələ bu proqramın özü qəbul edilməyib. 

Ərzaq təhlükəsizliyi ilə bağlı tam dolğun qanunvericilik bazası yoxdur. İdxaldan asılı vəziyyətdəyik. Kəndlərdə aqrar sahəni inkişaf etdirmək üçün gömrük siyasətinə müəyyən qədər korrektələr etmək lazımdır. Tədarük dövründə idxalı müəyyən qədər məhdudlaşdırmaq olar. 

Azərbaycan öz yerli məhsullarını tədarük edərkən xaricdən ucuz gətirilən həmin məhsullar bazarda qeyri-sağlam rəqabətin yaranmasına gətirib çıxarmasın. Bütün bunlar reallaşarsa, əlbəttə ki, Azərbaycanın bu sahədə çox ciddi potensialı var. Ancaq təəssüf ki, illərdir bu sahədə real hər hansı bir addım atılmır”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Əhali bölgələr Razi Abbasbəyli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:279
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Dekabr 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see536

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see255

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see242

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see213

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see204

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see198

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see196

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see189

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see188

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see184

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see182

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see176

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see174

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see170

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri