Əhalinin NƏZƏRİNƏ: Bakıda xüsusi taksi xidməti yaradılacaq… KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son illər Azərbaycanda taksi xidmətlərinə olan tələbatın artması bu sahədə müxtəlif yeniliklərin tətbiqini gündəmə gətirib. Xüsusilə təhlükəsizlik və rahatlıq baxımından qadın sərnişinlər üçün nəzərdə tutulan, yalnız qadın sürücülərin fəaliyyət göstərəcəyi xüsusi taksi xidməti ideyası müzakirə olunur.
Bəs belə bir xidmətin yaxın gələcəkdə Azərbaycanda yaradılması nə dərəcədə realdır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, yaxın gələcəkdə qadın sürücülərin iştirakı ilə yalnız qadın sərnişinlər üçün nəzərdə tutulan xüsusi taksi xidmətlərinin yaradılması mümkündür.
Eldəniz Cəfərov
“Qadınların taksidə sürücü kimi çalışması heç bir təəccüb doğurmamalıdır. Bu, normal praktikadır. Hazırda qadın taksi sürücülərimiz də var. Qadın pilotlarımız, vaxtilə avtobus və tramvay sürücülərimiz də olub. Ona görə də bu sahədə qadınların olması təqdirəlayiqdir”, – deyə ekspert vurğulayıb.
Eldəniz Cəfərov hesab edir ki, qadınların bu sahədə fəal iştirakı həm ictimai baxımdan müsbət qarşılanacaq, həm də taksi xidmətlərinə olan güvəni daha da artıra bilər.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 23 Oktyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















