Icma.az
close
up
RU
Əhalinin NƏZƏRİNƏ: Dizel və benzin...

Əhalinin NƏZƏRİNƏ: Dizel və benzin...

Icma.az bildirir, News24 portalına istinadən.

Son günlərdə neftin qiymətində müşahidə edilən enmələr uzun müddət davam edəcəyi təqdirdə bütün məhsulların qiymətin də azalmalara səbəb olacaq. 

News24.az bildirir ki, neft qiymətlərinin enməsi digər əmtəə qiymətlərinə birbaşa və dolayı təsir imkanına sahibdir. Neft ucuzlaşanda ilk növbədə neftdən hazırlanan məhsulların dəyəri enir. Nefdən 200-dən çox adda məhsul alınır. Bunların arasında ən çox istifadə ediləni avtomobil və təyyarə yanacağıdır.

Bu, Azərbaycanda da belədir. Ölkəmizdə neftin emalı nəticəsində daha çox dizel yanacağı və avtomobil benzini istehsal edilib. Bunlardan başqa ağ neft, maye qazlar, sürtkü yağları, mazut, neft bitumu, neft koksu da neftdən alınır.

Neftin ucuzlaşması ilk növbədə həmin məhsulların dəyərini azaldır.Amma biz bunu Azərbaycanda müşahidə etməyəcəyik. Çünki adıçəkilən məhsulların hamısının yeganə istehsalçısı dövlət şirkəti olduğundan onların qiyməti də dövlət tərəfindən təsdiqlənir. Təcrübə göstərir ki, neft ucuzlaşdıqda və ya bahalaşdıqda həmin məhsulların qiymətində dəyişiklik olmur. Eyni yanaşma Azərbaycana idxal edilən benzin yanacağının dəyərinə də münasibətdə görünür.

Neftin dəyərdən düşməsi dolayısı ilə digər əmtəələrin də qiymətinə təsir edir. Çünki neft ucuzlaşanda təbii qazın da dəyəri düşür və bu dəyişiklik bütün istehsal proseslərindəki xərclərə təsir göstərir. Məlumdur ki, hər bir məhsulun istehsalında yanacaqla bağlı az və ya çox miqdarda xərc var. Buna görə də neftin ucuzlaşması dolayı şəkildə digər məhsulları da ucuzlaşdırır.  Yanacaqdan və neft xammalından daha çox kimya sənayesi məhsullarının və metallurgiya sənayesinə aid olan məhsulların istehsalında istifadə olunur.

Kimya sənayesində təsirsiz qazlar (azot qazı), lak-boya məmulatları, qeyri-üzvi kimyəvi maddələr (o cümlədən yod), üzvi kimyəvi maddələr (o cümlədən etilen, propilen, metanol), etil spirti istehsalında da neft və ya təbii qazdan istifadə olunur.  Bunlardan başqa gübrə və azot birləşmələri (o cümlədən karbamid), ilkin formada plastik kütlə (o cümlədən polietilen), yapışqan və yağışdırıcı maddələrin də istehsalında neftin və yanacağın payı böyükdür.

Metallurgiya sənayesində isə yanacağı xərcləri daha böyük olur. Məsələn, bir ton emal edilmiş dəmirin qiymətində yanacağın payı 30 faizə qədər yüksələ bilir. Yanacağa çəkilən xərcin böyük olmasına görə neft ucuzlaşdıqda metal məmulatların da qiyməti tədricən azalır. Bu əlaqə ilə bağlı olaraq ucuzlaşan neft armaturun, polad boruların, alüminium məmulatların, mis və alüminium məftillərin, metaldan konstruksiyaların və başqalarının dəyərini aşağı salacaq.

Tikinti materiallarının dəyərinin formalaşmasında da yanacağın payı yüksəkdir. Xüsusən şüşənin, kərpicin, sementin, əhəngin, gips məmulatlarının, asfaltın istehsalında böyük miqdarda yanacaqdan istifadə edilir. Bu baxımdan neft ucuzlaşanda həmin məhsulların dəyərində də azalma hiss olunacaq.

Adıçəkilən məhsullar ilkin emal mallarıdır. Həmin məhsullardan sonradan digər məhsulların, o cümlədən avtomobil, məişət maşınlarının istehsalında və müxtəlif təyinatlı binaların inşaasında istifadə edilir. Dolayısı ilə neftin dəyərdən düşməsi avtomobillərin, soyuducuların, paltar və qabyuyanların, kondisionerlərin və mənzillərin qiymətinə də azaldıcı təsir edəcək.

Lakin öncə də qeyd etdiyimiz kimi neftin ucuzlaşmasının digər məhsulların dəyərini də azaltması üçün müəyyən zamana ehtiyac var. Bunun üçün neftin dəyəri daha da azalmalı və aşağı qiymətlər uzun müddət qalmalıdır./sfera

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://news24.az
archiveBu xəbər 31 Yanvar 2025 02:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see346

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see289

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see258

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see217

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see212

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see205

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see204

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see199

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see197

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see188

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see186

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see180

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see180

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see178

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see169

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see163

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see158

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see155

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see154

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri