Icma.az
close
up
RU
Əhaliyə ŞAD XƏBƏR: Maaş və pensiyalar artırıla bilər KONKRET

Əhaliyə ŞAD XƏBƏR: Maaş və pensiyalar artırıla bilər KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Qlobal enerji bazarlarında neftin qiymətində müşahidə olunan artım bir çox ölkələrdə iqtisadi gözləntiləri yenidən formalaşdırır. Xüsusilə, neft gəlirlərindən asılı olan dövlətlərdə bu tendensiya büdcə imkanlarının genişlənməsi və sosial xərclərin artırılması ehtimalını gündəmə gətirir. Bu isə cəmiyyətdə maaş və pensiyaların artacağı ilə bağlı ümidləri daha da gücləndirir.

Bəs neft qiymətlərinin yüksəlməsi doğrudanmı maaş və pensiyaların artmasına birbaşa zəmin yaradır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, qiymətlərin yüksəlməsi neft ixrac edən ölkələr üçün büdcə gəlirlərinin artması deməkdir.

Onun sözlərinə görə, bu, nəzəri olaraq maaş və pensiyaların artırılması üçün əlavə maliyyə imkanları yaradır:

“Xüsusilə, enerji gəlirlərindən asılı olan iqtisadiyyatlarda dövlət büdcəsinin formalaşmasında neft gəlirləri mühüm rol oynayır. Qiymətlərin artması ixracdan daxilolmaları artırır, nəticədə dövlətin sosial xərcləri genişləndirmək potensialı yüksəlir.
Əgər əlavə gəlirlər uzunmüddətli investisiyalara, infrastruktur layihələrinə və ya ehtiyat fondlarına yönəldilərsə, sosial ödənişlərin artımı dərhal baş verməyə bilər. Əksinə, sosial rifahın artırılması prioritet seçilərsə, maaş və pensiyalarda artım mümkündür”.

Akif Nəsirli əlavə edib ki, inflyasiya amili də nəzərə alınmalıdır. Belə ki, neft qiymətlərinin artımı bəzi hallarda daxili bazarda qiymətlərin yüksəlməsinə səbəb olur:

“Bu zaman maaş və pensiyalar artırılsa belə, real alıcılıq qabiliyyəti gözlənilən səviyyədə yüksəlməyə bilər. Yəni nominal artım real rifah artımı ilə eyni deyil.
Qiymətlərin tez-tez dalğalanması fonunda davamlı olmayan gəlir artımına əsaslanaraq uzunmüddətli sosial öhdəlikləri artırmaq risklidir. Bu səbəbdən əlavə gəlirlər çox vaxt sabitləşdirici fondlara yönəldilir və ya mərhələli şəkildə iqtisadiyyata daxil edilir”.

Nəticə etibarilə, neft qiymətlərinin artması maaş və pensiyaların yüksəldilməsi üçün müəyyən imkanlar yaratsa da, bu, birbaşa və avtomatik proses deyil. Qərarlar əsasən dövlətin iqtisadi strategiyasından, inflyasiya səviyyəsindən, büdcə balansından və uzunmüddətli maliyyə dayanıqlığına yanaşmasından asılı olaraq verilir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Aprel 2026 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri