ƏHD Partiyası hökumətə çağırış edib
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən Xalqcəbhəsi.az-a verilən məlumata görə, İdarə Heyəti müzakirələrdən sonra bəyanat qəbul edib.
Bəyanatda deyilir:
“ƏHD Partiyası ölkəmizdə və regionda baş verənləri müzakirə edərək, iqtidarı yeni iş yerlərinin açılması üçün əlverişli biznes mühitinin yaradılmasını təmin edəcək, iqtisadiyyatın bütün sahələrini əhatə edən köklü islahatlar aparılana qədər, dövlət orqanlarında, müəssisələrində və təşkilatlarında aparılan kütləvi ixtisarları dayandırmağa çağırır. İqtidar özəl sektorda da iş yerlərinin qapadıldığını nəzərə almalıdır. Demoqrafik vəziyyətin təhlükəli həddə çatması, ərzaq və sənaye məhsulları idxalının son iki ildə sürətli artımı, ixracın 90-92 %-ni neft-qaz məhsullarının təşkil etməsi, biznes mühitinin əlverişsiz olması səbəbindən kapitalın xaricə axması, Bakı şəhərində kommunal xidmətin, qəsəbədaxili yolların acınacaqlı vəziyyətdə olması hökuməti ciddi şəkildə narahat etməli, sürətli qərarlar qəbul olunmalıdır.
ƏHD Partiyası hökuməti evlərini su basmış insanlara təcili maddi kömək göstərməyə, hər dəfə güclü yağış yağanda su altında qalan əraziləri tikinti şirkətlərinə verməyə, Bakı şəhərində kommunal xidmətin təşkili üçün, Körfəz ölkələrinin təcrübəsindən istifadə olunaraq, inkişaf etmiş ölkələrdən olan şirkətlərlə müqavilələr imzalamağa və bu sahəyə cavabdeh olan xidmət sahələrini özəlləşdirməyə çağırır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 13 Aprel 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















