Icma.az
close
up
RU
Əhliman Əmiraslanovun da adından dələduzluq Şəklini montaj edib...

Əhliman Əmiraslanovun da adından dələduzluq Şəklini montaj edib...

Icma.az, Medicina saytına istinadən bildirir.


Sosial şəbəkələrdə Azərbaycanlı həkim və professorların adından saxta məhsul və reklamların sayı daha da artıb.

“Medicina” xəbər verir ki, bu dəfə millət vəkili, professor Əhliman Əmiraslanovun krem və ağrıkəsicinin tövsiyə etməsi barədə saxta linklər və fotolar tirajlanıb.

Belə ki, sağlamlıq loqoları ilə müxtəlif adlarla səhifələrdə Əhliman Əmiraslanovun əlində dərman tutaraq, oynaqların müalicəsi üçün tövsiyəsi və xəstələri apteklərdə pul xərcləməməyə çağırışı əks olunub.

MSO adlı səhifədə onun adından hələ etikaya uyğun olmayan sözlər də istifadə edilib.:

“Mən axmaqlara təkrarlamaqdan yoruldum ki, oynaqda ağrıların səbəbləri duzların çökməsi, qığırdaq toxumasının məhv olmasıdır.

Buy məhsul apteklərdə satılmır, onu yalnız istehsalçıdan sifarişlə almaq olar”.

Daha sonra müxtəlif tədbirlərdən olan fotolarında onun əlində həmin oynaq mazı yerləşdirilib.

Bu tendensiya uzun müddətdir davam edir. Bir çoxları bu yazılanlara inananaraq, həmin məhsulları sifariş edir.

Məsələ ilə bağlı tibbi ekspert, Azərbaycan Tibb dərgisinin baş redatorunun müavini Fuad İslamzadə artıq bir neçə ildir bu saxtakarlıqla mübarizə aparır və qarşısına çıxan linklərdə həkimlərin bundan xəbəri olmadığını qeyd edərək, onları saxtakarlığının qarşısını almağa çalılşıb.



Medicina.az-a açıqlamasında o, bu paylaşımların 10 ilə yaxındır davam etdiyini bildirib.

“Son bir neçə ildir, Tibb Universitetinin kafedraları adından, guya burda çalışan dosent, professorlarından adından da belə saxta reklamlar hazırlanır. Hətta xaricdən olan bir qadını ATU kafedrasının müdiri kimi təqdim etmişdilər.

Bu yaxında Bakıda infeksionist işləyən həkimi MDB-nin baş kardioloqu kimi vermişdilər.

Daha bir professor travmatoloq Vaqif Verdiyevin şəklini qoyub, adını professor Nadir kimi yazmışdılar.

Ən dəhşətlisi isə revmatoloq Sahib Musayev adından idi, guya Azərbaycanda 400 revmatoloq tutulub, saxta dərman yazıblar. Sahib Musayev müsahibə verib, həkimləri tənqid edib, axırda da bunların saxta məhsulunu tövsiyə edir.

Mən bir neçə ildir bu skrinləri toplayır, paylaşır və Səhiyyə Nazirliyinə də bu barədə məlumat vermişdim.

Çoxdandır bu məsələnin izinə düşmüçəm. Hətta səhiyyə naziri Teymur Musayevin də adından belə yazılar var.

Sadəcə dəhşətdir ki, insanları aldadırlar və Azərbaycanın tanınmış həkimlərinin adı internet resurslarında belə istifadə olunur. Bunun qarşısını almaq lazımdır.

Şikayət olduqda və ya bir müddət keçəndə o məqalələri pozub, sonra yenidən başqa həkimin adından verirlər.

İnsanlara demək istərdim ki, belə saxta linklərə, məqalələrə inanmayın, özünə hörmət edən professor, dosent, həkim belə mənşəyi məlum olmayan məhsulları reklam etmir, o insanların bəlkə də bu elanlardan xəbəri var, amma o məhsullarla əlaqələri yoxdur”.




Aygün Musayeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 20 Fevral 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri