Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Əhməd Baytursunov və ortaq türk əlifbası ideyası

Əhməd Baytursunov və ortaq türk əlifbası ideyası

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qazax xalqının böyük maarifçisi, dilçi alimi, publisisti və ictimai xadimi Əhməd Baytursunov (1872–1937) XX əsrin əvvəllərində Qazaxıstanda milli oyanış hərəkatının liderlərindən olmuşdur. Qazaxlar onun adı və soyadını Əhməd Baytursun oğlu kimi yazsalar da, daha çox Əhməd Baytursunov kimi tanınmışdır.

Əhməd Baytursunov 5 sentyabr 1872-ci ildə Qazaxıstanın Torğay vilayətində, Sarytübek kəndində anadan olmuşdur. O, ibtidai təhsilini kənd mollaxanasında, sonra isə Orenburq müəllimlər seminariyasında almışdır. Təhsil illərindən etibarən Qazax xalqının savadlanması və milli şüurunun oyanması üçün çalışmış, müəllimlik fəaliyyəti ilə yanaşı, maarifçi publisistikaya başlamışdır.

Siyasi baxışlarına görə 1909-cu ildə çar hökuməti tərəfindən həbs olunmuş, daha sonra sürgünə göndərilmişdir. 1913-cü ildə yerli ziyalılarla birlikdə Qazaxıstanın ilk milli qəzeti “Kazax”ı nəşr etdirmişdir. Bu qəzet qazax milli ideyasının, türkçülük və maarifçilik hərəkatının əsas tribunası olmuşdur. Baytursunov “Alaş” milli hərəkatının da fəal üzvü idi. O, “Alaş Orda” hökumətinin tərkibində təhsil və mədəniyyət məsələlərinə cavabdeh olmuş, müstəqil Qazax milli dövlətçiliyinin formalaşması uğrunda mübarizə aparmışdır.

Əhməd Baytursunov Qazax ədəbi dilinin elmi əsaslarını yaradan ilk şəxs kimi tanınır. Onun “Dil qaydaları” “Ədəbiyyat nəzəriyyəsi” və “Oxu kitabı” adlı əsərləri Qazax dilinin qrammatikasının və pedaqoji sisteminin formalaşmasına xidmət etmişdir. Baytursunovun əsərləri arasında Qazax folkloru və poeziyasının təhlili, xalq ədəbiyyatının elmi təsnifatı da diqqətəlayiqdir.

I Türkoloji Qurultayda Əhməd Baytursunov Qazaxıstanı təmsil edən əsas nümayəndələrdən biri idi. Qurultayda onun çıxışı türkdilli xalqlar arasında ortaq yazı sistemi və əlifba birliyi mövzusuna həsr edilmişdi.

Əhməd Baytursunovun I Türkoloji Qurultaydakı mövqeyi Türk dünyasının modernləşmə tarixi baxımından son dərəcə maraqlı və əhəmiyyətlidir. O, Qazax xalqının maarifçisi, dilçi və publisisti kimi türk xalqları arasında milli kimlik və yazı mədəniyyətinin qorunması uğrunda mübarizə aparan əsas simalardan idi. Qurultayda o, latın qrafikasına keçid məsələsində nə radikal şəkildə tərəfdar, nə də tam əleyhdar mövqe tutmuşdu. Onun yanaşması daha çox elmi əsaslara, sosial reallığa və milli maraqlara söykənən ehtiyatlı və praqmatik bir mövqe idi.

Dilçi alim hesab edirdi ki, əlifba dəyişiklikləri təkcə texniki və ya siyasi məsələ deyil, həm də xalqın mədəni yaddaşına, dilin daxili quruluşuna və tədris sisteminə birbaşa təsir edən ciddi bir prosesdir. Onun fikrincə, hər hansı yazı islahatı yalnız ideoloji məqsədlərlə deyil, həm də lingvistik, pedaqoji və sosial faktorların dərin təhlilinə əsaslanmalıdır.

Qazax maarifçisi qurultaydakı çıxışında qeyd etmişdi ki, latın qrafikasına keçid müəyyən mənada mütərəqqi addımdır, çünki bu, yeni texnologiyalara, mətbəə işinə və beynəlxalq elmi əlaqələrə uyğunlaşmağa şərait yaradır. Əhməd Baytursunov, eyni zamanda, xalqın savadlanma səviyyəsini, mövcud kitab fondu və tədris resurslarını, müəllimlərin hazırlıq durumunu nəzərə almağın vacibliyini vurğulayırdı. Onun fikrincə, bir anda yazı sistemini tamamilə dəyişmək, xüsusilə kənd yerlərində yaşayan savadsız kütlələr üçün ciddi çətinliklər yaradacaq və maarifləndirmə prosesini yavaşladacaqdı.

Ə.Baytursunovun əsas prinsipi belə idi: “Əlifba xalqın başa düşəcəyi, öyrənəcəyi və istifadə edəcəyi qədər sadə olmalıdır”. O, ərəb qrafikasının türkcənin fonetik xüsusiyyətlərini tam ifadə edə bilmədiyini qəbul etsə də, latın qrafikasına keçidin mərhələli şəkildə və elmi əsaslarla həyata keçirilməsini təklif edirdi.

Qurultayda Əhməd Baytursunov hazırladığı “Qazax əlifbası” layihəsini təqdim etmişdi. Bu əlifba ərəb yazı sisteminə əsaslansa da, türk dillərinin səs sisteminə uyğunlaşdırılmış, yəni sadələşdirilmiş bir variant idi. O, bu layihəni yalnız Qazax dili üçün deyil, ümumtürk ortaq əlifbası üçün də təklif etmişdi. Lakin qurultay nümayəndələrinin əksəriyyəti latın əsaslı yazı sisteminin qəbulunu daha müasir və beynəlxalq səviyyədə səmərəli hesab etdikləri üçün Baytursunovun layihəsi səs çoxluğu ilə rədd edildi.

Qazax türkoloqunun çıxışları və arqumentləri qurultayda böyük maraq doğurmuş, onun dərin elmi-linqvistik bilikləri və milli məsuliyyət hissi bir çox alim və nümayəndə tərəfindən yüksək qiymətləndirilmişdi. Onun ehtiyatlı yanaşması, əslində, sovet ideoloqlarının tələsik şəkildə həyata keçirdiyi latınlaşdırma siyasətinin mənfi nəticələrini öncədən görən uzaqgörən bir baxış idi. Sonrakı illər Əhməd Baytursunovun bu mövqeyinin nə qədər əsaslı olduğunu göstərdi. 1930-cu illərdə SSRİ-də latın qrafikasından kiril qrafikasına zorakı keçid həyata keçirilərkən, Ə.Baytursunovun vurğuladığı elmi və sosial risklər tam şəkildə özünü doğrultmuşdu.

Maarif və elm sahəsində böyük xidmətlərinə baxmayaraq, Əhməd Baytursunov 1929-cu il iyunun 12-də “millətçi təşkilatda iştiraka” görə həbs olunmuşdur. Uzun və işgəncəli istintaqdan sonra ona güllələnmə hökmü verilmiş, lakin 8 ay güllələnəcəyi günü gözləyən Əhməd Baytursunov haqqında hökm 10 illik həbslə əvəz edilmişdir. O, Solevki adalarındakı həbsxanaya göndərilmiş və 1934-cü ildə Maksim Qorkinin xanımı E.Peşkovanın müdaxiləsi sayəsində azad edilmişdir. Lakin Əhməd Baytursunovun sənədlərinin üzərinə “heç bir peşə sahibi deyildir” yazıldığına görə Almatıda iş tapa bilməmişdir.

1937-ci ildə Əhməd Baytursunov yenidən “antisovet fəaliyyət” ittihamı ilə həbs olunmuş və 8 dekabr 1937-ci ildə güllələnmişdir. Türk xalqlarının böyük maarifçisi yalnız 1988-ci ildə bəraət almışdır.

Namiq ƏHMƏDOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Noyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri