Icma.az
close
up
RU
Əhməd Əhmədovla bağlı çıxarılan hökm qüvvəyə mindi Heç kəs şikayət verməyib Yeni Gündəm

Əhməd Əhmədovla bağlı çıxarılan hökm qüvvəyə mindi Heç kəs şikayət verməyib Yeni Gündəm

Icma.az bildirir, Yenigundem portalına istinadən.

Bakının Xətai rayonunda 5 ailə üzvünü xüsusi amansızlıqla qətlə yetirən Əhməd Əhmədov barəsində çıxarılan hökm qanuni qüvvəyə minib. Teleqraf.com-un əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən Əhmədin işi üzrə qanunu nümayəndə və hüquqi varislərin heç biri şikayət ünvanlamayıblar.

20 gün müddət keçdiyinə görə hökm qanunu qüvvəyə minir. Qanunvericiliyə görə, hökmün çıxarılmasından 20 gün keçdikdən sonra tərəflər yenidən Ağır Cinayətlər Məhkəməsinə şikayət vermək hüququnun bərpası ilə bağlı vəsatət verə bilərlər.

Qeyd edək ki, Əhməd Əhmədovun əvvəllər cinayət törətməsi ilə bağlı istintaq heç bir məlumat əldə etməyib.

O, qısa müddət atasının aldığı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub. Ondan əvvəl isə barmen və ofisiant işləyib.

İstintaq zamanı təyin olunmuş kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizaların rəylərinə əsasən, təqsirləndirilən şəxs Əhməd Əhmədovun hadisə baş verən zaman anlaqsız vəziyyətdə olmasına, həmçinin cəmiyyət üçün təhlükəli olmasına əsaslı şübhələr müəyyən edildiyindən onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat başlanıb.

Əhməd Əhmədova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub.

Barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinə yerləşdirilib. Əhməd Əhmədovun barəsində hökm 2024-cü il oktyabrın 10-da çıxarılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 26 Noyabr 2024 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see140

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see126

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see124

İsrailin Türkiyə QORXUSU: Nə baş verir? KONKRET

16 Aprel 2025 17:26see124

II Liqa: Vüqar Nadirovlu Şəmkir darmadağınla liderlərə yaxınlaşdı

16 Aprel 2025 20:01see123

ABŞ Çini təhdid etdi

16 Aprel 2025 11:33see122

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see122

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see118

Ümumi və məktəbədəqədər təhsil müəssisələrində təlim tədris prosesi ənənəvi qaydada davam edəcək

16 Aprel 2025 10:24see118

Bankların yüksək komissiya haqqı: Qiymətləri də yüksəldir

16 Aprel 2025 11:33see117

Yüksək Liqa: Finalçılar bəlli oldu

17 Aprel 2025 21:21see117

TBMM sədr müavininin ölüm təhlükəsi hələ də davam edir

17 Aprel 2025 18:33see117

Səhər acqarına limonlu su için Faydası çoxdur

17 Aprel 2025 06:07see116

Hərbi çağırışdan yayınmaya qarşı yenilik Xidmət yeni qanunla bağlı açıqlama yaydı

16 Aprel 2025 10:27see113

Arda Real Madrid , ya da Barselona nı çalışdıracaq Klub prezidenti AÇIQLADI

16 Aprel 2025 11:44see111

DİM ə ağır ittihamlar: “Xərcə düşməmək üçün uşaqları riskə atıb”

16 Aprel 2025 12:39see110

Venesuela səfiri “ASAN xidmət”də

16 Aprel 2025 09:50see110

Gənclik hormonu Somatropin nədir Necə artıraq?

17 Aprel 2025 18:44see110

Turist sahildə yadplanetli tapdı

16 Aprel 2025 17:00see110

Rusiya Federasiya Şurasından Avropa İttifaqına sərt cavab

16 Aprel 2025 09:13see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri