Icma.az
close
up
RU
Əhməd Əl Şaraa: “Savaşa hazırıq” VİDEO

Əhməd Əl Şaraa: “Savaşa hazırıq” VİDEO

Icma.az bildirir, Azvision portalına istinadən.

AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Suriyanın keçid dövrü üçün prezidenti Əhməd Əl-Şaraa belə deyib.
“Biz müharibədən qorxanlardan deyilik. Biz həyatımızı çətinliklərlə üzləşməklə və xalqımızı qorumaqla keçirmişik, lakin suriyalıların maraqlarını xaos və dağıntılardan üstün tutmuşuq. Suriya xalqı ləyaqətinə təhlükə yaranarsa, döyüşməyə hazırdır”, - Suriyanın rəhbəri bildirib.
O, İsrailin Suriyanı münaqişə zonasına çevirməyə çalışdığını və buna dözməyin qeyri-mümkün olduğunu vurğulayıb. Druzları Suriyanın ayrılmaz hissəsi adlandıran Əl-Şaraa İsrailin parçalanma yaradan hərəkətlərini pisləyib: “Biz sıralarımızda parçalanma yaratmaq üçün hər hansı xarici və ya yerli cəhdi rədd edirik”.
Suriya prezidenti vurğulayıb ki, druzların hüquq və azadlıqlarının müdafiəsi ölkə hakimiyyətinin əsas prioritetlərindən biridir. Bu baxımdan, vəziyyətin ağırlığını və ölkəni yeni müharibəyə sürükləməmək zərurətini anlayan rəsmi Dəməşq Əs-Suveydada təhlükəsizliyin təminatı məsuliyyətini yerli qruplaşmalara və druzların ruhani liderlərinə həvalə edib.
Bu arada, “Al Mayadeen” telekanalı İsrail Hərbi Hava qüvvələrinə məxsus qırıcı təyyarələrin bu gün səhər tezdən ölkənin şimal-qərbində Suriya hökumət qüvvələrinin bazasına zərbələr endirdiyini bildirib.
- Təyyarələr Latakiya şəhəri yaxınlığında (Dəməşqdən 320 km məsafədə) 132-ci motoatıcı briqadanın yerləşdiyi əraziyə hücum edib. Bundan əlavə, Ceblədəki 107-ci Zirehli briqadanın bazasına zərbələr endirilib. Bu hava hücumlarının nəticələri və mümkün itkilər barədə ətraflı məlumat verilmir”, - xəbərdə deyilir.
İsrail mediası isə, İsrail helikopterinin səhər tezdən Əs-Suveyd şəhərinin cənubundakı əraziyə silah və sursat atdığını yazıb.
Suriya geri çəkilir, İsrail isə təhdid edir | VİDEO Xatırladaq ki, iyulun 14-də Suriyanın Əs-Suveyd əyalətində hökumət qüvvələri ilə druzlar arasında baş verən toqquşmalarda azı 34 nəfər həlak olub. İyulun 16-da İsrail Dəməşq və onun ətrafındakı bir sıra strateji hədəflərə, xüsusən də Suriya ordusunun Baş qərargahının binaları kompleksinə və Əbu-Rumman məhəlləsindəki Prezident sarayına zərbələr endirib. Son hücumlar gecə saatlarında Suriya paytaxtının qərbindəki “Mezza” hərbi aerodromuna və Əl-Muadamiyə yaxınlığında həyata keçirilib.
“Sky News Arabia” telekanalının məlumatına görə, Əs-Suveyd əyalətində keçid hökumət qüvvələri ilə druzların özünümüdafiə qüvvələri arasında baş verən silahlı toqquşmalarda azı 356 nəfər həlak olub. Həlak olanlar arasında 55 mülki şəxsin və 79 özünümüdafiə qüvvələrinin döyüşçüsünün olduğu bildirilir.
Sabitliyi bərpa etmək üçün Dəməşqdən ezam olunmuş Daxili İşlər nazirliyinin və Müdafiə qüvvələrinin xüsusi bölmələri 189 əməkdaşı, ərəb qəbilələrinin hökumətyönlü birləşmələri isə 18 yaraqlını itirib. İyulun 16-da İsrailin Dəməşqə endirdiyi hava zərbələri nəticəsində Daxili Təhlükəsizlik qüvvələrinin daha 15 əməkdaşı həlak olub.

Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://azvision.az
archiveBu xəbər 17 İyul 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see684

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see386

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see240

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see218

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see194

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see191

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see189

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see187

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see185

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see184

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see184

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see184

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see182

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see177

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see176

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see174

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see174

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see173

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see170

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri