Icma.az
close
up
RU
Əhməd İsmayılov: Media əməkdaşlığı TDT nin fəaliyyətinin əsas istiqamətlərindən biridir

Əhməd İsmayılov: Media əməkdaşlığı TDT nin fəaliyyətinin əsas istiqamətlərindən biridir

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın media inkişafına dair milli təşəbbüsləri ilə səsləşməklə ortaq tarix, dil və mədəni identikliyin birləşdirdiyi regionun aparıcı təşkilatlarından biri kimi mühüm rol oynayır. Təşkilat siyasi və iqtisadi sahələrlə yanaşı, informasiya və media kimi həyati əhəmiyyətli bir sahədə də əməkdaşlığı dərinləşdirməyə çalışır.

Ölkə.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov noyabrın 28-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, informasiya, media əməkdaşlığı TDT-nin fəaliyyətinin əsas istiqamətlərindən biridir. İllik əsasda keçirilən toplantılar, işçi qrup iclasları, koordinasiya komitələri, seminar və təlimlər üzv dövlətlərin media sahəsi ilə bağlı peşəkarlarını bir araya gətirən səmərəli mexanizmdir. Azərbaycan üçün TDT çərçivəsində bu sahədə fəal əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. “Biz təşkilatı təkcə diplomatik müzakirə platforması kimi deyil, eyni zamanda, dezinformasiya, hibrid informasiya təhdidləri, eləcə də Türk dünyasının vahid, davamlı informasiya məkanının qurulması kimi müasir çağırışları birlikdə həll etmək baxımından strateji çərçivə kimi görürük. Azərbaycan TDT çərçivəsində əməkdaşlığı gücləndirməklə qarşılıqlı etimad, ortaq dəyərlər və peşəkar dürüstlük üzərində qurulmuş və daha dərin inteqrasiya olunmuş media mühitinə sadiqliyini ifadə edir”, - deyə Ə.İsmayılov qeyd edib.

İcraçı direktor, həmçinin vurğulayıb ki, əslində, Türk Dövlətləri Təşkilatı olduqca mühüm strateji platforma təqdim edir: “Biz birgə səylərimizlə təkcə Türk dünyasının birliyini və qlobal səviyyədə tanınmasını artırmır, həm də informasiya suverenliyimizi qoruyur və ortaq identikliyimizi əks etdirən media mühitini formalaşdırırıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Noyabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see704

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see317

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see315

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see260

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see198

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see193

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see178

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see165

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see148

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see146

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see144

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see126

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri