Əhməd İsmayılov: Bu memorandum yerli medianın fəaliyyətində canlanma yaradıb
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu yerli medianın fəaliyyətində canlanma yaradıb, media nümayəndələrinin, həmçinin sahə ilə əlaqədar aidiyyəti qurumların daha sıx və peşəkar münasibətlərinin qurulmasına böyük təkan verib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Medianın İnkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmayılov fevralın 19-da Bakıda Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər" mövzusunda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında möhkəmlənmiş qardaşlıq münasibətləri media da daxil olmaqla bütün sahələrə öz dinamik təsirlərini göstərməkdədir:
"Hər iki ölkə liderinin qarşılıqlı səfərləri dövlətlərimiz arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm tarixi hadisədir. Bu səfərlər, habelə səfər çərçivəsində imzalanan sənədlər Azərbaycan və Türkiyə xalqları arasında dostluğun, qardaşlığın əyani təzahürüdür. Sözügedən memorandum beş il ərzində iki ölkənin media sahəsində əməkdaşlığının inkişafı, media subyektləri arasında bilik və təcrübə mübadiləsi, informasiya mübadiləsinin genişləndirilməsi və birgə layihələrin uğurla həyata keçirilməsi üçün möhkəm bir zəmin yaradıb".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 19 Fevral 2025 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















