Əhmədiandan Əliyevə: Ərazinizi azad etdiniz, çox sevindik!
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib.
Axar.az xəbər verir ki, görüş zamanı Əli Əkbər Əhmədian həmçinin Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasını qeyd edərək, bu münasibətlə təbriklərini çatdırıb və bütün bunlara görə çox sevindiklərini vurğulayıb.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib, Ermənistanın işğal dövründə Azərbaycanın həmin ərazilərini darmadağın etdiyi, mədəni və dini abidələrimizi, o cümlədən məscidlərimizi təhqirə məruz qoyduğu, ibadət ocaqlarında donuz və inək saxladığını xatırladıb.
Baxış sayı:136
Bu xəbər 08 Yanvar 2025 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















