Icma.az
close
up
RU
Əhmədianın və Qrononun səfəri Prezidentin müsahibəsinə operativ reaksiyadır AÇIQLAMA

Əhmədianın və Qrononun səfəri Prezidentin müsahibəsinə operativ reaksiyadır AÇIQLAMA

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

“Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi və Ermənistana sərt xəbərdarlıq edilən, onun havadarlarından  birinin qarşısında açıq tələb qoyulan müsahibənin böyük reaksiya doğuracağı öncədən bəlli idi”.

Bunu Sfera.az-a açıqlamasında deputat Sahib Alıyev deyib.

O, İranın  Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianın Bakıya səfərini və ardınca da İrəvana getməsini məhz həmən reaksiyalardan biri kimi qiymətləndirib.

“Əhmədianın “regionda Azərbaycan ilə İranın mədəni, tarixi, dini, o cümlədən sivilizasiya əlaqələrinin bənzərsizliyi və  bu cür qədim əlaqələri olan iki ölkəni tapmağın mümkünsuzlüyü” haqqında fikirlərinin qarşılığında Prezident  İlham Əliyevin “xalqlarımızın çox sıx tellərlə bir-birinə bağlılığı"ndan söz salması təbii ki, səbəbsiz deyil. Yəni biz Azərbaycan torpaqları işğal altında olanda da, 44 günlük savaş zamanı da, ondan sonrakı dövrdə də rəsmi Tehranın necə bir siyasət yeritdiyini unutmamışıq. Bununla yanaşı, İranla qarşılıqlı faydaya əsaslanan əlaqələrin genişlənməsində maraqlıyıq. İlk növbədə də ona görə ki, orada yaşayanların böyük bir hissəsini təşkil edən soydaşlarımızla çox sıx tellərlə bağlıyıq. Azərbaycanın İrandan istədiyi də qarşı tərəfin bizim kimi hərəkət etməsidir.Bunu etmədiyi halda isə rəsmi Tehran bundan kimin daha çox itirəcəyinin yaxşı fərqindədir”.

Millət vəkili bildirdi ki, təkcə İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibinin deyil, Avropa Birliyinin Cənubi Qafqaz üzrə özəl təmsilçisi Maqdalena Qrononun səfərini də ölkə başçısının sözügedən müsahibəsinə operativ reaksiya saymaq olar:

“Düşünürəm ki, bu görüşlərin ardından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçımıza dünənki telefon zəngi də bir növ həm müsahibəyə, həm də ona verilən reaksiyalara cavab xarakteri daşıyırdı. Hər iki prezidentin əməkdaşlığımızın bütün sahələrdə bundan sonra “Bir millət, iki dövlət” prinsipi üzrə davam etdiriləcəyini vurğulamaları o deməkdir ki, yanvarın 7-də Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı açıqlamasına da, Ermənistanla havadarlarına xəbərdarlığına da, İran rəhbərliyi qarşısında qoyulan tələbinə də iki dövlətin bir fikri kimi yanaşılmalıdır”.

Günay 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://sfera.az
archiveBu xəbər 09 Yanvar 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri