Əhmədlidə TORPAQ SÜRÜŞMƏSİ Daha hansı ərazilər təhlükə altındadır?
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İki gün öncə Əhmədlidə baş vermiş sürüşmə Bakı və ətraf qəsəbələrin aktiv sürüşmə zonalarını yenidən gündəmə gətirib. Baş vermiş sürüşmənin eroziya tipli olduğu, əsasən texniki səbəbdən, insanların aktiv təsiri ilə baş verdiyi vurğulanıb. Mütəxəssislər həmin ərazinin sürüşməyə kifayət qədər meyilli olduğunu bildiriblər. Həmçinin suvarmanın təsiri ilə bu sürüşmənin baş verdiyi güman olunur.
MÖVZU İLƏ BAĞLI:
Əhmədlidəki sürüşmənin SƏBƏBİ BİLİNDİ
Ümumiyyətlə Bakı və Abşeron daim sürüşmə aktivliyi olan zonadır. Geoloq Xalid Xalidli Bizim.Media-ya açıqlamasında bildirdi ki, aparılan tikinti işləri, onların ağırlığı, yamacların düzgün qorunmaması, kanalizasiyaların, suqəbuledicilərin olmaması sürüşməyə təsir edən problemlərdəndir.
“Bundan başqa, güclü yağışlar, yeraltı su səviyyəsinin yüksəlməsi, sel və ətrafda su axınlarının güclənməsi sürüşmə prosesini aktivləşdirə bilər.
Nəticədə binalarda çatların yaranması, divar və təməl strukturunun zədələnməsi, yol, kommunikasiya xətləri və infrastruktura zərər dəyməsi qaçılmazdır”.
Qeyd edək ki, Bakı və ətraf qəsəbələrdə ən aktiv sürüşmə Masazır və Saray qəsəbələri, Binəqədi, Bayıl yamacı və Nərimanov prospekti sayılır.
Şəfiqə Şəfa, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 14 Noyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















