Icma.az
close
up
RU
Ehsan qadağası Bakıya çatır Təzəpir və Heydər məscidlərinə çağırış edildi

Ehsan qadağası Bakıya çatır Təzəpir və Heydər məscidlərinə çağırış edildi

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.


Son vaxtlar bir sıra rayonlarda yas məclislərində ehsan süfrələri ləğv edilib. Bu, yerli sakinlərin öz qərarı ilə baş tutub. Artıq xeyli rayon və qəsəbələrdə hüzr evlərində yemək verilmir. Sonuncu belə qərar Şirvan şəhərində olub.

Əgər rayonlarda ehsan süfrələrinin qadağası və ya məhdudlaşdırılması artıq müəyyən nəticə veribsə, bu dalğa Bakıya da gəlib çata bilərmi?

Globalinfo.az-a danışan deputat Razi Nurullayev son günlərdə rayonlarda yas məclislərinin ləğvi ilə bağlı verilən qərarı müsbət və zəruri addım kimi qiymətləndirdiyini vurğulayıb.

Razi Nurullayev

Onun fikrincə, cəmiyyətimizdə yas məclisləri həm iqtisadi, həm də sosial baxımdan ailələrə ciddi yük yaradır:

“Bu məclislərin sadə və israfçılıqdan uzaq formada keçirilməsi üçün illərlə çağırış etmişik. Belə qərarlar vahid yanaşma ilə bütün ölkə ərazisində tətbiq olunmalıdır. Əgər regionlarda yas məclislərində yemək verilməsi ləğv olunursa, eyni yanaşma Bakıya da şamil edilməlidir. Xüsusilə də paytaxtın ən iri və nüfuzlu məscidləri — Təzəpir və Heydər məscidlərində də yemək verilməməsinə çağırış olunmalıdır. Onlar gərək könüllü şəkildə addım atsınlar. Əks halda, bu, insanlara ədalətsizlik kimi görünə və lazımsız söz-söhbətlərə yol aça bilər”.

R.Nurullayev deyib ki, rəsmi qurumlar məsələyə ədalətli yanaşmalıdır:

“Əgər məqsəd doğrudan da israfçılığı aradan qaldırmaq, insanları yersiz xərc və təmtəraqdan çəkindirməkdirsə, bu, bütün bölgələrə, istisnasız olaraq Bakıya da aid olmalıdır. Cəmiyyətin və dövlətin din sahəsində siyasətinə məsuliyyət daşıyan rəsmi qurumlar da bu məsələdə prinsipial və ədalətli mövqe sərgiləməlidir”.

İqtisadçı Asif İbrahimovun fikrincə, Azərbaycanda toy və yas məclisləri təkcə adət-ənənənin deyil, eyni zamanda iqtisadiyyatın da mühüm bir hissəsinə çevrilib:

“Bu mərasimlər bir çox sahəyə təsir edir – kənd təsərrüfatından tutmuş daşımaya, iaşə xidmətlərindən tutmuş xidmət sektoruna qədər geniş bir təsir zənciri mövcuddur. Toy və yas məclisləri zamanı orta və iri miqyaslı qida məhsullarından istifadə olunur. Bu, heyvandarlıq və kənd təsərrüfatı sahələrinə tələbi artırır. Qəssablıq, yem istehsalı, meyvə-tərəvəz tədarükü, daşınma və mərasim təşkilatçıları bu prosesdə aktiv rol oynayır. Belə mərasimlər həm də dövlətin vergi gəlirlərinə dolayı təsir göstərir. Son illərdə yas mərasimlərinin təşkili daha da sistemli və peşəkar hal alıb”.

Asif İbrahimov

İqtisadçı deyib ki, əvvəllər çadırlarda keçirilən mərasimlər indi xüsusi mərasim evlərində, müasir şəraitdə təşkil olunur:

“Bəzi hallarda bu məkanlar 1500 nəfərə qədər qonaq qəbul edə bilir. Məscidlərin özündə də yas mərasimləri üçün şərait yaradılıb. Bu isə onu göstərir ki, insanlar mövcud ənənəni yaşatmağa davam edir və tələbat dəyişdikcə xidmətlər də həmin ehtiyaclara uyğunlaşır. İqtisadiyyatda belə bir prinsip var: “Tələb nədirsə, onu müəyyən et və qarşıla”. Toy və yas mərasimlərində də bu prinsip əsasdır. Bu sahədə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tələbi qarşılayaraq gəlir əldə edirlər. Qiymətlər isə təklif olunan xidmətin səviyyəsinə görə dəyişir. Məsələn, ət və digər ərzaqların alış qiymətindən, yeməklərin keyfiyyətindən və menyudan asılı olaraq, bir nəfərlik xidmətin maya dəyəri 15 manatdan başlayır. Bu rəqəm 20-30 manata qədər, bəzən isə daha yüksək – 100 manata qədər də yüksələ bilər”.

Asib İbrahimovun sözlərinə görə, bu sahənin tamamilə ləğvi iqtisadi baxımdan ciddi fəsadlara səbəb ola bilər:

“Qəssablar, fermerlər, daşımalarla məşğul olanlar, ticarətçilər və digər sahələrə bu qərarın mənfi təsiri qaçılmaz olar. Eyni zamanda, mərasimlər cəmiyyətin emosional və dini ehtiyaclarını da qarşılayır. İnsanlar dünyasını dəyişmiş yaxınları üçün ehsan verməyi bir borc, ruhani məsuliyyət kimi görür. Bu, sadəcə iqtisadi deyil, dərin köklü mədəni və mənəvi məsələdir. Bütün bunları nəzərə alaraq, belə ənənələrin birdən-birə ləğvi deyil, mərhələli şəkildə tənzimlənməsi daha məqsədəuyğundur. Hüquqi çərçivədə müəyyən qaydalar tətbiq oluna bilər, lakin praktikada insanların bu mərasimləri müxtəlif yollarla həyata keçirməyə davam etdiyini də görürük. Bu səbəbdən məsələ həm iqtisadi, həm də sosial-mədəni baxımdan çox həssas yanaşma tələb edir”.

Lalə Mehralı

Sosioloq Lalə Mehralı deyib ki, əslində, bölgələrdə bu məsələyə dair savadlılıq paytaxta nisbətən daha yüksəkdir:

“15-20 il əvvəl əsasən Qərb zonasında yas mərasimlərində ifratçılığa yol verməmək üçün ciddi şəkildə diqqət yetirilirdi. Burada dini savadlılığın rolu böyükdür. İnsanlar nəyin ehsan, nəyin ifrat olduğunu anladıqda, özləri bu ifratlıqlardan imtina edirlər. Çünki imtina edə bilməyən şəxslərin dünyəvi və dini bilikləri demək olar ki, sıfır səviyyəsindədir. Razıyam ki, paytaxtda bu sahədə ciddi xaos hökm sürür, xüsusilə mərasim evlərində. Mərasimin keçirilməsi üçün ödənilən məbləğ kifayət qədər yüksəkdir. Üstəlik, mərasimlə bağlı alınan ərzaqlar mərasimdən sonra istifadə olunmadan ailəyə geri qaytarılmır. Məsələn, birinin mərasimi üçün alınan ərzaqlarla bəzən başqa şəxslərin mərasimlərini belə yola verməyə kifayət qədər ərzaq qalır. Bu şəraitdə mərasim evlərinin işdən xeyir götürdüyü aydın olur. İnsanların mərasim evlərinə bu qədər maraq göstərməsinin səbəbi də budur. Bu, toylar və şadlıq sarayları üçün də keçərlidir. İnsanlar əziz günlərini qeyd etmək üçün şadlıq evlərini, yaxınlarını isə bu dünyadan yola salmaq üçün mərasim evlərini zənginləşdirirlər. Halbuki bir stəkan su, bir stəkan çay, bir xurma da ehsan hesab olunur və həmin ehsan süfrəsinin zənginliyinin bu dünyadan köçən insana heç bir faydası yoxdur”.

Lalə Mehralı bir gün bölgələrdə formalaşan bu ənənənin paytaxta da yayılacağına ümid etdiyini vurğulayıb:

“Bəzən deyirlər ki, paytaxt mədəniyyətin beşiyidir, böyük şəhərlər mədəniyyət ocağıdır. Amma bu məsələdə və digər oxşar məsələlərdə paytaxt sakinləri bölgə camaatından nümunə götürməlidir. Bölgələrdə artıq 20 ildən çoxdur ki, belə qərar qəbul edilib. Pandemiya dövründə isə çox gözəl bir ənənə yaranmışdı: məclis qurmaq icazəsi olmadığı üçün mərasim ərzaqları paketləşdirilərək ehtiyacı olan ailələrə göndərilirdi. Məsələn, bölgələrdən birində rəhmətə gedən bir həkimin yas mərasimində 100 aztəminatlı ailəyə ərzaq göndərildi. Bu, ehsanın aliliyini və mərhumun ruhuna olan hörməti göstərir. 100 evdə eyni anda alqış və dua oxundu. İndi gəlin müqayisə edək: dini baxımdan toy süfrəsinə bənzəyən yas mərasimləri, yoxsa 100 aztəminatlı ailənin ərzaqla təmin olunması niyyəti ilə keçirilən ehsan məqbuldur?”

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 İyul 2025 22:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri