Icma.az
close
up
RU
Təzəpir və Heydər məscidində ehsan verilməsi dayandırılsın Razi Nurullayev

Təzəpir və Heydər məscidində ehsan verilməsi dayandırılsın Razi Nurullayev

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda yaslarda ehsan verilməməsi məsələsi bir neçə gündür ki, müzakirə olunur. 

Əksər insanlar bu adətin ləğv edilməsini istəyir. 

Artıq müzakirələrə ictimai-siyasi adamlar da qoşulub. 

Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputatı Razi Nurullayev də danışıb.

Onun sözlərinə görə, bütövlükdə bu adətən ləğv edilməsi üçün iki vacib şərt var:

“Azərbaycanda lap qədimdən yas adət-ənənələri var. Bizim xalq da hər zaman öz ölüsünə ehsan verib. Yəni, bu cür öyrəşib və görüblər. Bəli, indi mən də onunla razıyam, hətta toylar barədə də demişəm ki, orada olan aşırı yeməklər aradan qaldırılmalıdır. Ümumiyyətlə, yemək aradan qaldırılmalıdır, çay süfrəsi açılsın. İmişlidə olduğum yas məclislərində də bu məsələni qaldırmışam, mollalara, axundalara demişəm. Hər kəsdən xahiş etmişəm. Artıq İmişlidə bununla bağlı ciddi dönüş yaranıb. Demək olar ki, İmişlinin 60-70 faizində yeməklərin verilməsi dayanıb. Proses gedir. Ümid edirəm ki, bir neçə aydan sonra bütövlükdə artıq yeməyin verilməsi də dayandırılacaq. Bir neçə gün qabaq bununla bağlı  yenə danışmışam. Yas məclislərində yeməklərin dayandırılması üçün vacib iki şərt var. Bu şərtlərdən biri odur ki, birinci növbədə vəzifəli, varlı adamlar tərəfindən dayandırılmalıdır. Bu, digər insanlara da örnək olar. Məsələn, deputatlar, digər dövlət adamlar və.s. Məhz bundan sonra biz xalqa bunu deyə bilərik. İkincisi və ən öndə olan şərt budur ki, Təzəpir və Heydər məscidinin mərasim zallarında yemək verilməsi dayandırılsın. Əgər orada gündə 30-40 dəfə ehsan verilir, süfrə açılırsa, toydan fərqlənmirsə, təbii ki, insanlara yeməyi dayandırın desək, deyəcəklər, niyə orada verirlər? Niyə mən verməyim? Yeri gəlmişkən, bir çox yerlərdə bu adət artıq tam şəkildə dayandırılıb, İmişlidə də bu istiqamətdə dediyim kimi, işlər gedir. Bir neçə müddət əvvəlin söhbətidir ki, Samux rayonunda birmənalı olaraq heç yerdə ehsan verilmir. Oranın yerli hökuməti insanlarla danışıb, həll edib. Böyük hadisədir. Müxtəlif rayonlarda da indi olur. Bütövlükdə həyata keçirilməsi üçün isə dediyim şərtləq mütləq şəkildə həyata keçirilməlidir”.

Firuzə

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 İyul 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri