Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Ehtiram Quliyevin bədbəxtçiliyi intriqa dolu mühitin içində...

Ehtiram Quliyevin bədbəxtçiliyi intriqa dolu mühitin içində...

Icma.az bildirir, Sportal.az portalına istinadən.

Ehtiram Quliyev yaxşı adamdı. Amma bir bədbəxtçiliyi var. Biznes və məişət həyatında deyə bilmərəm, futbolda demək olar hər məsələdə kim(lər)sə tərəfindən idarə olunur. Ola bilməz ki, hər şeyin başında Ehtiram Quliyev özü dayansın. Belə vətənpərvər adamın ucuz intriqalara getməsi, durduq yerdə adekvat şəxslərlə münasibətləri korlaması, hər yerdə düşmən axtarışına çıxması inandırıcı deyil. Təəssüf ki, onun rəhbəri olduğu "Turan Tovuz" belə bir vəziyyətdədi. Ehtiram Quliyevin son bir neçə ildə yaratdığı imici korlaya-korlaya gedirlər. 

Bu gün "Turan Tovuz" qələbə qazandı. Kurban Berdiyev stilində bir qalibiyyət. Uzatma dəqiqələrində standart vəziyyət qolu ilə "Zirə"ni yendilər. Azarkeşlər sevinəcəklər, sonra yenə yersiz xal itkiləri olan kimi əsəbiləşib Berdiyevin istefasını tələb edəcəklər. Amma bu yazının qayəsi "Turan Tovuz"un məşqçisi və oynadığı futbol deyil, rəqib komandanın çalışdırıcısı Rəşad Sadıqovun mətbuat konfransında dedikləridir. 

Ölkə futbolunun önəmli simalarından olan Rəşad Sadıqov deyib ki, bir qrup tovuzlu azarkeşin onun və "Zirə"nin ünvanına səsləndirdiyi sərt fikirlərin arxasında "Turan Tovuz" rəhbərliyinin dayandığına and içə bilər. Hələ gənc yaşlarında Tovuz klubunda oynayan, uzun illərdir buraya gəlib-gedən və həmişə xoş qarşılanan adama birdən-birə münasibət niyə belə kəskin dəyişsin ki...

Ehtiram Quliyev 44 günlük Vətən müharibəsində vətənpərvərliyi ilə önə çıxan adamlardan olub. Elə Rəşad Sadıqovun özü də. Sadıqov Ehtiram Quliyev kimi iş adamı olmasa da, Vətən yolunda əlindən gələni edib. Yaşat Fonduna 50 min manat köçürən Rəşad Sadıqov başqa yardımlar da edib, cəbhə xəttinə də dəfələrlə gedib həmin günlərdə. Kimsə sevməyə bilər, amma Rəşad Sadıqov futbolda da, həyatda da həmişə lider olub, mövqe göstərib, seçilən personaya çevrilib. Fərqlilik isə nifrət doğurur - bunu Stendal deyirdi. Rəşad Sadıqova qarşı olan bəzi gözügötürməzliyin kökündə dayanan budur. 

Ehtiram Quliyev "Turan Tovuz"un "Zirə"yə olan nifrətinin harasında dayanıb, bax, bunu bilmək çətindir. Ürəyində deyilik, beyninə girə bilmirik. Kənardan hiss olunan və onu yaxından tanıyanların deməyinə görə, son bir ildə klub ətrafında baş verənlərin ideya müəllifi Ehtiram bəy deyil. Təsir altına düşüb, özü də fərqinə varmadan idarə olunur, yaxın(lar)ı onu səhv yönləndirib intriqa dolu mühitin içinə soxublar. 

Ehtiram bəy, son bir ildə bütün körpüləri yandıra-yandıra gedirsiz. Siyahıya nüfuzlu, dəyərli dövlət adamı olan Orxan Məmmədovun "Zirə"sini də əlavə etdiz. Növbədə kim var soruşmaq yersizdir, ətrafınız kimisə tapıb sizə düşmən edəcək zatən. Çox şey yazmaq olardı. Amma Ehtiram bəy çətin kənardan kimisə eşitsin. O, elə bir fikir mühasirəsinə alınıb ki, blokadanı yarıb ona toxunmaq mümkünsüz görünür. 

Emin Abbasov

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sportal.az
archiveBu xəbər 19 Sentyabr 2026 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see398

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see349

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see293

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see260

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see259

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see254

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see247

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see240

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see224

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see220

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see215

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see204

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see194

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see194

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see193

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see183

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see181

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see175

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see169

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri