Icma.az
close
up
RU
Menu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

Alimlər qanadsız külək turbinini yaradıblar...

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

MOSSAD ın zabit və komandirləri öldürüldü İran

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

Avropa Komissiyasının sədri Trampla G7 sammitində görüşü barədə danışıb

Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Tel­man Oru­cov yazır

“Zəngəzur dəhlizi açılacaq, başqa yol yoxdur”

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

Tramp İrana diplomatik siqnal göndərdi Təcili görüşlər gözlənilir KONKRET

Hansı ölkələr İrana kömək edir? Gizli dəstəyin gizli tərəfləri ŞƏRH

Əhmədinejat öldürülüb? Ofisi məlumat yaydı

İsrailin İran hədəfləri üçün yeni bombaya ehtiyacı var I Ekspert detalları açıqlayıb

Sumqayıtda yol qəzası baş verib, ölən və xəsarət alan var

İrandan mal gətirənlərə PİS XƏBƏR Bahalaşma…

Survivor dan qazancı məlum oldu

Şoyqunun Pxenyan səfərinin səbəbi məlum OLDU

Millimiz Türkiyədə təlim məşq toplanışına start verdi

Ehtiyatlı olun: Dənizə və hovuza girənlər canlı yayımda biabır ola bilər Qadınlar üçün təhlükə yaranıb

Ehtiyatlı olun: Dənizə və hovuza girənlər canlı yayımda biabır ola bilər Qadınlar üçün təhlükə yaranıb

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yay heç çür gəlmək bilmir. 

İstiləri deyirəm. 

Düzdü, camaat bir az günəş çıxan kimi dənizə, hovuz kənarına qaçır. Amma istirahət mərkəzləri hələ də tam olaraq müştəri qəbul etmədiyindən gileyldi. Bu yayda can yandıran istilər olmayacaq, deyəsən. 

Mia.az bildirir ki, iyunun 1-dən Bakıda və bəzi bölgələrdə, xüsusilə dənizkənarı yerlərdə istirahət yerləri dəniz və hovuz mövsümünü açıq elan edib. Küləkli və sərin havada cəlbedici olmasa da, insanlar bu yerlərə gedir. 
Keçən ildə olduğu kimi yenə də sosial şəbəkələrdə mövsümün əsas müzakirə mövzusuna çevrilib ictimai çimərlik yerlərində canlı, sosial şəbəkə istifadəçilərinin diliylə desək, “qlobal” açanlar.

Bilməyənlər üçün məlumat verək ki, bu, insanların çimdiyi hovuz və dəniz kənarında canlı olaraq aparılan video çəkilişdir. Bu çəkilişlər gizlidi, kadrlara düşənlərin bundan xəbəri olmur və canlı bağlantı yaradan şəxs onun efirini izləməyə gələnlərin xahişi ilə kameranı onların istədiyi insanların üzərinə və hətta əzalarına yönəldir. Nəticədə çimməyə gələn yarıçılpaq insanlar minlərlə izləyicinin qarşısında alçaldıcı duruma düşür.

Bu cür canlı efirlər adətən, çoxlu izləyici yığır. Böyük əksəriyyət əsasən qadınların görüntüsünə görə yığışır efirə. Efir sahibi izləyici sayı artsın deyə, onların istəyinə uyğun olaraq kameranı müxtəlif şəxslərə yönəldir. Məsələn, izləyici yazır: “sağdakı göy kupalnikdəki “maska”nı göstər”. Və budur, kamera o xanımı böyük formatda ekrana gətirir. Bu efirlər həmçinin izləyicilərin kameraya düşən qadınlara alçaldıcı, tərbiyəsiz ifadələri ilə zəngin olur, hamı dərhal efiri paylaşır, bir-birinə xəbər verir və beləliklə, efiri açan adamın da sosial şəbəkə akkauntunun dərəcəsi qalxır. 

Bu efirlər təkcə izləyici yığmır. Onlar dediyim kimi, qadınların təhqirinə rəvac verir və ən təhlükəlisi, çimərlik geyimində olan qadınların görüntülərinin qanunsuz olaraq yayılmasına şərait yaradır. Çünki efirlər həm də izləyicilər tərəfindən videoqeydə alınır. Bu videogörüntülərin sonradan şantaja səbəb olduğunu da hamımız yaxşı bilirik.

Şəxsi həyatın toxunulmazlığının kobudcasına pozulmasından ibarət olan belə efirlərdə şərh yazan bəzi insanlar yayımı açan adama etirazını bildirərək, canlı yayımı bağlamağı tələb edir. Amma müəllif  “əcəb edirəm”, “canı çıxsın o qadının, gəlməsin belə yerlərə”, “oraya gələn bilinir, hansı yuvanın quşudu”, - kimi cavablar verir və adamlarda belə təsəvvür yaranır ki, bu cür halların qarşısının alınması heç mümkün deyil.

 Amma bizə media olaraq ünvanlanan şikayətlər əsasında apardığımız araşdırmalar göstərir ki, şəxsi həyatın toxunulmazlığına yönələn belə hərəkətlərin qanuni yollarla qarşısını almaq olar, belə yayım müəllifləri rahatlıqla aşkara çıxarıla və məsuliyyətə cəlb oluna bilər. 

Məsələn, təkcə bir gün ərzində mən insanlardan belə efirlərə dair 10-a yaxın yönləndirmə mesajı və şikayətlər almışam. Son günlərdə bu şikayətlərin hər birini araşdıraraq bir jurnalist tədqiqatı apardım. 

Məsələnin insan hüquqlarının kobudcasına pozulması halı, özəl həyata müdaxilə oldugunu birmənalı şəkildə həmsöhbətimiz vəkil Vəfa Qədirova deyir. O, bildirir ki, əvvəllər sosial şəbəkələr vasitəsilə insanların təhqir edilməsinin, özəl həyata müdaxiləyə dair məlumatların araşdırılması çətin idi, amma hazırda bu sahədə daha mütərəqqi metodlardan istifadə edilir: “Texniki vasitələrlə virtual məkanda insanların şəxsiyyətinin aşkara çıxarılması və yerinin təsbit edilməsi asanlaşıb. Canlı açan insanları ortaya çıxarmaq çətin deyil”, - deyə həmsöhbətimiz bildirir. 

Digər tərəfdən, bu cür canlı yayımlar həm mühafizə olunan istirahət yerlərində, həm də nəzarətsiz ərazilərdə aparıldığı üçün qarşısının alınması mexanizmləri də fərqlidi. Məsələn, istirahət mərkəzi üçün onun hovuzunun kənarında icazəsiz yayım aparan şəxsi aşkar etmək asandı: görüntülərdən bilinir ki, çəkiliş hansı tərəfdədi. Bəzən müəssisə əməkdaşlarının özlərinin də reklam üçün belə yayım açdığına rast gəlirsən. Buna da yol verilmir. İnsanları göstərməmək şərti ilə reklam çəkilişi aparılmalıdı. Camaat hovuza gəlsin deyə, qadınların yarıçılpaq bədəni ilə reklam etmək cinayət məsuliyyəti yaradır. 

İctimai çimərliklərdə isə özəl həyata müdaxilənin qarşısını polis orqanları ala bilər. Mia.az-ın əməkdaşı olaraq apardığım tədqiqatda Bakı şəhəri üzrə polis orqanları əməkdaşlarının mənimlə birlikdə bu araşdırmada iştirak etdiyini və bir neçə özəl həyata müdaxilə halının aradan qaldırılmasına səy göstərdiyindən çox məmnun qaldığımı bəri başdan qeyd etmək istəyirəm. 

Polis orqanlarının işə qarışması ilə insanların haqlı narazılıqlarının operativ araşdırılması və yerindəcə tədbir görülməsi həyata keçirilir. Ümumiyyətlə, bu ildən polisin bu tipli çağırışlarda qətiyyətli və operativ olduğunu düşünürəm. 

Araşdırmaya çox tanınmış “See Breaze” istirahət yerindən başladım.

İyunun 1-də uşaqların müdafiə günü adıçəkilən mərkəz ana və uşaqlar üçün pulsuz giriş günü elan etmişdi və təsəvvür edin ki, “White See Breaze” adlanan yerin hovuzunda həmin gün adam əlindən tərpənmək olmurdu.

Canlı barədə yönləndirmə alan kimi efiri izləməyə başladım. Hovuzda və onun ətrafında çimərlik geyimində onlarla qadın vardı və müəllif izləyicilərin arzusuna uyğun olaraq obyektivi müxtılif qadınlara yönəldirdi. 1000 nəfərə yaxın şəxs təhqir və alçaldıcı ifadələrlə qadınların əzasını müzakirə edirdi. Müəllifə canlıda yazaraq, onun hərəkətinin özəl həyata müdaxilə olduğunu bildirdim. Cavabında mənə “tərbiyəli qadın evində otursun, buraya çimməyə gəlməsin”, - dedi. Bundan sonra müəssisəyə zəng elədim və məlumat verdim. Adını bildirməyən əməkdaş dərhal tədbir görüləcəyini bildirdi və az sonra həqiqətən canlı yayımın bağlandığını gördüm.

Amma yayımı bağlayana qədər əməkdaşa bir xeyli izah etməli oldum: bu, nəyə görə qanunsuzdu, nə üçün insanları göstərmək olmaz və s. Qəribədi, deyilmi? Özünü prestijli yer hesab edən White See Breaze-in əməkdaşları bu qaydaların mövcudluğundan niyə xəbərsizdi?

Məncə, prestijinə hörmət edən istirahət mərkəzləri bu tipli yayımların qarşısının alınmasında özü təşəbbüs göstərməlidi. Çünki insanlar belə məkanlara girişindən tutmuş, yeməyinə qədər pul xərcləyir. Hım pulu gedir, həm də şərəfi təhqir olunur, şantaj təhlükəsi ilə üz-üzə qalır. Mən müşahidə etmişəm, istirahət mərkəzləri bəzən özləri belə hallara göz yumur, yayıma qadağa qoymağa tələsmir: müştəri sayını artıqmaq və reklam üçün bu yayımlar onlara əl verir. Çünki qazanan onlardı, bu yayım da sadəcə, pulsuz reklamdan başqa bir şey deyil.
Bir neçə gün sonra daha bir qrup izləyicinin təkidi ilə digər canlı yayımları izləməyə başladım. Çox gərgin anlar keçirdim. İnanın, siz də mənim yerimə olsaydınız, əsəbiləşəcəkdiniz. 

“Pirşağı Həyat Resort” adlanan yerdə canlı yayımı elə müəssisənin əməkdaşı açmışdı. “Cəlbedici” başlıq qoymuşdu yayına: “Xanımlara hovuz ödənişsizdi”. Təsəvvür edin, xanımlar pulsuz hovuz adıyla gəlir, sonra minlərlə adam onları efirdə izləyir. Özlərinin xəbəri olmadan, icazəsiz, qanunsuz. 

Bir tərəfdən də saysız mesajlar gəlir: “Sağdakı valiki göstər”, yaxud “sola çək, ayağı düşsün”. 

Mən əminəm ki, orada heç bir qadının bu yayımdan xəbəri yox idi və oraya gələnlər də “valik” deyildi.

Zəng etdim inzibatçıya. “Niyə qadınları göstərirsiniz?”. 

Cavablar “möhtəşəm”: “Yaxından göstərmirik”, “Üzləri düşmür”, “Özləri icazə verib”(?????!!!), “Öz işimizdi, özümüz bilərik”, “Onların əvəzindən siz niyə danışırsınız?”, “Özünü göstərmək istəməyən buraya gəlməz”.
Soruşuram: “O xanımların xəbəri var, sizin canlı yayımdan?”. Deyir, “müasir dünyadı, qlobal yayındı, heç nə deyə bilməzlər”. 

Doğrudanmı heç nə deyə bilməzlər?

102 xidmətini yığıram və vəziyyəti izah edirəm. Xanım dərhal məni yönəldir müvafiq polis bölməsinə. O zamana kimi mən artıq növbəti canlı yayıma dəvət almışdım izləyicilərdən və bu dəfə qadınlar “Bilgəh Daçniki” deyilən, girişi sərbəst, “kamp plyajı” deyilən ərazidə canlı yayımda təhqirə məruz qalırdı. Yayımı açan da elə xanım idi.

“Yellə kameranı o maskalara”, - deyə yayımdakılar cuşa gəlmişdi. Xanıma yazıb “niyə qadınları göstərirsiniz”, - deyə soruşanda o, “sən xanımların vəkilisən?”, - dedi.

Həmin ərəfədə artıq Sabunçu rayon 12-ci bölmənin sahə müvəkkili əraziyə yaxınlaşmışdı, sahil boyunca müşahidə edirdi və onu görən kimi yayında olan xanım “polis gəldi”, - deyərək dərhal canlını bağladı. Hətta heyfisləndi ki, 1500 adamlıq yayımdan çıxmağa məcbur olub. Sahə müvəkkilinin təkcə ortada görünməsi kifayət etmişdi.

Polisə zəng edib təşəkkürümü bildirdim. Onlar da məsələnin ciddiyyətinin fərqindədir. İnsanın özəl həyatına müdaxilə zamanı polisin hətta ortada görünməsi belə kifayət edir. 

Daha sonra növbəti bir yayımda qadınların “sərgi”yə düzüldüyünün şahidi oldum. “My.Beach.Novknani” adlanan istirahət mərkəzində yayım reklam üçün müəssisə əməkdaşı tərəfindən açılmışdı. Zəng etdim, əməkdaş dərhal üzr üstədi, yayımı bağladı və bundan sonra insanların əyləncəsi zamanı hovuzun yayımda göstərilməyəcəyini bildirdi.

Nabranda yerləşən “SeaStar” Otel İstirahət Mərkəzinin əməkdaşı hovuz kənarında canlı açaraq müəssisəni reklam edirdi və bildirdi ki, hazırda hovuzda dincələn yoxdu və sonradan insanların hovuzda istirahəti zamanı onları qəti şəkildə canlı yayıma çıxarmayacaqlar.

Araşdırma apardığım günün gecəsi də izləyicilər tərəfindən şikayətlə qarşılanan canlı yayıma rast gəldim: gecəyarısı “dachnik.camping” adıyla canlı yayım açanlar guya hansısa kampinq xidmətlərinin reklamını apardığını bildirsə də, yenə qadınlar hədəfdə idi. Çünki belə yayımlar dediyim kimi, qadınları göstərdikcə, izləyici sayı çoxalır. Fərqi yoxdu, qadın nə edir. Lap sadəcə, oturub çay içirsə, ona da söz qoşan var.  

Gecəyarısı sahildə sadəcə oturan, çay içən qadınlar haqqında yayıma qoşulanlar çox alçaldıcı ifadələr yazırdı: “bu vaxtı oraya ancaq valiklər gəlir”, “kiminsə əri əldən getdi”, “qadının gecə orada nə işi var”. Mən yaym sahibinə qadınları göstərməməsini yazdım. Bloka atdı məni. Belə yayımlar guya reklam üçündü, telefonu da yazırlar. Onları tapmaq “iki vur iki” kimi bir şeydi.

Tədqiqatın növbəti gününün ən böyük başağrısı Nabranda yerləşən “Atlant” İstirahət Mərkəzi oldu. Təsəvvür edin, bir günün içində nə qədər adam canlı yayım açıb qadınları məsxərəyə qoydu. Müəssisə rəhbərliyi əvvəlcə canlı yayım təşkil etmədiyini desə də, mənim fikrimcə, onlar belə yayımların prinsipial olaraq əleyhinə də deyil. Canlı yayım dediyim kimi, reklamdı onlarçün. 

Əvvəlcə “Atlant”ın Bakı ofisinə zəng etdim. Bir xanım özünü təqdim etmədən “Sizə nə var qadınları göstərirlər?”, - deyə çəmkirib telefonu bağladı.

Sonra Nabran ofisini yığdım. Burada bir az üzrxahlıq etdilər: “Yəqin Bakıda başa düşməyiblər”. Xanıma dedim ki, canlı yayımda sizin mərkəzə “...Xanadı”, - yazırlar. Bu da sizə toxunmur? Doğrudan “Atlant” “...xanadı?” Xanım söz verdi ki, yayım dayanacaq. 

Amma necə? Bir akkaunt bağlandı, digərindən yenidən canlı yayım açıldı. Bir gün boyunca 5 ayrı akkauntdan canlı yayım açdılar. “Atlant” neyləmək istəyirdi görəsən? Bunlar camaatı ələ salırmı?

Bir hovuz var ortada, onun dörd bir tərəfi adamın ovcunun içi kimi açıq görünür. “Atlant”ın mühafizə xidmətinə çətin idimi canlı yayım açanı aşkar etmək? Müəssisə sizin nəzarət yerinizdi, birdəfəlik elan vermək, yazmaq, girişdə xəbərdarlıq etmək olardı ki, canlı yayım və çəkilişlər qadağandı. İstəsələr, hətta cərimə də edərlər. Deməli, istirahət mərkəzlərinin də marağındadı qadınları yarıçılpaq halda canlı yayıma çıxarmaq, onların alçaldılması və şantaj olunması. 

Məncə, insanlar belə yerləri boykot etməlidi. 

Ya da istirahətə gedərkən elə girişdəcə belə canlı yayımlara nəzarət edilməsi üçün şərt qoymalıdı: “Mən sənə müştəri olaraq fayda verirəmsə, sən də daxili nəzarətini həyata keçir”. Hovuzların kənarına mühafizə təşkil etmək çətindi? Əlbəttə, əgər öz marağı yoxdusa, çətin deyil.

Polis üçün də çətin deyil onları tapmaq. Üstəlik, hazırkı informasiya texnologiyaları dövründə polisin də işində bu texnoloji proseslərə adaptasiya var. Canlı yayımda çəkdiyim şəkillərə əsasən o boyda sahildə polis 2 dəqiqəyə canlı yayımda olan adamı aşkar edir. Deməli, xüsusilə yay aylarında istər girişi nəzarətdə olan, istər sərbəst şəkildə olan ərazilərdə özəl həyata müdaxilə hallarının baş verməməsi üçün effektiv fəaliyyət qurmaq olar. Düzdü, polis dərhal reaksiya verir. Amma düşünürəm ki, yay ayları üçün bütün ölkə üzrə istirahət mərkəzlərinə bu xüsusda tapşırıq verilməli, sərbəst girişi olan yerlərə isə sahə müvəkkilləri və yaxud post-patrul səviyyəsində nəzarət üçün daxili təlimat verilməlidi. 

Yay hələ qabaqdadı. Müasirliyi, qloballığı bəhanə edənlərin, əlindəki texnoloji imkanlarla insanları ələ salmasına “dur” deyən yoxdu hələ ki.  

Bəs hara gedək bu ölkədən dəniz kənarında bir stəkan çay içməkçün?

Zülfiyyə Mustafayeva
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://mia.az
archiveBu xəbər 18 İyun 2025 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

18 İyun 2025 13:47see230

Alimlər qanadsız külək turbinini yaradıblar...

17 İyun 2025 20:37see183

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

18 İyun 2025 01:07see154

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

18 İyun 2025 01:26see141

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

18 İyun 2025 01:31see129

MOSSAD ın zabit və komandirləri öldürüldü İran

17 İyun 2025 17:04see122

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

18 İyun 2025 17:44see120

Avropa Komissiyasının sədri Trampla G7 sammitində görüşü barədə danışıb

17 İyun 2025 10:41see119

Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Tel­man Oru­cov yazır

17 İyun 2025 19:27see117

“Zəngəzur dəhlizi açılacaq, başqa yol yoxdur”

17 İyun 2025 23:25see117

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

18 İyun 2025 17:16see115

Tramp İrana diplomatik siqnal göndərdi Təcili görüşlər gözlənilir KONKRET

17 İyun 2025 10:41see115

Hansı ölkələr İrana kömək edir? Gizli dəstəyin gizli tərəfləri ŞƏRH

17 İyun 2025 21:26see114

Əhmədinejat öldürülüb? Ofisi məlumat yaydı

17 İyun 2025 23:39see114

İsrailin İran hədəfləri üçün yeni bombaya ehtiyacı var I Ekspert detalları açıqlayıb

17 İyun 2025 20:19see114

Sumqayıtda yol qəzası baş verib, ölən və xəsarət alan var

18 İyun 2025 01:15see114

İrandan mal gətirənlərə PİS XƏBƏR Bahalaşma…

17 İyun 2025 15:54see113

Survivor dan qazancı məlum oldu

18 İyun 2025 17:25see112

Şoyqunun Pxenyan səfərinin səbəbi məlum OLDU

17 İyun 2025 15:45see112

Millimiz Türkiyədə təlim məşq toplanışına start verdi

17 İyun 2025 18:11see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri