Icma.az
close
up
RU
Əkin sahələrinin azalması hansı problemləri yaradacaq? (ŞƏRH)

Əkin sahələrinin azalması hansı problemləri yaradacaq? (ŞƏRH)

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan kənd təsərrüfarı naziri Məcnun Məmmədov ölkədə əkin sahələrinin azaldığını açıqlayıb. Nazir bildirib ki, 2024-cü il statistikasında əkin sahələri üzrə göstəricilərin azalması müşahidə edilir:

"Dəmyə əkin ərazilərinin azalmasında yağıntı həcminin azlığı və iqlim dəyişikliyi rol oynayıb. Artıq müəyyən  sahələrdə məhz illər üzrə dəmyə əkinlərində məhsul yaxşı səviyyədə olmadığına görə insanlar əkindən qaçırlar. Bu ona görədir ki, dəmyə əkinlərində hər il eyni bitkinin əkilməsi  istər-istəməz həm rütubət, həm də məhsuldarlıq itkisinə gətirib çıxarır".

İqtisadçı ekspert Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, dəmyə sahələrində müəyyən əkin qaydaları var:

"Bu sahələrdə məhsuldarlıq iqlimdən aşırı dərəcədə asılıdır. Yəni, yağış yağmasa bitki məhsul verməyəcək. Amma məsələnin digər tərəfi də ondan  ibarətdir ki, dəmyə torpaqlar 2-3 ildən bir dincə qoyulmalıdır. Torpaqlar buraxılmalıdır, orada ən azı bir il heç bir məhsul əkilməməlidir. Növbəti ildə məhsul orada dəyişilərək əkilməlidir. Məsələn, bir il buğda, o biri il qarğıdalı, üçüncü il isə pambıq əkilməlidir. Sahələrdə torpaqdan müxtəlif qidalar tələb edən bitkilər əkilməlidir. Hər il eyni bitkinin əkilməsi də dəmiyə torpaqların tərkibində bitki üçün lazım olan elementlərin azalmasına gətirib çıxardır".


Akif Nəsirli vurğulayıb ki, bütün bunlara əhəmiyyət verilmir:

"Bununla bağlı maarifləndirmə lazımdır. Ölkənin 54 rayonunda Kənd Təsərrüfatı Nazirliyinin idarələri var. Həmin idarələrdə 5-60 nəfər mütəxəssis var. Bu mütəxəssuislər fermerləri maarifləndirməlidir. Halbuki həmin mütəxəssislərə fermerlər müraciət edəndə belə onların sullarını cavablandırmaqda həvəsli görünmürlər". 

Ekspert deyib ki, suvarılan torpaqlara əkin sahələrinin sayının azalması davam etməkdədir:

"Buna səbəb isə su qıtlığıdır, suyun idarə edilməməsidir. Bu gün Azərbaycanda rəsmən suvarma suyunu idarə edən heç bir qurum yoxdur. Heç bir qurumda idarəetmə səlahiyyəti yoxdur. Bu aradan qalxmalıdır. Bundan əlavə də infrastruktur qurulmalıdır. Artıq torpaq, beton kanallardan suvarma suyunun daşınması erası bitib. Su boru kəmərlərindən daşınmalıdır. Ən azı aparıcı kəmərlər vasitəsi ilə ötürülməlidir. Suvarma sisteminin kəmərlər vasitəsi ilə ötürülməsinin təmin edilməsi həm də dəmiyə torpaqlarının bir hissəsinin suvarmağa imkan verəcək".

Akif Nəsirlinin sözlərinə görə, müasir texnologiyada suvarma sistemlərinin genişləndirilməsi də vacib məsələlərdən biridir:

"Yağış-damcı yolu ilə suvarma sistemində suya ən azı 8-10 dəfə qənaət etmək olar. Bu üsulların genişləndirilməsi həm də digər ərazilərin suvarma suyu ilə təmin edilməsində mühüm addım ola bilər. Azərbaycanda  suvarılan torpaqların təxminən 10%-i müasir texnologiya ilə suvarılır. Ənənəvi  üsullarla suvarma həm də torpaqların şoranlaşmasına səbəb olur. Bu səbəbdən də sahələr şoranlaşaraq əkin dövriyyəsindən çıxır". 

Bahar Rüstəmli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Yanvar 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri