Ekofəallar “Tesla” salonunun girişinə mavi boya atıblar
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Neue Generation” ("Yeni Nəsil") radikal ekoloji hərəkatının ekoaktivistləri Berlinin Raynikendorf rayonunda İlon Maska məxsus “Tesla” şirkətinin salonunun girişinə mavi boya töküblər.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Tagesspiegel” nəşrinin polisə istinadən verdiyi məlumata görə, hadisə bazar ertəsi yerli vaxtla saat 10:50 radələrində baş verib. 28 və 44 yaşlı iki qadın şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün saxlanılıb. Əmlaka ziyan vurulması faktı üzrə araşdırma aparılır.
Aksiyaya görə məsuliyyəti “Neue Generation” hərəkatının ekoaktivistləri öz üzərinə götürüblər, onlar “Instagram”da hücumla bağlı yazıblar. Aktivistlər öz kampaniyaları üçün bilərəkdən"Almaniya üçün Alternativ" partiyasının "mavi rəngini" seçərək Maska, onun partiya ilə yaxınlığına və "ABŞ-də destruktiv siyasi təsirinə" qarşı etiraz ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 01 Aprel 2025 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















