Icma.az
close
up
RU
Ekologiyaya zərər vuran “qara tüstülü” avtobuslardan nə zaman xilas olacağıq?

Ekologiyaya zərər vuran “qara tüstülü” avtobuslardan nə zaman xilas olacağıq?

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

2025-ci ilin 9 ayı geridə qaldı. Lakin əhalinin ictimai nəqliyyatla bağlı narahatlıqlarından biri hələ də həllini tapmayıb. Belə ki, bir çox ərazidə hələ də köhnə avtobuslar istismar olunur. Təbii ki, kondisionersiz, yaxud istilik sistemi olmayan nasaz nəqliyyat vasitələri onlardan istifadə edənlər üçün rahat deyil. Digər çox vacib məsələ ekologiyaya mənfi təsirdir. Belə ki, hər gün yollarda qara tüstü buraxan avtobuslarla rastlaşırıq. Zəhərli tüstünün qoxusu da ciddi təhlükə deməkdir. Xüsusilə, dayanacaqda avtobus gözləyən onlarla sərnişin demək olar ki, hər gün qara tüstüdən əziyyət çəkir. Belə ki, avtobuslar işə salınan kimi, hərəkətə başlayan kimi dayanacaqda gözləyənlər tüstüdən boğulur. Avtomobil ustaları bildirirlər ki, əgər benzinlə işləyən avtomobildən qara və ya boz rəngli tüstü çıxırsa, bu, yanacağın tam yanmaması ilə bağlı ola bilər. Tıxanmış hava filteri və qidalandırma sistemində nasazlıq, eyni zamanda alışdırma anının düzgün qurulmaması da bu cür tüstünün yaranmasına səbəb ola bilər.

Avtosfer.az-ın məlumatına görə, nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov Musavat.com-a açıqlamasında bildirib ki, ictimai nəqliyyatda köhnə avtobuslar istismardan çıxarılmalıdır.

O hesab edir ki, 2026-cı ildə Bakı şəhərində köhnə avtobuslar olmayacaq:

“Yeni tələblərə əsasən, Bakı şəhərində ictimai nəqliyyatda ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri istismar olunmalıdır. Daşıyıcılar da bu tələblərə əməl etməlidirlər. Daşıyıcılara təsir imkanları var. Bununla bağlı onların qarşısında konkret tələblər qoyulub”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Bakıda marşrut xətlərinə 2300-dən çox avtobus cəlb ediləcək.

Qurumun mətbuat katibi Tural Orucov saytımıza açıqlamasında cari ildə görülən işlər barədə ətraflı məlumat verib:

“2022-ci ilin sentyabr ayında Bakı şəhəri üzrə sərnişindaşımada istifadə edilən avtobusların sayı 1780 ədəd, 2023-cü ildə 2011 ədəd, 2024-ci ildə isə 2180 ədəd olub. Hazırda paytaxtda sərnişindaşımada 2200 avtobus istismar edilir. Tədris mövsümü ilə əlaqədar nəqliyyat vasitələrinin sayının 2300-dən çox olması nəzərdə tutulub. Bununla bağlı AYNA tərəfindən plan hazırlanıb, daşıyıcılarla görüşlər keçirilib, xətlər üzrə avtobus sayının artırılması barədə tapşırıqlar verilib. Hazırda dövlətin təşəbbüsünü dəstəkləyən özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir. 2025-ci il ərzində 10 marşrut üzrə yenilənmə aparılıb və 150-yə yaxın ekoloji təmiz avtobus daşımalara cəlb olunub. Yenilənmə prosesi paytaxtla yanaşı, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini də əhatə edib. Belə ki, 7 marşrut üzrə 85 müasir avtobus sərnişinlərin istifadəsinə verilib. Əlavə olaraq, bu yaxınlarda daşıyıcılar tərəfindən Bakı şəhərində daşımalara ekoloji cəhətdən təmiz və komfortlu daha 200 avtobus gətiriləcək”.

Qurumun sözçüsü onu da qeyd edib ki, sərnişinlərin mənzil başına daha rahat və sürətli çatdırılmasını təmin etmək məqsədilə avtobuslar xüsusi hərəkət zolaqları ilə hərəkət edir:

“Hazırda 40-a yaxın küçə və prospektdə ümumilikdə 112 kilometrdən çox avtobus zolağı çəkilib. Hər gün paytaxt və ətraf ərazilərdə bu zolaqlarla hərəkət edən avtobuslarla 1 milyona yaxın sərnişin daşınır. Bakı şəhərində avtobuslar üçün ayrılmış zolaqlar üzrə orta sürət artıb, şəhərin bir sıra ərazilərində gediş vaxtı 12-22 dəqiqəyə qədər qısalıb. Qeyd edək ki, müxtəlif marşrutlar üzrə xətlərə əlavə avtobusların cəlb edilməsi prosesi davam etdirilir, avtobus parkı yenilənir. Bununla da əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin daha rahat və sürətli daşınması, sıxlıq hallarının aradan qaldırılması təmin edilir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 09 Sentyabr 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri