Ekoloji çirklənmənin fəsadlarına qarşı mübarizə yolları müzakirə edilib FOTOLAR Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2024-cü il noyabrın 17-də COP29 çərçivəsində Yaşıl Zonada Milli QHT Forumu Pavilionunda "Qan Donorları Assosiasiyası” İctimai Birliyi "Ekologiyanın insan sağlamlığında rolu” mövzusunda yan tədbir keçirib.
AZXEBER.COM xəbər verir ki, tədbirin əsas məqsədi ekoloji çirklənmənin insan sağlamlığına vurduğu ziyanın müzakirəsi olub.
"Qan Donorları Assosiasiyası”nın rəhbəri Fuad Əsgərov mövzunun aktuallığı barədə geniş bəhs edib. Daha sonra uşaq inkişaf mütəxəssisi Dilşad Musa genofondun və ekologiyanın qorunmasında uşaqların və cəmiyyətin doğru maarifləndirilməsindən danışıb. Türkiyədən ölkəmizdə qonaq olan araşdırmaçı jurnalist Orhan Çınar ekologiyada insan və dinlərin yeri mövzusunda çıxış edib.
Tədbir Afrikalı Uşaqlar üçün Beynəlxalq Yardım Fondunun prezidenti xanım Angela Josephlanın, eko-fəal Sərdar Yusif Oğlu, journalist Nəzarbəy Hacıağayev və digər tədbir iştirakçılarının qarşılıqlı müzakirələri ilə müxtəlif istiqamətlərdən baxış bucaqları təqdim edilməklə, davam etdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 19 Noyabr 2024 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















