Icma.az
close
up
RU
Ekoloji şərait, suyun azalması və çirklənmə Kür çayında balıq ehtiyatlarına təsir göstərir Mütəxəssislərin rəyləri

Ekoloji şərait, suyun azalması və çirklənmə Kür çayında balıq ehtiyatlarına təsir göstərir Mütəxəssislərin rəyləri

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 4 sentyabr, Göyçək Mahmudlu, AZƏRTAC

Ölkənin təbii su hövzələrində balıq populyasiyasının artırılması, o cümlədən su bioresurslarının dayanıqlı inkişafının təmin olunması və balıq ehtiyatlarının qorunması məqsədilə təbii su hövzələrinə müxtəlif növ balıq körpələri buraxılır. Balıq körpələrinin artırılaraq su hövzələrinə buraxılması ümumilikdə ekosistemin qorunması baxımından olduqca vacibdir. Lakin su hövzələrinə buraxılan körpələrin böyüyüb, balıq ehtiyatlarını artımısı üçün onların qorunması da mühüm əhəmiyyət kəsb edir. Təəssüf ki, son həftələrdə Kür çayında balıq və digər su bioloji resurslarının məhv olması faktı ilə qarşılaşdıq. Hazırda bununla bağlı araşdırmalar aparılır.

AZƏRTAC-ın əməkdaşı mövzu ilə bağlı mütəxəssislərlə söhbət edib, Kürdə balıqların ölməsinin səbəblərinə və belə halların qarşısının alınması yollarına aydınlıq gətirməyə çalışıb.

Kür çayının Azərbaycan təbiətinin unikal varlığı olduğunu deyən Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşafşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov bildirib ki, ölkəmizin əksər əraziləri Kürün yatağına doğru meyillidir. Bu çay Azərbaycan təbiətinin bütövlüyünü qoruyan su arteriyasıdır. “Kürə sadəcə su hövzəsi kimi yanaşmaq olmaz. Ona ətrafındakı ekosistemlərlə birgə baxmaq lazımdır. Bu çay Azərbaycan təbiətinin indikatorudur. Orada gördüyümüz qüsurlar haradasa buraxdığımız səhvlərin nəticəsidir. Balıq ölümləri də bu cür səhvlərdən doğur. Bunun müxtəlif səbəbləri ola bilər: çayın suyuna zəhərli maddələrin qatılması, balıqtutma zamanı qaydalara düzgün əməl olunmaması. Kür çayına xeyli yersiz müdaxilə var. Araşdırmalar nəticəsində çaya 1800-dən çox qeyri-qanuni müdaxilə qeydə alınıb. Çayların dərəsinə, yatağına qanunsuz, özbaşına müdaxilə etmək uğursuz nəticələr verir. Bunun üçün mütləq mütəxəssislərlə görüşmək, danışmaq, müəyyən icazələr almaq lazımdır. Lakin bunun əksinə olaraq, özbaşına müdaxilələr, sugötürmələr, su axıtmaları olur. Kür çayının Azərbaycan hissəsində sahillərinə diqqət etsək, görərik ki, burada çox sayda yaşayış məntəqələri var. Yevlaxdan başlamış Kürün deltasına - Xəzərə tökülənə qədər məskinlaşma mövcuddur. Həmin yaşatış məntəqələrinin yanında da əkin sahələri var. Təxminən 5-10 kilometr sağ və sol sahil Kürün suyu ilə bağlı olan təsərrüfat sahələridir. Burada müəyyən səhv edəndə Kürdə özünü göstərir. Kürü qorumaqdan ötrü Azərbaycanda iki nəhəng kollektor çəkilib. Biri Kürün sol sahilindəki Baş Şirvan və sağ sahilində olan Baş Mil-Muğan kollektorlarıdır. Həmin kollektorlar Kürün suyunun təmiz qalması üçün çəkilib. Lakin bununla belə çayın sahilində salınan kəndləri idarə etmək çətindir. Kür çayı boyunca dambalar tikilib, lakin sahildə məskunlaşanlar onu söküb, özləri üçün kənd salır, əkin əkir. Halbuki həmin dambalara müdaxilə etmək yolverilməzdir. Müdaxilələr həddən artıq çoxdur. Belə hallar son nəticədə balıq ölümlərinə çıxarır”.

Mirnuh İsmayılov vurğulayıb ki, Kür çayının mühafizəsi istiqamətində kifayət qədər tədbirlər görülsə də, hələ də problemlərə rast gəlinir. “Bu yaxınlarda bizim şöbənin Kür çayına ekspedisiyası oldu. Ekspedisiya zamanı çayın yatağına fikir verdik. Kürün yatağının üçdə iki hissəsi qurumuşdu. Maydakı ekspedisiya zamanı isə Kürün çox bolsulu olması halı ilə rastlaşdıq. Bu onu göstərir ki, qeyri-adi sinoptik hadisələrə hazır olmalıyıq. Həmçinin əhali arasında təbliğat işi daha da gücləndirilməlidir, çay dərələrinə, yatağına müdaxilə edəndə mütləq ekoloji normalara əməl edilməlidir. Belə olarsa, Kürü təmiz görə bilərik”, - deyə o diqqətə çatdırıb.

Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının müdiri, fəlsəfə elmləri doktoru Süleyman Süleymanov isə son 7-8 ildə Kür çayının suyunun azaldığını xüsusi vurğulayıb: “Kür çayının üzərində olan təsərrüfat fəaliyyəti o qədər çoxalıb ki, çay Xəzər dənizinə 40 faiz tükənmiş halda gəlib çatır. Hətta elə çaylar var ki, gəlib Xəzər dənizinə çatmır. Ekoloji şəraitin dəyişməsi ilə əlaqədar olaraq Kür çayının suyu 40 faiz azalıb. Azərbaycan dünyada çaylarının suyu tükənən ölkələr sırasındadır. Bu gün Xəzər dənizinin səviyyəsi sahildən 300-400 metr uzaqlaşıb. Nəticədə keçici balıqlar Xəzər dənizinə gəlib, keçə bilmirlər. Balıqlar şor suda yaşayır, kürünü tökmək üçün isə onlara şirin su lazımdır. Xəzəryanı ərazilərdə 40 il əvvəllki balıqlar demək olar ki, qalmayıb. Çünki dənizdə yaşayıb, Kürə getmək üçün onlarda elə bir şərait yoxdur. Çaylar üzərindəki bəndlər də balıqların kürü tökməsi prosesinə kifayət qədər ziyan vurur. Həmin balıqların bəziləri artıq “Qırmızı kitab”a düşüb. Bu gedişlə gələcək nəsillər bəzi balıqların özlərini deyil, şəkillərini görəcəklər. Bu məqamda onu da qeyd etmək yerinə düşər ki, dünyada məhv olan balıqların sayı indikindən iki dəfə çoxdur. Mən 40 ildən çoxdur Xəzər dənizi üzrə mütəxəssisəm. Bu müddət ərzində apardığım araşdırmalar zamanı Xəzər dənizində sıf balığını görməmişəm. Xəzər sıf balığı “Qırmızı kitab”a düşsə də, qarşıma çıxmayıb. Eləcə də 1940-1945-ci illərdə siyənək ovunun 30-40 faizini Volqa siyənəyi verirdisə, hazırda həmin balıq “Qırmızı kitab”dadır. Çünki Volqa çayına keçən balıqlardan Volqa siyənəyi, qarabel siyənək bu gün gedib, özünə ekoloji şərait, kürüləmə yeri tapa bilmir. Eləcə də vaxtilə Kür çayına keçən balıqlar kürüləməyə gedə bilmədiyinə görə yox olmaq dərəcəsindədirlər. Kür çayında balıqların ölüm halları ekoloji şəraitin dəyişməsi, suyun azalması, Kür çayının həddən artıq çirklənməsi, qlobal iqlim dəyişikliyi ilə daha çox əlaqəlidir. Belə ki, suyun temperaturu 1 dərəcə yüksəlirsə, balıqlar vaxtından qabaq Kür çayına gedir. Təəssüf ki, çayda da su yoxdur. Tökülən kürünün 0.3 faizi bir aydan və ya bir ildən sonra gəlib, Xəzər dənizinə çatmalıdır. Əgər həmin proses baş vermirsə, bu, artıq həmin balıq növünün sonu deməkdir. Eləcə də eyni hal balıqların Kür çayına gedib, kürüləmək üçün öz yerlərinə çata bilməməsi vəziyyətinə də şamil edilir. Təəssüf ki, qızılbalıq, nərəcinsli balıqlar Varvara bəndinə gedib, geri qayıdır, kürüləməyə gedə bilmirlər. Bütün bunlarla yanaşı, əfsuslar olsun ki, Kür çayında çirklənmə də kifayət qədərdir”.

Mütəxəssislərin rəylərinə əsasən, su bioresurslarının artırılması sahəsində görülən işlər, müəyyən neqativ hallar və digər amillər Kürün resurslarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən yüksək effekt alınmasına əngəl olur. Ona görə də bu gün müvafiq qurumlarla yanaşı, hər bir vətəndaş da Kürün, o cümlədən bu çayın balıq ehtiyatlarının qorunması üçün çalışmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see285

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see253

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see238

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see137

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see123

Evdə Tək in aktyorlarını təsirli görüntüləri VİDEO

03 Dekabr 2025 00:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri