Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Ekosistemə dəniz lazımdır, əgər təmiz qalıbsa...

Ekosistemə dəniz lazımdır, əgər təmiz qalıbsa...

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Hər il sentyabr ayının son cümə axşamında dənizlər günü qeyd olunur

Dənizlər və okeanlar Yer kürəsinin ekosistemi üçün həyati əhəmiyyət kəsb edir. Buna görə də onlar yer üzündə həyatın mənbəyi kimi tanınırlar. Yer səthinin 70%-ni əhatə edən bu nəhəng su əraziləri qlobal temperatur dəyişikliyinə və hava sirkulyasiyasına nəzarət etməklə bütün orqanizmlərin həyati dəstəyini təmin edir. Dənizlərin və okeanların həyati funksiyaları, onların səthində yaşayan “fitoplankton” sayəsində Yerdəki oksigenin təxminən 50%-ni istehsal etmələridir. Fitoplankton, ölçüsü 20 mm-dən çox olmayan, tək və ya çoxhüceyrəli ola bilən mikroskopik bitki orqanizmləridir. Buna görə də, onlar fotosintezi dəstəkləmək üçün kifayət qədər işığın olduğu okean səthinin üstündə yaşayırlar və suyun dalğalanması ilə passiv şəkildə hərəkət edirlər. Dənizdəki bəzi balıqlar və digər canlılar üçün əsas qida mənbəyi olan “zooplankton” əslində fitoplanktonla qidalandığı üçün bu sadə canlılar okeanlarda həyatın davam etməsində də əsas rol oynayır.

Okeanlar qlobal iqlim növlərinin müəyyən edilməsində mühüm rol oynayırlar, çünki dalğa və cərəyan sistemləri vasitəsilə Günəşdən alınan istiliyi Yerin müxtəlif bölgələrinə onlar paylayırlar. Bu cərəyanlar isti suları aşağı enliklərdən daha soyuq, yüksək enliklərə aparır və ümumi iqlim şəraitini formalaşdırır. Bu iqlim hərəkətlərini izləməklə alimlər əsas atmosfer dəyişikliklərinin (mussonlar, tropik tufanlar və qasırğalar) başlanğıcını və sonunu proqnozlaşdıra bilərlər. Dənizlərin və okeanların digər mühüm cəhəti onların Yer kürəsinin bir növ “saxlama qabı” olmasıdır. Eroziyaya uğrayan və quru ərazilərdən su eroziyası ilə daşınan üzvi və qeyri-üzvi çöküntülər deltalar vasitəsilə okeanlarda toplanır və çöküntü süxurları əmələ gətirir.

Dənizlər və okeanlar Günəşdən istiliyi udaraq temperaturu tənzimləməklə yanaşı, həm də vacib karbon qazı yuvalarıdır. Okeanlar özündə, sənaye inqilabından (1750-ci illərdən) sonra əhəmiyyətli dərəcədə çoxalan insan fəaliyyəti nəticəsində atmosferə atılan karbon qazının 4/1-dən çoxunu saxlayır. Buna görə də, dənizlər və okeanlar özündə karbon saxlamaqla bu gün üzləşdiyimiz qlobal iqlim dəyişikliyi ilə bağlı problemlərin daha da ağırlaşmasının qarşısını alır. Bununla belə, dənizlərin karbon saxlamaqla bağlı bir sərhəddi var və biz nə qədər çox CO₂ buraxsaq, okeanlar bir o qədər çox qəbul edəcək, lakin bu da öz növbəsində karbon turşusu əmələ gətirmək üçün su ilə reaksiyaya girəcək və beləliklə də okeanları turşulaşdıracaq.

Dəniz və okeanlar həm də insanların yaratdığı böyük miqdarda müxtəlif tullantıların atıldığı və ya utilizasiya edildiyi sistemlərdir. Bununla belə, nisbətən qapalı bəzi dənizlərə atılan həddindən artıq miqdarda tullantılar bu su sistemləri tərəfindən təmizlənə bilmir və nəticədə sistem pozulur. Dənizlərə atılan tullantıların tərkibindəki sənaye tullantıları, şəhər tullantıları, kənd təsərrüfatında istifadə olunan süni gübrə və pestisidlərin qalıqları suyu nitrat və fosfat ilə zənginləşdirir. Bu da bakteriyaların sayının artmasına gətirib çıxarır, suda yaşayan canlıların həyatını riskə atır və beləliklə ekoloji sistemi pozur. Məlumatlara görə hal-hazırda dəniz və okeanlarda 75–199 milyon ton plastik tullantı var. Üstəlik hər il 23 milyon tonadək plastik tullantı su hövzələrinə daxil olur. Plastik tullantılar okean səthinin təxminən 40%-ni örtür. Ən böyük plastik yığıntı sahəsi olan Sakit Okeanın zibil sahəsi 1.6 milyon kvadrat kilometr ərazini əhatə edir.

Okeanlar uzun illərdir ki, dənizçilərin, nəhəng gəmilərin və sahilyanı şəhərlərin zibilliyi olub. Hazırda məlumatlılığın artmasına baxmayaraq, okeanlarda hələ də böyük miqdarda zibil yığılır. Okeanlarda plastik çirklənmə ilə bağlı araşdırma aparan bir qrup alim 1979-cu ildən bəri toplanan tullantıların statistikası barədə qeydləri təhlil edib. Nəticələrə görə okeanlarda dünyanın təxminən 70 faizini əhatə edən - təxminən 171 trilyon ədəd plastik-polietilen tullantı var. Üstəlik hər il 23 milyon tonadək plastik tullantı su hövzələrinə daxil olur. Plastik tullantılar okean səthinin təxminən 40%-ni örtür. Ən böyük plastik yığıntı sahəsi olan Sakit Okeanın zibil sahəsi 1.6 milyon kvadrat kilometr ərazini əhatə edir. "The Ocean Cleanup" təşəbbüsü ilə 2024-cü ildə okeanlardan və çaylardan 20 milyon kiloqram tullantı çıxarılıb. Alimlər xəbərdarlıq edirlər ki, okeanlardakı plastik sıxlığı ilə bağlı heç bir tədbir görülməsə, tullantılar 2040-cı ilə qədər təxminən 3 dəfə arta bilər.

Dənizlərin digər mühüm cəhəti də balıq ovu üçün uyğun mühit təmin etməsidir. Bu insanlara həm qida, həm də iqtisadi qazanc gətirir. Lakin peşəkar balıqçılar bilir ki, ilin müəyyən aylarında ov etmək dəniz ekosisteminə zərər vurmaq, balıqların nəslini təhlükəyə atmaq deməkdir. Bu baxımdan, dənizlə dost olan balıqçı olmaq, ekosistemin pozulmasına yol verməmək şərtdir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi ” istiqaməti çərçivəsində hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Sentyabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see686

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see487

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see281

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see279

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see265

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see262

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see255

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see250

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see249

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see248

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see246

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see236

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see227

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see227

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see223

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see222

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see215

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see214

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri