Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Ekoturzm: hansı potensiala malikdir və nə kimi problemlər var?

Ekoturzm: hansı potensiala malikdir və nə kimi problemlər var?

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Kənd turizminin inkişafı iqtisadi gəlirlərini artırmaqla yanaşı, əhalinin sosial rifahının yaxşılaşmasına da töhfə verə bilər

Azərbaycanda qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir. Ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması üçün ekspertlər klaster yanaşmanı məqbul sayırlar. Kalster yanaşma zamanı Azərbaycanda perspektivi aydın görünən bir neçə sahənin inkişaf etdirilməsi əsas götürülür. Azərbaycanda belə sahələrdən biri də turizm sektorudur. Digər sektorlardan fərqli olaraq turizm ekologiyaya zərər vurmayan, xammal və ya industrial texnologiya tələb etməyən, faydalı qazıntıların istifadəsinə ehtiyac duymayan bir sektordur. Təsadüfi deyil ki, bir çox ölkələrin əsas gəlirləri məhz bu sektordan əldə olunur.

Azərbaycan çoxcəhətli təbii şəraiti, olduqca zəngin mədəni və təbii resursları, xarici və daxili turizmin təşkili üçün böyük potensiala malikdir. Respublikamızın əlverişli iqlim şəraiti, ilboyu zirvələri qar və buzlaqlarla örtülü olan ecazkar quruluşu, cəlbedici landşaftı, çoxsaylı dağ çayları və şirinsulu gölləri, insanı heyrətə gətirən şəlalələr, yüzlərlə mineral və müalicəvi bulaqlar, narın qumlu dəniz çimərlikləri, palçıq vulkanları, qədim tarixi-mədəni və dini abidələr və s. ölkədə daxili və xarici turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Təbii ki, bu imkandan səmərəli formada yararlanmaq üçün bir sıra digər tədbirlərin də həyata keçirilməsi zəruridir.

Son illər Azərbaycanda yuxarıda qeyd edilən problemlərin həlli, o cümlədən infrastruktur sahələrin inkişafı istiqamətində irimiqyaslı yerli, regional və beynəlxalq layihələr həyata keçirilməkdədir. Bu layihələr müxtəlif istehsal və xidmət sahələrini əhatə etməklə ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynamaqdadır.

Həyata keçirilən layihələrin prioritet istiqamətlərindən biri də infrastruktur sahələrin təkmilləşdirilməsi və müasir tələbata uyğunlaşdırılmasıdır. Bu da təbiidir, çünki köhnə, müasir standartlara cavab verməyən infrastruktur sahələrlə hər hansı inkişafa nail olmaq qeyri-mümkündür.

Bu gün infrastruktur layihələrinə dövlət büdcəsindən ayırmaların ilbəil yüksək templə artması dövlətin bu məsələyə necə böyük həssaslıqla yanaşdığını göstərir. Müşahidə və təhlillərdən aydın olur ki, ölkəmizdə son 10 ildə sürətlə inkişaf edən sahələrdən biri də nəqliyyat sektorudur.

Nəqliyyat xidmətlərinin, yolların və s. inkişafı isə dolayı yolla digər iqtisadi sahələrin dirçəlişinə təkan verir. O cümlədən, bu gün Azərbaycanın ən ucqar kəndlərinədək rahat yolların çəkilməsi, ölkəmizin Şərq-Qərb, Şimal-Cənub kimi iri beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi turizm sektorunun da inkişafına ciddi təsir göstərməkdədir.

Belə ki, həm ölkə daxilində, həm də beynəlxalq səviyyəli yolların yenidən qurulması, yeni yolların çəkilişi ölkənin Avropa və Asiya arasında yerləşən nəqliyyat qovşağı kimi əhəmiyyətini daha da yüksəldir. Azərbaycanın tranzit potensialı artdıqca isə ölkə ərazisindən tranzit kimi istifadə edən xarici daşıyıcıların sayı da çoxalır. Bu da turizmin inkişafında mühüm rol oynayır.

Məlumdur ki, turizmin inkişafında daxili turistlər də xüsusi rol oynayır. Xüsusən, ölkəmizdə kənd turizminin inkişafı əsasən daxili turistlərdən asılıdır. Belə ki, turizmin ekoloji turizm, qış turizmi, idman turizmi və s. müxtəlif növləri içərisində kənd turizmi daha geniş yayılıb. Eyni zamanda, Azərbaycanda da kənd turizminin inkişaf etdirilməsi üçün çox geniş potensıal imkanlar mövcuddur.

Ümumiyyətlə, kənd turizmi Avropa ölkələrində XX əsrin 70-ci illərindən başlayaraq inkişaf edən ekoturizmlə bağlı olub. Kənd turizmi insanların ətraf mühitlə bağlılığına aid olduğuna görə müasir dövrdə ekoturizmin tərkib hissəsi kımi çıxış edir.

Hər bir ölkədə, xüsusilə də əhalisinin təqribən yarısı kənd yerlərində yaşayan Azərbaycan kimi ölkələrdə kənd turizminin inkişafı çox vacibdir. Çünki kənd turizmi şəhər mühitinin kənd mühiti ilə əvəz olunması ilə yanaşı, kənd yerlərində kiçik sahibkarlığın inkişafının, kənd təsərrüfatı məhsullarının istehlakçılara birbaşa çatdırılmasının təmin edilməsində, bölgələrin mövcud potensialından səmərəli istifadə olunmasında xüsusi əhəmiyyətə malikdir.

Araşdırmalardan aydın olur ki, kənd turizmi ümumilikdə, milli park və təbiət ərazilərindən istifadəyə, insanların istirahət tələbatında ətraf mühitlə bağlılığa, mədəni və milli irs nümunələrindən, eləcə də tarixi memarlıq abidələrindən istifadəyə, yüksək keyfiyyətli yaylaq havasına və müalicəvi bulaq sularına daimi tələbatın olmasına əsaslanır .

Azərbaycanda kənd turizminin sürətli inkişafı XX əsrin 70-80-ci illərinə təsadüf edir. Bu dövrdə şəhər əhalisinin kəndlərə istirahətə getməsi daha da kütləviləşdi. Təbii ki, kütləvi axında əsas hissəni əhalinin orta və aztəminatlı təbəqəsi təşkil edirdi. Son dövrlərdə daxili tursitlərin sayı daha da artıb. Bütün bunlar isə təbii ki, son nəticədə turizmin inkişafına təkan verir.

Son illər ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar, əksər regionlara və sahələrə dair dövlət proqramlarının həyata keçirilməsi nəticəsində bir çox problemlər tədricən öz həllini tapıb, ölkədə kənd turizminin inkişafı üçün münbit şərait formalaşdırılıb. Bu sahədə isə nəqliyyat əlaqələrinin genişlənməsi, ən ucqar yaşayış məntəqələrinədək abad yolların çəkilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəlməsi xüsusilə əhəmiyyətli olub.

Avtomobil yollarının yenidənqurulması və təkmilləşdirilməsi nəinki kənd turizminin, ümumilikdə ölkə turizminin inkişafında mühüm rol oynayır. Son dövrlər, hətta ən mürəkkəb coğrafi şəraitə və dağlıq relyefə malik ərazilərlə nəqliyyat əlaqələri yaradılıb. Ən yüksək zirvədə yerləşən, rəngarəng təbiəti və gözəl mənzərələri olan kəndlərə yol çəkilişi buna sübutdur. Bu ərzilərdə keyfiyyətli turizm xidmətlərinin təşkili ilə yolların çəkilişinə sərf edilən vəsaiti tezliklə dövlət büdcəsinə qaytarmaq və turizmi büdcənin əsas gəlir mənbələrindən birinə çevirmək olar.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının da böyük turizm potensialı var, tezliklə bu potensialdan istifadə edilməsinə başlanacaq. Bu zonalarda kənd turizmi, dağ turizmi, ekoturizm, ekstremal turzim daha çox potesiala malikdir. Qış turizmi də bu zonalarda böyük perspektivə malikdir. Yeri gəlmişkən, dağlarda yerləşən iri turizm müəssisələrinin qiymətləri çox baha olduğundan əksər yerli turistlər onlardan bəhrələnə bilmir. Kənd turizmi inkişaf etsə, rəqabət çoxalacaq və sadə insanlar da qış turizmindən yararlana biləcək.

Bütün bunlarla yanaşı, son illər, regionlarda- beynəlxalq standartlara cavab verən hava limanlarının tikintisi, rayonlararası və kəndlərarası yollarının yenidən qurulması və yeni yol çəkilişləri turizmin inkişafına verilən müsbət təsir edir.

Turizmin, o cümlədən kənd turizminin inkişafı nəqliyyat və onun infrastruktur sahələrinin inkişafı ilə bir kompleks əmələ gətirir. Bütün bunlar isə ölkədə həyata keçirilən infrastruktur layihələrin turizmin inkişafında, yeni yol çəkilişlərinin isə kənd turizminin inkişafında xüsusi əhəmiyyəti olduğunu bir daha sübut edir.

Son illərdə ölkəmizdə istirahətə və səyahətə üstünlük verən yerli və əcnəbi turistlərin xeyli artması bu sahənin klaster yanaşmada ən vacib sahələrdən olduğunu göstərir.

Kənd turizmi kiçik sahibkarlığı inkişaf etdirməyə, məşğulluq probleminin həllinə töhfə verməyə, kənd əhalisinin gəlirlərinin artmasına və sosial rifahının yaxşılaşmasına qadirdir. Bunun üçün dövlətin bu sahədə bəzi güzəştlər tətbiq etməsi və stimullaşdırıcı tədbirlər həyata keçirməsi məqsədəuyğundur. Misal üçün, turizm bölgəsində yaşayan və normal tələblərə cavb verən evi olan kənd sakinlərinə çox aşağı faizlərlə uzunmüddətli kreditlərin verilməsi həm onların özünüməşulluğunun təmin edilməsini təmin edə bilər, həm də dövlət büdcəsinə bu fəaliyyətdən köçürülən məbləğlər artar. Həm də əhalinin aşağı gəlirli təbəqəsi də ucuz qiymətə bu turizmdən istifadə edə bilər.

Beləliklə, çox az xərclə tez və yaxşı gəlir əldə ediləcək sahələrdən birinin ekoturizm olduğu aydın olur. Əhalinin müəyyən bir hissəsinin xaricdə yox, ölkə daxilində turizmdən istifadə etməsi ölkədən valyuta çıxışını azaldar, üstəlik xarici turistlərin və belə sərfləli xidmətlərdən istifadə etməsini təmin etməklə ölkəyə valyuta gəlirlərinin artmasına töhfə verə bilər.

Elçin Bayramlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Noyabr 2024 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see341

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see321

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see285

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see284

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see283

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see278

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see271

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see262

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see262

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see258

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see245

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see244

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see241

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see230

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see226

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see225

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see224

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see221

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see218

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri