Icma.az
close
up
RU
Psixoloqlar: “Bu insanların bir sıra superqabiliyyətləri var”

Psixoloqlar: “Bu insanların bir sıra superqabiliyyətləri var”

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Əgər siz insanlarla ünsiyyət qurmaqdan çox, tək qalmağa üstünlük verirsinizsə - özünüzü cəmiyyətə deyil, sakitliyə yaxın hiss edirsinizsə - bu, zəiflik deyil. Əksinə, psixoloqlar introvert insanların bir sıra üstünlüklərə, hətta "superqabiliyyətlərə" sahib olduğunu bildirirlər.

Milli.Az xəbər verir ki, "Mirror" nəşrinin məlumatına görə, psixoloji araşdırmalar introvert şəxslərin koqnitiv və emosional sahədə daha inkişaf etmiş olduqlarını göstərir.

Onlar aşağıdakı xüsusiyyətlərlə seçilirlər:

Dərin özünü dərk etmə qabiliyyəti

Təklikdə vaxt keçirməyi sevən insanlar adətən öz dəyərlərini, motivasiyalarını və şəxsi sərhədlərini daha yaxşı anlayırlar. Onlar sosial gözləntilərdən uzaq olduqları üçün hisslərini daha aydın təhlil edə bilirlər. Pandemiya dövründə aparılan tədqiqatlar göstərib ki, könüllü təcrid insanlara özləri ilə emosional bağ qurmaq və daxili mərhəmət hissini inkişaf etdirmək imkanı verib.

Yaradıcı potensial

Araşdırmalara əsasən, introvertlər yüksək səviyyədə yaradıcı düşünmə və orijinal ideya istehsalı qabiliyyətinə malikdirlər. İndoneziyada aparılan bir tədqiqatda introvert tələbələrin qeyri-standart riyazi tapşırıqlarda daha uğurlu olduqları müəyyən edilib. Neyrobioloqlar bildirir ki, sakit mühitdə beyin daha sərbəst çalışır və qəfil ilham anları daha çox yaşanır.

Müstəqil qərarvermə bacarığı

Introvert insanlar qərar qəbul edərkən daha çox şəxsi dəyərlərə və düşüncələrə əsaslanırlar. Bu da onlara sağlam sərhədlər müəyyən etməkdə və şəxsi həyatda olduğu kimi işdə də öz mövqelərini qorumaqda kömək edir. Onlar sosial təsdiq və tərifə o qədər də ehtiyac duymur, uzunmüddətli və dərin mənalı işlərdə daha çox motivasiya tapırlar.

Emosional tarazlıq

Təklikdə özünü yaxşı hiss edən insanlar çətin emosiyalarla - stress, narahatlıq və gərginliklə - daha effektiv mübarizə aparırlar. Bu insanlar meditasiya, gündəlik yazmaq və düşüncəli təhlil vasitəsilə öz daxili balanslarını qurmağı bacarırlar. Bu, həm də onların emosional lüğətini genişləndirir və gərgin situasiyalarda sakit qalma qabiliyyətini artırır.

Yüksək fokus və diqqət

Tənhalığa üstünlük verən şəxslər diqqəti yayındıran faktorlardan uzaq qalaraq daha yüksək diqqət və fokuslama bacarığı nümayiş etdirirlər. Onlar sakit və fasiləsiz şəraitdə öz bacarıqlarını inkişaf etdirmək imkanı tapır və bu, onları zamanla peşəkar səviyyəyə çatdıra bilir.

Dəyərli və dərin nünasibətlər

İntrovertlər üçün əlaqələrin sayından çox, keyfiyyəti vacibdir. Onlar daha səmimi, etibarlı və qarşılıqlı dəstəyə əsaslanan münasibətlər qurmağa üstünlük verirlər. Bu insanlar başqalarını diqqətlə dinləyir, əhəmiyyətli detalları yadda saxlayır və bu sayədə dərin emosional bağlar formalaşdırırlar.

Psixoloqların gəldiyi qənaət budur ki, introvertlik zəiflik deyil, bir çox hallarda həyat keyfiyyətini və emosional zənginliyi artıran üstünlükdür. Tək qalmaqdan qorxmayın - bu, sizi daha yaradıcı, düşüncəli və güclü edə bilər.

Kənan
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 Avqust 2025 05:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see364

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see341

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see330

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see275

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see274

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see252

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see239

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see234

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see234

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see224

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see222

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see218

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see208

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see207

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see207

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see190

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see188

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see187

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri